Pensiya yaşına çatmış müəllimlərə VACİB XƏBƏR

Pensiya yaşına çatmış müəllimlərə fəaliyyətlərini davam etdirmək imkanı verilir. Onlar 65 yaşından sonra da müəllim işləyə biləcəklər.Bunun üçün təhsil nazirliyi bəzi meyarlar müəyyən edib.

Bu ildən 65 yaşına çatmış müəllimlər işdən məcburi qaydada çıxarılmayacaq. Onlara fəaliyyətlərini davam etdirmək imkanı veriləcək..

Belə ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə yaşı pensiya həddinə çatmış müəllimlər əmək müqavilələrinin müddətini uzada biləcəklər. Bunun üçün Təhsil Nazirliyi tərəfindən yeni meyarlar müəyyən edilib.

Təhsil Nazilriyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırovun sözlərinə görə, ibtidai sinif müəllimləri ilə yanaşı, bəzi fənn müəllimləri üçün xüsusi prosedur müəyyən edilib. Bu müəllimlərlə müddətli əmək müqavilələrinin uzadılıb-uzadılmaması iki qurumun razılığı əsasında həyata keçiriləcək.

Təqaüd yaşına çatmış digər fənn müəllimlərinin fəaliyyətlərini davam etdirmələrinə isə məktəb rəhbərliyi tərəfindən qərar veriləcək. Sonrakı mərhələdə isə onların işlərinin davam etdirib-etdirməmələri məsələsinə də rayon təhsil şöbələri və maliyyə hesablaşma mərkəzləri birgə qərar verəcəklər. Qeyd edək ki, qüvvədə olan Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 olaraq müəyəynləşdirilib.

Facebook-da Sayt.Biz Xəbər Portali Səyfəmizi izləyin
[ Aşaqıda Şərh yazmaqı unutmayın ]
+ +3 -

Şərh Əlavə et

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə