MƏRYƏMİN OĞLU İSA

MƏRYƏMİN OĞLU İSA

Quranın özünəməxsus üslubu var. Məxluqatı deyil, Xaliqi ucaldar. Üstünlüyü gücə, qüvvətə, məqama deyil, təqvaya verər. Ən üstə şəhadəti qoyar, ən alta münafiqliyi.

Nəbi və rəsullarından danışarkən onları bizlərdən biri kimi tanıdar: Ad qövmünə qardaşları Hudu göndərdik (7/65), Səmud qövmünə qardaşları Salehi göndərdik (7/73), Mədyən qövmünə qardaşları Şueybi göndərdik (7/85)… deyər, bizə qardaşlarımızı tanıdar. Hər elin bir İbrahimə ehtiyacı olduğunu, köləliyin Musalıqla son bulacağını bəyan edər. İnsanlarla heyvanları eyni gəmiyə mindirmədən fırtınalardan xilas olunmayacağını Nuhun gəmisi ilə isbat edər.

İbrahimi atası ilə tanıdar, Nuhu oğlu, Lutu arvadı ilə, Fironun yanında Asyanı zikr edər. Heç kimə başqasının sorumluluğunu yükləməz. Atası Azər olanın İbrahim ola biləcəyini, Nuhdan da bir Kənanın törəməsini mümkün qılar. Atamızın Azər olması bizi sorumluluğumuzdan uzaqlaşdırmadığı kimi, atamızın Nuh olması da bizim üçün artı dəyər olmaz. Lut kimi bir kişinin azğın arvadı olmaq da mümkündür, Fioun kimi bir tirana asi qadın da. Yəni hesabda hər kəs yalnız olar, hər qoyun öz ayağından asılar misali…

Musadan danışmadan öncə anasından bəhs edər, Yəhyadan danışmadan öncə Zəkəriyyənin duasından.
İsanı anası Məryəmlə anar. Məryəmin oğlu İsa deyər və gözlərimiz önündə bir ailə tablosu canlandırar: baba İmrandan bəhs edər, nənənin duasını zikr edər, fidan kimi yetişmiş Məryəmin təslimiyyətini nəql edər və sonda İsanı tanıdar.
Bu bir Allah üslubudur. Bu bir möhtəşəm yazarın insanlıq tarixini yazmasıdır.
Zəkəriyyə kimi dua edənlərin qısır qarılarından bir Yəyha doğular, İbrahim kimi atəşlərə gedənlər nəbilər ordusu ilə müjdələnər. Hannələrin qurbanı qəbul olar, şeytanın şərrindən qorunmuş Məryəmlər, İsalar doğular.
Hər şeyin bir sünnətə tabe olduğunu bəyan edər, 29 ayəsində Mənim sünnətimdə dəyişiklik görməzsiniz deyər.
Atəşdə yanmamağın sünnəti İbrahim kimi dua etməkdir, atasız övlad sahibi olmağın sünnəti Hannə kimi adamaq, Məryəm kimi adanmaq.
İsanı Adəmlə müqaisə edər. Adamlığın adanmışlıq olduğunu anladar.
İsaya da kəlamım (3/39, 45; 4/171) deyər, Qurana da. İsanı «oxumaq» üçün Quranı doğru oxumağı öyrədər.

Məryəmin oğlu İsa…
16 ayədə anasına istinadən anılar İsa. O zikr edildikcə, Məryəm də zikr edilər. İnsanlığa bir mesaj verər, Allah. Qadınlığın dəyərini qaldırar, qadını xor görən topluluqda. Qadını alçaldan kişilərin İsalara «ata» ola bilməyəcəklərini bəyan edər. Sizə rəğmən İsalar doğular deyər, hər dəfə «Məryəm oğlu İsa» deyişi ilə.

İsanı cismən gözləyənlər də var, İsanı ruhən dəstəkləyənlər də. İsanı cismən gözləyənlər kimi gözlədiklərini bilmirlər. «O, bir nəbi kimi gələcək, yoxsa bir bəşər kimi?» sorusunu sorsanız cavabını doğru-dürüst ala bilməyəcəksiniz. Nəbi kimi gələcəyini iddia edə bilməyəcəklər, çünki Quranın son nəbinin Muhamməd (sas) olduğuna dair bəyanını bilirlər. Bir bəşər (ümmət) kimi gələcəyini söyləsələr də nəbilik məqamına həqarət olar. İsanın nə günahı olmuşdur ki, nəbilikdən alınmış, vəzifədən endirilmişdir? Nəbi deyilsə niyə gəlsin? Yeni nəbinin gəlməsi sonuncunun risalətinin təhrif edilməsi və ya unudulması ehtimalını da labüd qılır. Quran da unudulmayıb, Rəsulun nübuvətliyi də təhrif edilməyib. O zaman niyə gəlsin? Gəlib o da Quranı oxuyacaqsa biz yeni nə öyrənmiş olacağıq? Həyatımızda nə və hansı yenilik olacaq? Quranı sadəcə oxumaqdırsa onu biz də oxuyuruq. Quranı yaşamaqdırsa onu əgər indi yaşamırıqsa, İsa gələndən sonra da yaşayacağımız məchuldur. Allahın ayəsini qılıncdan qorxduqları üçün yaşayanlar mömün deyil, olsa - olsa tüləkadırlar.
İsanı ruhən dəstəkləyənlər ölü qəlblərə həyat verərlər, cüzamlıları «tədavi» edər, korların «gözlərini» açar, «laların» dillərində kəlməyə dönərlər.

P.S. İsaya sağlığında dəyər verməyənlər öldükdən sonra İsa həsrəti çəkməyə başlar.

Facebook-da Sayt.Biz Xəbər Portali Səyfəmizi izləyin
[ Aşaqıda Şərh yazmaqı unutmayın ]
+ 0 -

Şərh Əlavə et

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə