Barmaqlar nədən xəbər verir?

Ana bətnində olan dölə həm qadın, həm də kişi hormonları təsir edir. Qadın orqanizmi az miqdarda olsa da kişi hormonlarını ifraz edir.

Ana bətnində olduğu zaman dölə kişi hormonu (testosteron) və ya qadın hormonları (estrogenlər) daha az və ya daha çox təsir edə bilər. Bu uşağın ana bətnində inkişafına, onun müxtəlif orqan və sistemlərinin formalaşmasına təsir edir. Uşaq doğulanda isə bu onun xasiyyətində və sağlamlığında özünü büruzə verir.

Araşdırmalar göstərib ki, ana bətnində olarkən testosteronun (kişi hormonu) təsiri daha çox olduqda doğulan körpədə şəhadət barmağı adsız barmaqdan daha qısa, estrogenlərin (qadın hormonları) təsiri daha çox olduqda şəhadət barmağı adsız barmaqdan daha uzun olur.

İndependent-in məlumatına görə, müxtəlif ölkələrdə aparılmış 200-dən artıq elmi araşdırma göstərib ki, barmaqların uzunluğu ilə bəzi xasiyyət və sağlamlıq göstəriciləri arasında əlaqə var.

Barmaqlar nədən xəbər verir?


Adsız barmaq şəhadət barmağından uzun olan insanlar (şəkildə A variantı) daha aqressiv olur, əksər hallarda öz məqsədlərinə çatır, daha çox pul qazanırlar. Uşaq vaxtı belə insanlar hiperaktiv olur və bu səbəbdən məktəbdə problemlərlə üzləşir. Lakin dəqiq elmlərdə (riyaziyyat, fizika və s.) onlar çox yaxşı nəticələr əldə edir. Bu qrup insanlar stressə daha davamlı olur, stress vəziyyətlərindən daha tez çıxır.

Adsız barmağı şəhadət barmağından qısa olan insanlar (şəkild\ b variantı) daha sülhsevər və sakit olur, konfliktlərdən qaçır, daha az pul qazanırlar. Bu insanlarda 1-ci qrup insanlarla müqayisədə ürək-damar sistemi xəstəliklərinə, depressiyalara daha tez-tez təsadüf edilir. Bu insanlar humanitar fənlərə (dillər, tarix və s.) daha çox meyil göstərir.

Facebook-da Sayt.Biz Xəbər Portali Səyfəmizi izləyin
[ Aşaqıda Şərh yazmaqı unutmayın ]
+ 0 -

Şərh Əlavə et

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə