Gündəlik Bürclər 23.05.2018 Günlük Bürclər 23 May 2018

Gündəlik Bürclər 23.05.2018 Günlük Bürclər 23 May 2018

İşlərinizdə təşəbbüs göstərmək üçün uyğun gündür. Müttəfiqlər tapmaq, çox şeyə qadir olan insanların dəstəyini əldə etmək şansı olacaq. Uğurlu təsadüflər istisna deyil, onların sayəsində vacib məsələnin həllində xeyli irəliyə getmək mümkün olacaq. Tez hərəkət etməyə çalışın, indi işləri sonraya saxlamaq məsləhət deyil.

Bu dostluq və ya romantik münasibətlərin başlanğıcı üçün əlverişi gündür. Oxşar həyat baxışlarına malik insanlar asanlıqla ümumi dil tapırlar və çox vaxt bir-birini yarı sözdən anlayırlar.



Qoç

İşgüzar ünsiyyət üçün əlverişi gündür. Əvvəllər fikir ayrılıqları yaratmış bir çox məsələləri müzakirə etmək və hər kəsi qane edəcək həll tapmaq imkanı olacaq. Faydalı tanışlıqlar istisna deyil. Bu gün siz təkcə fikirləşdiyinizi reallaşdırmağa kömək etməyə deyil, həm də işlə bağlı cəlbedici təkliflər etməyə hazır olan insanlarla görüşəcəksiniz.

Öz qarşınızda böyük məqsədlər qoymaqdan qorxmayın. Şübhələrə fikir vermədən qətiyyətli və tez hərəkət etsəniz, çox şeyə nail olmaq olar. Şəxsi münasibətlərdə yaxşılığa doğru dəyişikliklər istisna deyil.

Buğa

Günün necə alınmasından və nə gətirməsindən asılı olmayaraq siz sakitliyi saxlayırsınız. Heç kim sizi çaşdırmağa, fikirləşdiyinizdən imtina etməyə və optimizmi qısa müddətlik belə olsa itirməyə məcbur edə bilməz. Bəzən qısa zamanda vacib qərarlar qəbul etməyə məcbur olursunuz, amma siz belə vəziyyətlərdə də özünüzü itirmirsiniz, yeganə düzgün seçimi edirsiniz.

Uğurlarınız diqqəti cəlb edir. İstisna deyil ki, sizinlə vacib və nüfuzlu insanlar maraqlanacaq. Xoş sürprizlər (o cümlədən romantik) mümkündür. Axşam görüşlər üçün uyğundur.

Əkizlər

Kənardan kömək gözləməyə deyil, öz gücünüzə arxalanmağa çalışın. Müştərək fəaliyyət barədə kiminləsə razılığa gəlmək həmişəkindən daha çətin ola bilər. Maliyyə məsələlərini müzakirə etmək məsləhət deyil: məhz onlar çox vaxt münaqişələrin səbəbi olur.

Siz tənqidi iradlara xüsusilə həssassınız, hətta mənasız söhbətlərdən belə inciyə bilərsiniz. Yaxın insanlara sizin narahatlığınızın əsl səbəbi çox vaxt aydın olmur, sizin isə dəstək və təsdiqə ehtiyacınız var. Günün sonuna əhvalınız yaxşılaşacaq, istənilən mövzuda sakit danışmaq mümkün olacaq.

Xərçəng

Gün asan və xoş keçir. O başdöndürən uğurlar vəd verməsə də, yığılıb qalmış işlərin öhdəsindən gəlmək imkanı verir. Hansısa faydalı məlumat əldə etmək, gələcəyə olan planları müəyyənləşdirmək mümkün olacaq. Bəzi Xərçənglər yeni müttəfiqlər tapacaqlar, onların dəstəyi sayəsində hansısa vacib məsələləri həll edə biləcəklər.

Siz insanlarla yaxşı yola gedirsiniz. İstisna deyil ki, küsülüləri barışdırmağa, ətrafdakılara bir-birini başa düşməyə kömək etməyə məcbur olacaqsınız. Axşam sizin üçün xüsusilə dəyərli olanlarla keçirməyə dəyər. Maraqlı söhbətlər üçün çoxlu mövzu tapılacaq.

Şir

Vacib işləri günün birinci yarısına planlaşdırmaq lazımdır, məhz o daha əlverişli olacaq. Hansısa ciddi məsələləri həll etmək, böyük dəyər verdiyiniz işlərdə əhəmiyyətli inkişafa nail olmaq mümkün olacaq. İşgüzar və şəxsi görüşlər yaxşı keçir. Fikir ayrılıqları yaranmayacaq.

Günün ikinci yarısı daha çox sakit istirahət, gələcək haqqında düşüncələr üçün uyğundur. Hansısa bir şeyi öyrənmək olar, amma bu sizin üçün həqiqətən maraqlı olduğu və ciddi səy tələb etmədiyi halda mümkündür. Əks halda siz lazımi nəticəyə nail olmayacaqsınız.

Qız

Gün asan olmayacaq. Amma nə yaranmış problemlər, nə də yolda yaranmış maneələr sizə fikirləşdiyinizi həyata keçirməyə və qarşıya qoyulmuş məqsədlərə nail olmağa mane olmayacaq. Səhər yaxşı ideyalar və yeni cəsarətli planlar gətirəcək. Bir az sonra sizin müttəfiqləriniz və eribarlı köməkçiləriniz olacaq insanlarla görüşəcəksiniz.

