Azərbaycanda bu xəstəlikdən ölüm halları artıb

Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri açıqlanıb.

Azərbaycanda bu xəstəlikdən ölüm halları artıb
Azərbaycanda bu xəstəlikdən ölüm halları artıb
ötən il ərzində Azərbaycanda 57 109 nəfər dünyasını dəyişib ki, bu da 2016-cı illə müqayisədə çoxdur. 2016-cı ildə Azərbaycanda 56 648, 2015-ci ildə 54 697, 2014-cü ildə 55 648, 2013-cü ildə isə 54 383 nəfər dünyasını dəyişib.

Ötən il dünyasını dəyişənlərin 33 663 nəfəri (2016-cı ildə 34 093) qan dövranı sistemi xəstəliklərindən, 8665 nəfəri (2016-cı ildə 8252) yenitörəmələrdən, 1839 nəfəri tənəffüs orqanları xəstəliklərindən (2016-cı ildə 1815), 2769 nəfəri (2016-cı ildə 2731) isə travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüb.

2017-ci ildə hər 100 min nəfər arasında 586,7 ölüm halı qeydə alınıbsa, 2016-cı ildə bu rəqəm 587.8, 2015-ci ildə 574 olub.

Ümumilikdə ötən il hər 100 min nəfər əhalinin 345.8 nəfəri qan dövranı sistemi xəstəliklərindən, 89 nəfəri yenitörəmələrdən, 18.9 nəfəri tənəffüs sistemi xəstəliklərindən, 28.4 nəfəri travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən dünyasını dəyişib.

Facebook-da Sayt.Biz Xəbər Portali Səyfəmizi izləyin
[ Aşaqıda Şərh yazmaqı unutmayın ]
+ 0 -

Şərh Əlavə et

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə