Fahişə Ömrü (Hekayə)
Bu gün günlərdən hansı gündür bilmirəm, heç siz də soruşmayın, çünki onun elə bir dəyəri yoxdur, amma bu gün qəzet manşetlərində bir xəbər yayımlanacaq, elə səhər açılmamış bu xəbər təlaşla nəşriyyatlarda əlbəəl gəzəcək, dolanacaq və nəhayət bütün ölkəyə yayılacaq. Bu gecəyarısı şəhərin qaranlıq küçələrindən birinin tinində