Yuxu yozma N herfi

Nafaka (aliment) - röyada nafaka görmək röya sahibinin maliyyə durumunun yaxşı olduğuna, əlindən çıxmış olan şeyin yenidən özünə qayıdacağına işarədir. Yuxuda malını məcburən sərf edildiyini və nafaka olaraq verildiyini görən adamın əcəli yaxın olar.
----
yuxu Naftalin - röyada naftalin görmək böyüklərinizin birindən gözləmədiyiniz bir zamanda və gözləmədiyiniz miqdarda maddi yardım görəcəksiniz.
----
yuxu Nalbənd - yuxuda nalbənd görən adam səfər zamanı avtomobil qəzasına uğraya bilər.Röya sahibi özü maşın sürəndirsə, çox diqqətli olmalı, dilinə içki vurmamalıdır. Yoxsa özünü də yanında əyləşənləri də məhv edə bilər.
----
yuxu Nalça (nal) - - qazanca və şad xəbərə işarə sayılır.
----
yuxu Namaz qılmaq - röyada abdəst alıb, qaydasıyla üzü qibləyə namaz qılmaq, həccə getmək kimi haqq tərəfindən fərz olan bir şeyi ifadə edir, yaxud röya sahibi zalım bir adamdan aldığın malı və ya borcunu ödəyəcək, pis hərəkətlərdən, çirkin işlərdən kənar olacaq.
----
yuxu Namusa toxunmaq - röyada bir başqasının namusuna toxunduğunu görən adam yaxin vaxtlarda bir pisliyə məruz qalacaq və başına olmazın bəlalar gələcək.
----
yuxu Nanə - xeyirə yozulmur, ölüm xəbərinə işarədir.
----
yuxu Nar - yuxuda yetişmiş narları yığmaq iqtidarlı bir adamla bərabər sərvətə qovuşacaqsınız. Dəyməmiş nar- xəstəliyə, ələmə, kədərə dəlalətdir.
----
yuxu Nar ağacı - halal mala yozulur.
----
yuxu Nar dənəsi - asanlıqla əldə edilən ruzidir.
----
Natəmizlik (çirkab) - təmizliyə yozulur.
----
yuxu Naxış - röyada naxış işləmək işlərinizdə uğur qazandığınız bir vaxtda eşq həyatınızda böyük bir uğursuzluğa uğrayacaqsınız. Başqa bir adamın naxış işlədiyini görmək başınıza gələcək bir olayın ucbatından milisə, polisə, məhkəmələrə, xəstəxanalara düşəcəksiniz.
----
yuxu Naxışlı dəsmal - röyada çəkili ( naxışlı ) dəsmal hazırlayan bir sənətçi görmək elmli bir kimsəyə və ya elçiyə, diplomata işarədir.
----
yuxu Naz - - qəmzə - qız olsun, ya oğlan, röyada naz qəmzə satan adam eşqdə uğursuzluğa uğrayacaqdır.
----
yuxu Nağıl - röyada nağıl dinləmək bəzi xəyalların gerçəkləşə biləcəyinə yozulur.
----
yuxu Nehrə - işlərin öz axarına düşəcəyinə, qazancın artacağına işarədir.
----
yuxu Ney - yuxuda ney, tütək çalmaq oyuna əyləncəyə, fitnə fəsada işarədir.Bəzən də fərəhə sevincə yozulur. Ney çalmaq - röya sahibi oxumağı bacarırsa, qurani-kərimi oxumaqdan həzz alır və o uzun illər bol nemətə nail olacaq. Ney və tütək - bəzən də, vay-şivənlə ağlayan qadını ifadə edir. Yuxuda bir mələyin sizə ney verməsi - qabiliyyətiniz varsa, bir vilayətə vali olacaqsınız. Yuxuda qızıl ney və ya tütək tapmaq və çalmaq - röya sahibinin bilikli olduğunu və öz elmini başqalarına da öyrətdiyini göstərir. Ney çalmaq - xəstə üçün ölümə, cahil üçün dedi-qoduya, uşaq istəyən üçün övladın olacağına yozulur.
----
yuxu Nigah - Yuxuda bir adamın tanımadığı bir qadınla nigahlandığını görməsi, röya sahibinin oruc və namaz kimi dini ayinlərə əməl etdiyinə işarədir.
----
yuxu Nigah məmuru - röyada nigahkəsmə məntəqəsində çalışan məmur görmək - subay adam üçün evlənməyə, evli adam üçün boşanmağa əlamət sayılır. Bu röya eyni zamanda bir anlaşmaya, müqavilə bağlanmağa da yozula bilər.
----
yuxu Nikel - Röya sahibinin pul sarıdan ehtiyac içində olduğunu göstərir.
Səyfələr:
1 2

---
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz