Meyiti tapılan azərbaycanlı tələbə intihar edibmiş - ŞOK TƏFƏRRÜAT

Meyiti tapılan azərbaycanlı tələbə intihar edibmiş - ŞOK TƏFƏRRÜAT


Gürcüstanda dünyasını dəyişən mingəçevirli tələbənin ölümü ilə bağlı təfərrüatlar məlum olub.

Sayt.biz report-a istinadən xəbər verir ki, Gürcüstanın Rustavi şəhəri yaxınlığında Kür çayında meyiti aşkar edilmiş 1998-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Tağı Novruz oğlu İskəndərzadənin meyiti bu gün səhər saatlarında Mingəçevirə gətirilərək dəfn edilib.

Tbilisi Humanitar Unversitetinin Stomatologiya fakültəsinin ikinci kurs tələbəsi olan Tağı İskəndərzadənin atası Novruz İskəndərov hadisə ilə bağlı açıqlamasında oğlunun ölümünün birmənalı şəkildə intihar hadisəsi olduğunu deyib: "Oğlumun təhsil haqqı 3000 lari idi. Adətən, bu məbləği iki dəfəyə ödəyirdik. Bu dəfə də Tağıya ödənişi etmək üçün 1500 lari həcmində pul göndərmişdik. Araşdırdıq və öyrəndik ki, Tağı bu pulu kazinoda uduzduğundan ödəyə bilməyib. Ardınca kompüterini, telefonunu və digər dəyərli əşyalarını girov qoyaraq borc götürüb və yenidən kazinoya gedib. Həmin məbləği də uduzub. Bundan sonra doğmalarının yanında üzü qara qalmamaq üçün intihar etmək qərarına gəlib. Sənədlərini Kür çayı sahilində skamya üzərinə qoyaraq özünü körpüdən çaya atıb".

N.İskəndərov oğlunun tez-tez telefonla danışdığını bildirib. Amma intihar günü ərəfəsində səssizlik onları da şübhələndiribmiş. Sonradan Tağı İskəndərzadənin telefonunu da girov qoyduğunu öyrəniblər: "Baxmayaraq ki, Tağı kazinoya vərdiş etmişdi, o, çox abırlı uşaq olub. Səhvi, ardınca isə həyası onu intihara sürükləyib".

Facebook-da Sayt.Biz Xəbər Portali Səyfəmizi izləyin
[ Aşaqıda Şərh yazmaqı unutmayın ]
+ +2 -

Şərh Əlavə et

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə