Fermerlərə 10 milyon manat kredit ayırmağı planlaşdırılır

Fermerlərə 10 milyon manat kredit ayırmağı planlaşdırılır

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti bu ilin sonuna qədər fermerlərə təxminən 10 milyon manat kredit ayırmağı planlaşdırır.

Sayt.Biz APA-ya istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq həmin məbləğdən 1,5 mln. manatını 40 fermer götürüb: “Ölkənin 20-dən çox rayonundan 40 fermer kredit əldə edib. Bu, kənd təsərrüfatı yönümlü rayonlardır. Həmin fermerlər əkinçilik, qoyunçuluq, iri buynuzlu maldarlıq, həmçinin qablaşdırma ilə məşğul olanlardır. İnanırıq ki, bu ilin sonuna qədər fermerlərə kömək məqsədilə onlara əlavə vəsait ayıra biləcəyik".

M. Əliyev deyib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti vəsaiti 2%-lə kredit təşkilatlarına, onlar da 7% olmaqla fermerlərə verirlər: “Məqsədimiz faiz dərəcələrin artırılması deyil, əksinə azaldılmasıdır. Hazırda bazar araşdırması aparırıq. Çünki bizim qurumla yanaşı, Sahibkarlığa Kömək Milli Fondunun kreditlər verir. Bazar araşdırmaları aparmaqda məqsədimiz potensialı artırmaq üçün hansı addımları ata biləcəyimizi müəyyənləşdirməkdir".

Facebook-da Sayt.Biz Xəbər Portali Səyfəmizi izləyin
[ Aşaqıda Şərh yazmaqı unutmayın ]
+ 0 -

Şərh Əlavə et

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə