Yadplanetlilər bizimlə niyə əlaqə saxlamır?

Yadplanetlilər bizimlə niyə əlaqə saxlamır?

Kanada elmi mərkəzlərinə məxsus olan radio-teleskop elm dünyasını həyəcanlandıran kəşfə imza atıb.

Sayt.Biz xarici mətbuata istinadən bildirir ki, alimlər iyulun 25-də indiyə kimi bilinən ən aşağı frekanslı FRB-i (sürətli radio partlayışları) qeydə alıb.

Astronomlar həmin radio partlayışlarının səbəbini bilmirlər. Onların mənbəyi olaraq ən real versiya “maqnetar” adlanan, güclü maqnit sahələrinə sahib olan neytron ulduzlarıdır. Bəzi fiziklər bilinməyən maddə və ya dünyadan kənar cəmiyyətlərin də siqnalın mənbəyi ola biləcəyini bildiriblər.

Şübhəsiz ki, dünyadan kənar olan bir aləmlə əlaqə yaradılacağı gün insanlıq üçün böyük dönüş nöqtəsi olacaq.

Bəs yadplanetlilər niyə bizimlə əlaqə saxlamırlar?

Qalaktikada planetimizə oxşar 40 milyard planet olsa da, hansısa sivilizasiyanın bizimlə əlaqəyə keçməsi vaxt apara bilər. Çünki yadplanetlilərin istifadə etdiyi dalğaların səyahət məsafəsi təxmin etdiyimizdən daha yavaş ola bilər. Həmçinin bu dalğalar bizim fikir verə bilməyəcəyimiz dərəcədə kompleks quruluşa sahib olduqlarına görə də nəzərdən qaçıra bilərik. 1984-cü ildən bəri kosmosu diqqətdə saxlayırıq və bu texnologiyanın tarixi olduqca qədimdir.

Qalaktikanın nəhəngliyini nəzərə alsaq, bizə göndərilmiş ilk “salam”ın hələ də yolda olduğunu demək mümkündür. Eyni şəkildə Yerdən də kosmosa siqnallar göndərilməsi 100 ildən bir az artıq müddətdir davam edir, deməli, bizim göndərdiklərimiz də orada hansısa mədəniyyətə çatmamış ola bilər. Həmçinin kəhkəşanda başqa həyat axtaran tək mədəniyyət də biz ola bilərik.

Başqa bir ehtimala görə, qalaktikada olan hansısa başqa bir həyat biz onu tapmadan öz-özünü məhv edə bilər. Planetimizin “soyuq müharibə” illərində nüvə silahları təhdidi ilə yaşadığını nəzərə alsaq, digər mədəniyyətlərin buna bənzər səbəbdən yox olduğunu da demək olar.

Hollivudun ən çox işlədiyi mövzulardan biri olan hansısa inkişaf etmiş mədəniyyətin digərlərini işğal edərək yaşamına davam etməsi versiyası da ağılabatandır. Bu səbəblə də onların bizimlə əlaqə saxlaya bilmədikləri ehtimalı artır.
0
Şərh əlavə et

Şərh Yaz