Tələsmək lazım deyil. Hadisələr istədiyiniz kimi tez inkişaf etmir, amma indi dərhal vəziyyəti dəyişmək deyil, səbrli olmaq və bir az gözləmək lazımdır. İlk növbədə bu maliyyə sahəsinə aiddir: bir neçə saata varlanmaq mümkün olmayacaq.

Tərəzi

Konsentrasiya, detallara diqqət, faktları analiz etmək və sərbəst qərarlar qəbul etmək tələb edən iş üçün əlverişli gündür. Əvvəllər əldə edilmiş biliklər lazım olacaq. Əvvəllər etdiyiniz səhvləri təkrarlamasanız, onda ən çətin tapşırıqların belə öhdəsindən gələcəksiniz.

Hansısa gözlənilməz hadisələr, sizə yaxın olan insanla bağlı təəccüblü xəbərlər mümkündür. Şəxsi münasibətlərdə dəyişikliklər istisna deyil. Onlar daha səmimi və etibarlı olacaq, qarşılıqlı anlaşmaya nail olmağa mane olan məsələlər yox olacaq.

Əqrəb

Günün birinci yarısı iş və təhsil, həmçinin kommersiya fəaliyyəti baxımından çox əlverişlidir. Sizin işgüzar intuisiyanız bu vaxt çox kəskin olacaq və hətta ən qeyri-müəyyən vəziyyətlərdə belə siz doğru qərarlar verəcəksiniz. Sərfəli sazişlər bağlamaq, gəlirlərinizin artmasına səbəb olacaq əməkdaşlıq haqqında razılığa gəlmək şansı olacaq.

Günün ikinci yarısı gərgin emosional vəziyyətlə fərqlənir. Bu vaxt vacib qərarlar qəbul etmək məsləhət deyil. Ötəri həyəcanları kənarlaşdırmaq, vəziyyəti ümumilikdə görmək və necə yaxşı hərəkət etmək lazım olduğunu anlamaq çox çətindir. Köhnə tanışların məsləhətləri faydalı ola bilər.

Oxatan

Gün çox narahat və gərgin olacaq. Siz qəribə, çətin izah edilən hadisələrin mərkəzində ola bilərsiniz və ya bilmədən hansısa təhlükəli macəranın iştirakçısı ola bilərsiniz. Yaxşı tanımadığınız insanlar gözlənilməz təkliflər edirlər. Hətta onlar cəlbedici olmasalar belə, razılaşmağa tələsməyin: sizi sadəcə istifadə etmək təhlükəsi var.

Ətrafdakılar daha tez-tez işlərinizə müdaxilə edirlər, bəzən bu çox qıcıqlandırır. Amma siz emosiyalarınıza hakim olmağa, münaqişələr yaratmamağa çalışırsınız.

Oğlaq

Günün əvvəlində işlərdə fikrini toplamaq çətin olacaq. Çox vaxt ətrafdakılar mane olur: söhbətlər və suallarla fikrinizi yayındırır, sizin üçün maraqlı olmasından narahat olmadan ideyalarla bölüşməyə tələsirlər. Mehribanlığı saxlamağa çalışın, münaqişələr indi sizə gərək deyil.

Vəziyyət tədricən dəyişir. Günün ikinci yarısı daha sakit keçir, hansısa çətin məsələləri anlamağa və doğru qərarlar qəbul etməyə imkan verir. Bu vaxt gələcəyə olan planları qurmaq və onları həmfikirlərlə müzakirə etmək faydalıdır. Çox çatışmayan müəyyənlik yaranacaq, siz özünüzü daha arxayın hiss edəcəksiniz.

Dolça

Yaxşı tanımadığınız insanlarla ehtiyatlı olun, onların cəlbedici vədlərinə inanmayın. Bu gün siz öz istədiyinə başqasının hesabına nail olmağa öyrəşən insanların diqqətini cəlb edirsiniz. Fırıldaqçılıq qurbanı olmaq, böyük məbləğ və ya bahalı əşyadan məhrum olmaq təhlükəsi var. Hətta yaxşı iş daha çox diqqət tələb edir. Siz səhv buraxsanız, onları tez düzəltmək mümkün olmayacaq.

Əgər onlar əvvəlcədən planlaşdırılmayıbsa, böyük alış-veriş etmək məsləhət deyil. Gün tanışlardan borc götürmək və ya banka kredit üçün müraciət etmək üçün uyğun deyil.

Balıqlar

Siz qətiyyətli və israrlısınız, öz istədiyinizə nail olmaq üçün çox şeyə hazırsınız. Bu yaxınlarda tamamilə ümidsiz görünən işdə uğur qazanmaq şansı olacaq. Yaxşı ideyalar yaranır, amma onların həyata keçirilməsində tələsməmək lazımdır: siz bütün detalları düşünmək üçün vaxt lazımdır. İstisna deyil ki, köhnə tanışlara kömək üçün müraciət etmək lazım olacaq.

Maliyyə məsələlərinin həlli üçün gün uyğundur. Pulla bağlı məsələlərdə siz intuisiyanıza arxalana bilərsiniz, onun göstərişləri dəqiq olacaq. Uğurlu təsadüflər istisna deyil, onların sayəsində siz gəlirlərinizi artıracaqsınız.

Facebook-da Sayt.Biz Xəbər Portali Səyfəmizi izləyin
[ Aşaqıda Şərh yazmaqı unutmayın ]
+ 0 -

Şərh Əlavə et

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə