8 Mart Təbrik Mesajlari

8 Mart Təbrik Mesajlari

1) Bəzi şeylər sevilir çünki onlar dəyərlidir, bəzi şeylər deyerlidir çünki onlar sevilir. Qadınlar hər ikisinə layiqdir. 8 Mart bayramın mübarek!
*********
2) Dünyanın ən gözəl qadınını 8 Mart beynelxalq qadınlar günü münasibəti ile təbrik edirəm! Həyatın hər zaman sevgi ile dolu olsun
*********
3) 8 Mart qadınlar günü münasibəti ile sizi təbrik edirəm. Arzu edirəm su qədər təmiz, həyat qədər canlı, çiçək qədər təravətli ve gözəl qalasınız.
*********
4) Bu gün dünyanın qadınlar qarşısında baş əydiyi gündür. Hamının varlığı sizə borcludur. 8 Mart bayramınız mübarək.
*********
5) Fədakarlıq, Sevgi, Səbr və gözəllik nədir deyə soruşarlarsa, Anamdır deyərəm. Qadınlar günün mübarək.
*********
6) Bir günümdə deyil, hər günümdəsən. Her gün hər saniyə mənimləsən. Hər zaman mənə dəstək oldun. Sən mənim üçün çox önəmlisən. Qadınlar günün mübarək.
*********
7) Sevgilim, inanıram ki, bir gün mənə göstərdiyin sevgi və sebri sənə göstərmək şansım olar... Qadınlar günün mübarək.
*********
8) Sevgilim, səni sevirəm. Bəlkə sevgimi hər zaman göstərə bilmirəm, amma sən bunu daim bilirsən...Qadınlar günün mübarək.
*********
9) Dilimdəki ən gözəl kəlimə sənin adınmış. Sənə hər səslənişimdə ya həsrətim dinmir, ya da sevgim coşur..Qadınlar günün mübarək.
*********
10) Əgər mənə gözlərinlə deyil, qəlbinlə baxmış olsaydın, səni nə qədər çox sevdiyimi başa düşərdin. Qadınlar günün mübarək.
*********
11) Anam, bir günümdə deyil, hər günümdəsən. Anam olman dünyadakı ən böyük hədiyyədir. Nə yaxşı ki, sen varsan.Səni çox sevirəm. Qadınlar günün mübarək.
*********
12) Sən heyatımın ulduzu oldun. Hara getsəm sənin işığın altında sevginlə oldum. Düz yolu tapdım. Səni sevirem.Qadınlar günün mübarək.

8 mart qadınların iqtisadi, siyasi və ictimai hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günüdür!

Bu günün Beynəlxalq qadınlar günü olmasına səbəb olan hadisələrin tarixi ardıcıllığına nəzər salaq:
1857-ci il Nyu-York: Qadınlar, 12 saatlıq günlük çalışma saatına və aşağı maaşa etiraz olaraq nümayiş keçirdilər. Polis aksiyanın uzun sürməsinə izin verməyərək nümayişi dağıtdı.
1908-ci il Nyu-York: 15000 qadın, daha qısa çalışma saatı, daha yaxşı gəlir və səs vermə hüququ üçün nümayiş keçirdi . Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" idi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha rifah həyat tərzini infadə edirdi.
1909-cu il: Avropadaki qadınlar, Fevral ayının son bazar gününü, Fevralın 28-ini ilk qadın günü olaraq keçirdi..
1910-cu il: Clara Zetkin isimli bir alman sosialist qadın, Qadın Sosialist İnternasiyonalında Dünya Qadınlar Günü olmasını təklif etdi və bu təklifi qəbul edildi.
1911-ci il: Kophenagen qərarından sonra ilk dəfə 19 Martda Avstriya, Danimarka, Almaniya və İsveçrə də qeyd edildi.
1917-ci il: Çar Rusiyasında qadınlar, pis həyat tərzinə qarşı "çörək və sülh" adlı nümayiş keçirdilər. 8 Martda olan bu tətil, daha sonra digər Avropa ölkələrində də qeyd edilməyə başlandı.

Bu gün dünyanın qadınlar qarşısında baş əydiyi gündür. Fədakarlıq, sevgi, səbr və gözəllik bunların hər biri sadəcə qadında birləşə bilər. Arzu edirik su qədər təmiz, həyat qədər canlı, çiçək qədər təravətli və gözəl qalasınız. Qadınlara həsr olunan bu möhtəşəm 8 mart bayramında məhəbbət qəlbinizdən, təbəssüm üzünüzdən, sevinc gözlərinizdən əksik olmasın!

Bütün yaradıcı kollektivimiz adından, xanımları bu gözəl gün münasibəti ilə səmimi qəlbdən təbrik edirik.

Bayramınız mübarək!

Facebook-da Sayt.Biz Xəbər Portali Səyfəmizi izləyin
+ 0 -

Şərh Əlavə et

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Рейтинг@Mail.ru