Əxlaqsızlıqda günahlandırılıb sandığa salınaraq səhrada ac-susuz ölümə tərk edilən monqol qadını

Əxlaqsızlıqda günahlandırılıb sandığa salınaraq səhrada ac-susuz ölümə tərk edilən monqol qadını

Əxlaqsızlıqda günahlandırılıb sandığa salınaraq səhrada ac-susuz ölümə tərk edilən monqol qadını – 1913-cü il
Bu fotonu fransız antropoloq, səyyah və fotoqrafı Albert Kahn 1913-cü ilin iyul ayında Monqolustanda çəkmişdir. Fotoqrafın yazdığına görə, sandığın kənarına su qabı qoyulsa da qadının əli bu qaba çatmırdı və o, yoldan keçənlərə su və yemək üçün yalvarırdı. Albert Kahn qadına heç bir kömək göstərmədən fotonu çəkib ərazidən uzaqlaşmışdı. O, bu hərəkətinin səbəbini antropoloq kimi başqa bir mədəniyyətin qanunlarına hörmət etməsi ilə izah etmişdi.
1922-ci ildə "National Geographic" jurnalında bu foto dərc olunanda o, çox ciddi tənqidlərə məruz qalmış və bəziləri hətta bunun saxta olduğu qənaətinə gəlmişdilər. Lakin fotonun və hadisənin saxta olmadığını "National Geographic" sənədlərlə sübuta yetirmişdi.
+2
Şərh əlavə et

Şərh Yaz