Yoxdu

Natamam yaranıb her şey menimçün,
Bunun sebebi var, izahı yoxdu.
Bele olmalıdı belke de, dünya?!
Sebeb axtarmağa zamanım yoxdu...

Bu bextim bağlanıb, düşmüşem dara,
Derdliyem derdime tapılmır çara.
Elden uzaqlaşım, gedim men hara?!
Doğma Vetenimde mekanım yoxdu...

Heyatdan elimi üzmüşem artıq,
Derdi sıralayıb düzmüşem artıq.
Bele yaşamaqdan bezmışem artıq,
Tenhayam, arxamda duranım yoxdu...

Arzular, dilekler itib, qalmayıb,
Üreyimde heves bitib qalmayıb.
Evvelden dözmeye gücüm olmayıb,
İndi nece dözüm? ..., dözümüm yoxdu...

Gereksizler olub "gerekli" indi,
Üreksizler olub "ürekli" indi.
Biliksizler olub "bilikli" indi,
Bununçün dünyaya inamım yoxdu
Getmek isteyirem men öz yolumla,
Bu istedadımı bulanım yoxdu...

İtmişem, batmışam qalıb qıraqda,
"Dost kimdi, düşmen kim?", ürek soraqda.
Daha yaşamağa itib maraq da,
Xoşbext geleceye gümanım yoxdu...

İnsanlıq yox olub, heyvanlıq qalıb,
Dünyada xeyirxah emel azalıb.
Alçaqlar, namerdler merd tek ucalıb,
Yazanım melumdu, pozanım yoxdu...

Saxtalıq görürem bütün gözlerde,
Doğru axtarıram yalan sözlerde.
Here öz meqsedin güdür bizlerde,
Yıxılsam halımı soranım yoxdu...

Heç bele deyildi öten zamanlar,
Başımızı aldı çenler, dumanlar.
Pulla oynayırlar indi uşaqlar,
Elinde kuklası olanım yoxdu...

Bir kelme, bir sual, birce mesele
İnsanı alçaldıb eleyir köle.
Heç kim bildiyini getirmir dile,
Sözünün dalında duranım yoxdu

Facebook-da Sayt.Biz Xəbər Portali Səyfəmizi izləyin
[ Aşaqıda Şərh yazmaqı unutmayın ]
+ 0 -

Şərh Əlavə et

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə