Pomidorlu Barbunya Balığı

Pomidorlu Barbunya Balığı

Ərzaqlar
1 orta barbunya
1 xörək qaşığı kərə yağı
1 kiçik soğan
2 orta dolmalıq bibər
4 orta pomidor
1 dəfnə yarpağı
1/2 çay qaşığı duz
1/ 3 desert qaşığı qara bibər
1 xörək qaşığı qıyılmış şüyüd
1/2 çay qaşığı bibəriyə
1 kiçik limon
16 ədəd yaşıl zeytun
Hazırlanması

Əvvəl sobanızı orta istilikdə istilədin.
Ön hazırlıq olaraq soğanı doğrayın.
Dolmalıq bibəri təmizlədikdən sonra nazik zolaqlar halında kəsin.
Pomidorların, qabıqlarını soyub içini çıxartdıqdan sonra kub formasında doğrayın.
Barbunyaların pullarını təmizləyib qarınını yarın.
Daxili orqanlarını çıxarıb atın.
Bol axar suyla yuyun.
Limonu incə dilimləyin.
Kiçik bir qazanda kərə yağını orta atəşdə əridin.
Yağ əriyər əriməz soğanı qatıb 2 dəqiqə , tez-tez qarışdıraraq qızardın.
Bibəri əlavə edib bir neçə dəfə qarışdırdıqdan sonra pomidor, dəfnə yarpağı, duz və istiotu əlavə edib 5 dəqiqə bişirin.
Qazanı atəşdən götürün.
Şüyüdü əlavə edib qarışdırın.
Barbunyaları, şüşə qaba yerləşdirin.
Üzərlərinə bibərləri səpin.
Pomidor sousunu balıqların üstünə töküb ən üstə də limon və zeytunu qoyun.
Qabı isidilmiş sobaya qoyub 20-25 dəqiqə bişirin.
Qabı sobadan alıb, balıqları isti olaraq süfrəyə təqdim edin .

Facebook-da Sayt.Biz Xəbər Portali Səyfəmizi izləyin
[ Aşaqıda Şərh yazmaqı unutmayın ]
+ 0 -

Şərh Əlavə et

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə