Yuxu yozma F herfi

FABRİK - (zavod) SAHİBİ-Yeni bir iş təşəbbüsündə olmaq anlamına gəlir.
----
yuxu FABRİKA - (zavod)-Cavan oğlanın özünü fabrikdə və ya zavodda işləyən görməsi-başqalarının öyrətməsi və təhriki ilə tutacağı işdən peşman olacağına işarədir. Gənc qadın üçün bu röya onun hədiyyə olaraq xoşuna gələn bir geyim əşyası alacağına; yaşlı adam üçün isə-öhdəsinə düşən işi yaxşı nəticəylə başa vuracağına yozulur.
----
yuxu FAHİŞƏ - Bəxtin qapıları üzünüzə açılacaq və hamı tərəfindən sevilən bir adam olacqsınız.
----
yuxu FAKTURA - (haqq-hesab kağızı)-Yuxuda faktura yazmaq-ticarət meydanında mövqe əldə edərək xeyli pul qazanacağınıza işarədir.
----
yuxu FAKİH - (şəriət bilicisi)-Fikh elmini, xüsusən də, şəriəti yaxşı bilən bir adamı yuxuda görmək-dərrakəyə, zəkaya, işgüzarlığa, elm və texnikanı dərindən öyrənmək həvəsinə yozulur. Fakih görmək, bəzən daxili təmizliyə, imanın təzələnəcəyinə; əgər röya sahibi ası və günahkar bir adamdırsa-tövbə və istiğfar ilə haqq yoluna dönəcəyinə; cahildirsə-yenidən doğru yolu bulacağına; kafirdirsə-müsəlman olacağına işarədir. Hədisi-Şərifdə Rəsulullah Sallallahu-əleyhi-vəssəlam əfəndimizin buyurduğu kimi, şəfii məzhəbində olan birisi başqa bir məzhəbə keçdiyini görürsə, onun istədiyi yerə getməsinə müsaidə edilir, yaxud başqasından borc pul almağa yozulur. Eyni zamanda, onun bir qadını qoyub başqa bir qadınla evlənəcəyinə işarə sayılır.
----
yuxu FALA BAXMAQ - Falçı-boş və qeyri-real işlərlə aldanan və aldadan, gerçəyi bilmədiyi halda, düşünmədən “bilirəm” deyə ətrafdakıları çaşdıran, məşğul edən bir adamdır. Röyada özünün falçı olduğunu görmək-hamı üçün xeyrə yozulur. Yaxud münəccim və ya kahinlərin özlərinə xas ifadələrlə danışan görmək-röya sahibinin həyatda boş şeylərlə məşğul olduğuna, aldanmağa və qürura yozulur.
----
yuxu FALAQQA - Hiyləgərliyə məruz qalacaqsınız.
----
yuxu FALÇI - Az müddət içində bəzi xırda-para sıxıntılarda qurtulacaq və fərəhə, şadlığa qovuşacaqdır.
----
yuxu FANER - Yuxuda faner görmək-birisinin öz yalanlarıyla sizi qandırıb çaş-baş salacağına işarə sayılır.
----
yuxu FARFOR - (çini)-Röyada farfordan düzəldilmiş bir əşya görmək-köhnə tanışlardan biri röya sahibinə böyük miqdarda maddi yardımda bulunacaqdır.
----
FARSCA DANIŞMAQ - Röyada özünü farsca danışan görmək-hadisələri bir az mübaliğəli qiymətləndirmək, şişirtmək anlamına gəlir.
----
yuxu FATEH - Röyada Konstantinopolu fəth edən Fateh Sultan Mehmet xanı görmək-şan-şöhrət və uğur bəlirtisidir. Bu röyanı görən adamın bəxti açılacaqdır.
----
yuxu FATİMATÜZZƏHRA - Həzrəti Məhəmməd peyğəmbərimizin kərimeyi-möhtərəməsi Fatimatüzzəhra ananı röyada görmək-ailənizi itirəcəyinizə yozulur.
----
yuxu FAİZ - (sələm)-Faiz (sələm) ödəmək-istəmədən günaha batacaqsınız. Faizlə (sələmlə) pul almaq-birisi tərəfindən öyrədilib yoldan çıxarılacaqsınız.
----
yuxu FIRFIRA - Xeyrə yozulmaz, xəstəliyə və can sıxıntısına işarədir.
----
yuxu FIRIN - Bolluq və könül rahatlığı anlamına gəlir. Fırından isti çörək çıxdığını görmək isə parlaq gələcək deməkdir.
----
yuxu FIRTINA - Röyada fırtına görmək-yaxın vaxtlarda şaşırdıcı bir xəbər, ya da olayla qarşılaşacağınıza işarə sayılır. Əgər yuxuda fırtına ilə birlikdə yağmur da görülmüşsə, bu cür röyalar bol qazanca yozulur.
----
yuxu FIRÇA - (şotka)-Hansı növdən olur-olsun, röyada fırça görmək-qarşıda yüksək mövqe sahibi olacağınıza işarədir. Yuxuda şotka ilə paltar təmizləmək-son zamanlar çəkdiyiniz sıxıntılardan artıq qurtulmaq üzrə olduğunuzu bildirir.
----
yuxu FISTIQ - Bir qadın yuxusunda fıstıq görərsə, yaxın zamanda hamilə olacaq. Kişi bu yuxunu görərsə-səfərə çıxacaq.
----
yuxu FLANEL GEYİM - Karlı bir alış-veriş işinə girişəcəksiniz, ancaq sizi bir qəlb acısı da gözləyir.
----
FLEYTA - Röyada fleyta və ya qaval səsi eşitmək-yaşayışınız xoşbəxtlik və razılıq içində keçəcək, hər cür maliyyə çətinliklərindən uzaq olacaqsınız. Röyada fleyta və ya qaval çalmaq-istər artistlik, istər elm, istərsə də ticarətdə bağlı olsun, hansı sahədə işləyəcəksinizsə, o səhədə uğurlar qazanacaqsınız. Qırıq fleyta və ya qaval-yaxın gələcəkdə bir dostunuzu itirəcəyiniz güman olunur.
----
yuxu FOTOQRAFÇILIQ - Röyada fotoqrafçılıq etmək-gözləmədiyiniz halda ən yaxın dostlarınızdan və ya qohumlarınızdanbir tərəfindən aldadılacaqsınız. Şəkil çəkdirmək-heç də hamıya inanmayıb etimadsızlıq göstərməkdə haqlı olduğunuza işarədir.
----
yuxu FRAK - Röyada frak geydiyini görən adam mənasız yerə vas0vası və şübhəçidir.
----
yuxu FRANSA - Yuxuda Fransaya getdiyini görən adamyeni eşq macəraları ərəfəsindədir.
----
yuxu FÜRSƏTİ ƏLDƏN VERMƏK - Röyada fürsəti əldən verən adam elə ertəsi gün böyük bir fürsət qazanacaq, amma bu fürsətdən yararlana bilməyəcəkdir.
----
yuxu FİDAN - Övladınızın xeyrini görəcək, bol qazanc əldə edəcəksiniz.
----
yuxu FİDAN ƏKMƏK - Yuxuda əkilən fidanın tumurcuqlarını görmək-varlı bir ailəyə gəlin (və ya kürəkə) olacaqsınız.
----
yuxu FİL - Röyada fil-heybətli, möhkəm bədənli, sərt, böyük gücə malik savaşçı adama işarə sayılır. Filə minmək və ya birisinin filə üstün gəlməsi-onun hökumət adamları və dövlət başçısıyla yaxın əlaqəsinin və bu səbəbdən də yüksək bir məqama çatacağını bildirir. Bu cür röya görən xoşbəxtlik və var-dövlət içində uzun ömür sürəcəkdir. Filin bir tərəfini parçalamaq-röya sahibi hökumət tərəfindən bir bəlaya düçar olacaq, xəstədirsə-vəfat edəcək. Gündüz olduğu kimi filə minmək-zülmə, qəddarlığa yozulur. Yəhərli filə minmək-röya sahibi ticarət adamıdırsa, qazancı artacaq. Yuxuda filin xortumuyla sizi vurması-xeyrə və nemətə qovuşacaqsınız. Fil gübrəsi (peyini) almaq-aldığınız qədər zəngin olub fərəhə qovuşacaqsınız. Fil-dindar, şərəfli bir insan olduğunuzu və ya zəhmət və çətinliklərə qarşı barışmaz mübarizə aparacağınızı xəbər verir. Son nəticə sıxıntı və çətinliklərdən qurtulmuşdur. Fildən qorxduğunu görmək-xəstəliyə; filin ayaqları altında qalmaq-ölümə işarədir. Qadınlar fili nə şəkildə görür-görsün bu röya onlar üçün xeyrə əlamət deməkdir. Fili danışan görmək-xeyrə əlamət sayılır, hökumətdən böyük fayda görəcəyinizi bildirir. Fil əti yemək-dövlətdən mal, sərvət əldə edəcəyinizi göstərir.
----
yuxu FİL DİŞİ - Fil dişindən hazırlanmış bəzək-düzək şeyləri görmək-çox xeyirli röya olub, bəxt açıqlığı deməkdir.
----
yuxu FİLM ÇƏKMƏK - Filmçəkmək və ya özünü bir filmdə rol oynayan görmək-ehtiraslı arzunuzun və şöhrətinizin gerçəkləşəcəyini xəbər verir.
Səyfələr:
1 2


REKLAM:
İnstagram səyfəmizi Moda Şəkil Təqib et
---
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz