Azərbaycanda xarici valyuta satışına məhdudiyyət yoxdur - Palata

Azərbaycanda xarici valyuta satışına məhdudiyyət yoxdur - Palata


Azərbaycanda banklar tərəfindən xarici valyuta satışında heç bir məhdudiyyət yoxdur.

Sayt.Biz trend.az-a istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasından bankların xarici valyuta satışını məhdudlaşdırmaları ilə bağlı yayılan informasiyanı şərh edərkən deyiblər.
Palatadan bildiriblər: “Maliyyə Bazarlarına Nəzarət Palatası banklara xarici valyuta satışını məhdudlaşdırmaqla bağlı heç bir göstəriş verməyib. Eyni zamanda bu məsələ ilə bağlı vətəndaşlardan şikayətlər daxil olmayıb".

Maliyyə nizamlayıcısı vurğulayıb ki, banklar müştərilərin tələbatını ödəmək üçün kifayət qədər xarici valyutaya malikdir:

"Bu məsələ bizim nəzarətimiz altındadır. Bundan başqa, əgər müştərilər banklarda xarici valyutaların satışında məhdudiyyətlərlə üzləşərsə, bizə müraciət edə bilərlər. Biz lazımi tədbirlər görəcəyik".

Facebook-da Sayt.Biz Xəbər Portali Səyfəmizi izləyin
[ Aşaqıda Şərh yazmaqı unutmayın ]
+ 0 -

Şərh Əlavə et

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə