Sayt.biz də Qaydalar

Sayt.Biz - Gündəlik Məlumatlar 
Saytımızda qeydiyyatdan keçib profilinizi yaradın və yazılarınızı bizimlə paylaşın!
Yazılarınıza verilən qiymət, yazılan şərhlər sizdə yaradıcılığınız haqqında təsəvvürlərin formalaşmasına kömək edəcək.
Bunlardan əlavə, məşhurların müsahibələri və yaradıcılıqlarından nümunələr də sizlərə öz üslubunuzu formalaşdırmaqda yardımçı olacaq.

ƏSASNAMƏ
1. Sayt.Biz-də yazıların yerləşdirilməsi qaydası
1.1. Yazı (və ya foto, videokeçid) material göndərmək üçün qeydiyyatdan keçmək lazımdır;
1.2. Materiallar profilə daxil olmaqla material paylaşmaq üçün xüsusi əməliyyatları yerinə yetirərək yerləşdirilir. Bunun üçün ayrılmış "Məqalə əlavə et" linkindən yararlanmaq lazımdır;
1.3. Müəlliflər istənilən vaxt hesablarına daxil olub haqqında məlumat bölməsinə dəyişiklik edə və yeni məlumat və ya məqalələr paylaşa bilərlər;
1.4. Müəlliflərdən xahiş olunur ki, yerləşdirdikləri yazılara şəkil əlavə etsinlər. Bu, materialı daha təsirli etmək üçün kömək olacaq.

2. Müəllif hüquqları barədə
2.1. Sayt.Biz-də yerləşdirilən materiallarda müəllif hüquqlarının pozulmasına görə Sayt.Biz  məsuliyyət daşımır;
2.2. Məsuliyyəti həmin materialı yerləşdirən şəxs daşıyır;
2.3. Müəllif hüquqlarının pozulması halları ilə rastlaşdıqda dərhal yazar.in rəhbərliyi ilə əlaqə saxlayıb həmin material barədə məlumat verin 
2.4. Sayt.Biz-də dərc edilmiş hər hansı materialdan istifadə edərkən materialı yerləşdirən müəllifə və Sayt.Biz-ə istinad etmək mütləqdir. 

3. Materialların məzmunu barədə
3.1. Sayt.Biz`də irqi, dini, cinsi, sosial ayrı seçkiliyə, təhqirlərə yol verən, qeyri-etik, əxlaqdan kənar, ayrı-ayrı qrupların mənafelərinə xidmət edən, icazəsiz reklam (və ya elan) xarakterli materialların yerləşdirilməsinə icazə verilmir. Bu cür materiallar müəyyən edildikdə dərhal silinir, müəllif saytın üzvlüyündən çıxarılır;
3.2. Sayt.Biz saytda yerləşdirilən materialların məzmunu barədə heç bir MƏSUALİYYƏT DAŞIMIR. Məsuliyyəti həmin yazını əlavə edən müəllif daşıyır.

4. Vip Məqalə haqqında
4.1. Vip Məqalə müəllifə yazılarının daha çox oxunması üçün imkan yaradır və xidmət tam ödənişsizdir; 
4.2. Yazısını vip məqalə etmək istəyən müəllif sayt rəhbərliyinə müraciət etsin; 
4.3. Qeydə alınmış yazılar sayt rəhbərliyi tərəfindən seçilərək vip məqalə edilir; 
4.4. Məqalələr vip məqalədə 3 gün müddətində saxlanılır; 

5. Şərhlər
5.1. Şərhlər istifadəçlər tərəfindən verilir və məqsədi müəllif üçün təsəvvürlərin formalaşmasında kömək etməkdir;
5.2. Şərhlər iki cür yazılır:
5.3. Qeydiyyatli
5.4. Qeydiyyatsiz

6. Reklam
6.1. Sayt.Biz saytında kommersiya reklamlarının yerləşdirilməsi mümkündür;
6.2. Reklam məhsullarının qiyməti onun saytda yerləşdirildiyi yer, müddət və məzmunundan asılı olaraq dəyişir;
6.3. Sayt.Biz rəhbərliyi əməkdaşlıq təklifləri üçün müraciətləri razılşadırılmış şərtlər müqabilində qəbul etməyə hazırdır;
6.4. Reklam və əməkdaşlıq müraciətləri üçün aşağıdakı vasitə ilə əlaqə saxlamaq mümkündür:

telefon: (+994) 051 562 13 01