Yuxu yozma T herfi

TABAQ - Boş tabaq-bir müddət üzüntü içində olacağınıza, təzyiq altında qalmağa işarədir. Dolu tabaq-kiçik, önəmsiz olayların izlədiyi bəxtə, taleyə əlamət sayılır. Yuxuda tabaq-dəyəri qədərincə var-dövləti də ifadə edir.
----
yuxu TABLO - Röyada ünlü bir rəssamın tablosunu görmək-çoxdan bəri xəyalında olduğunuz istəklərin qısa zaman içərisində gerçəkləşəcəyinə yozulur.
----
yuxu TABUR (batalyon) - Röyada hərbi əskəri dəstə (tabur)görmək-yaxın vaxtlarda bəxtinizin açılacağına işarədir.
----
yuxu TABUT - Yuxuda tabut-əngəlləri yenməyə, uğur qazanmağa əlamət sayılır. Tabutun açıq olması-diqqətsizliyiniz ucbatından çətinliyə düşəcəyinizi göstərir. Bir tanışınızı tabutun içində görmək-yaxın günlərdə həmin adamın sağ-salamat olması xəbərini alacaqsınız. Tabutun içindəki yad adamdırsa-irəlidə sizi səmimi dostluq və yoldaşlıq əlaqələri gözləyir. Tabut, eyni zamanda, böyük bir mülkə yozulur. Röyada özünü tabutun içində görən adamsəltənət sahibi olur.
----
yuxu TAC- - Röyada öz başınad tac görmək-yaxın günlərdə böyük bir istəyinizə nail olacaqsınız. Başqasının başına tac qoyduğunuzu görmək-rəqiblərinizdən üstün olmaq və yüksək bir məqama yüksəlmək əlaməti kimi yozulur. Bir kral və ya kraliçanın tacqoyma mərasimində iştirak etmək üçün hazırlaşmaq-böyük bir sürpriz sahibi olacaqsınız. Bu mərasimdə şəxsən iştirak etdiyini görmək isə, heç gözləmədiyini bir vaxtda işdə irəli çəkiləcək və mükafata layiq görüləcəksiniz.
----
yuxu TACİR - Yuxuda tacir görən adam birisi tərəfindən acınacaqlı şəkildə aldadılacaq, malını, mülkünü, pulunu və sağlamlığını itirəcəkdir.
----
yuxu TAFTA (parça) - Röyada taftadan paltar geydiyini görən adam bir yemək-içmək məclisinə dəvət alacaqdır.
----
yuxu TAKSİ - Röyada taksiyə minmək-işlərinizi sürətlə başa çatdıraraq uğur qazanacağınıza yozulur.
----
yuxu TAMBUR (nusiqi aləti) - Batil işləri, zinakarlığı, sehrbazlığı, cadukərliyi, insanı vərəm edəcək bir kədər və üzüntünü ifadə edir.
----
yuxu TAPANÇA - Çeşidli yozumlarla açıqlanır: Tapançadan atəş açmaq-iftiraya düşməkdir. Tapança satın almaq-dedi-qoduya işarədir. Tapança təmizləmək-bir işə girişməkdir. Tapançadan bəlli bir hədəfə atəş açmaq-ehtiras anlamına gəlir. Tapança ilə vurulmaq-qarşı cinsən birinə qüvvətli ilgi duymaqdır (sevgi də ola bilər).
----
TARLA - Röyada tarla, zəmi görmək-xeyrə, bar-bərəkətə, ruziyə, məhsul bolluğuna yozulur. Çeşidli yozumlara görə, tarla və zəmi-qəflət və mənasızlıq içində ömrün zay olmasına, elm öyrənməkdən qaçmağa, ruziyə və güzərana, yaxud övladlarının hər cür zəhmət və möhlətinə qatlaşan səbirli, anlamlı ata-anaya işarə sayılır.
----
yuxu TARİF (cədvəl) - Səfərə çıxmaq kimi yozulur.
----
yuxu TAS - Röyada tas-qadına, yaxud qulluqçuya işarə sayılır.
----
yuxu TAVA - Röyada tavada bir şey qızartmaq-ailədə rahatlığın, əmin-amanlığın hökm sürəcəyinə və əlinizə bir qədər pul gələcəyinə yozulur.
----
yuxu TAVAN - Yuxuda evinizin tavanını yıxılmış görmək-qəm-qüssəylə qarşılaşacaqsınız, bir ölüm xəbəri alacağınıza işarədir.
----
yuxu TAXIL BİTKİLƏRİ - Torpaq məhsullarından buğda, başaq-gəlirin artmasına; çovdar, yulaf və arpa-ailə həyatındakı xırda-para üzüntülərə yozulur.
----
yuxu TAXT-TAC - Keçmiş sultan və ya padşahların oturduğu taxt-tacı yuxuda görmək-yüksək mövqeyə, etibar və şərəfə yozulur. Taxt-tacda özünün əyləşdiyini görən kimsə yüksək bir məqam sahibi olacaqdır.
----
yuxu TAXTA-ŞALBAN - Ev-eşik sahibi olacağınızı xəbər verir.
----
yuxu TAXTABİTİ - Yuxuda taxtabiti-ziyankar adamların çevrəsindəsiniz deməkdir.
----
yuxu TAZI - Son vaxtlar səhhətinizin qayğısına qalmadığınızı göstərir.
----
TEATR - Röyada səhnədə çıxış etdiyini, rol oynadığını görəmk-cavan oğlan üçün işlərinəd fəallığa, ehtirasa; orta yaşlı adam üçün-bir nəfərlə tanışlığa; yaşlı qadın üçün-sevdiyi bir dostdan könül qırıqlığına yozulur. Bir səhnə əsərini izləmək-həyatda çox çalışıb-şabalamağa işarə sayılır.
----
yuxu TEL (sim) - Röyada sim görmək-bütün işlərinizdə və hərəkətlərinizdə ayıq-sayıq və ehtiyatlı olmanızın vacibliyinə işarədir. Qızıl tel-çalışqan və zəhmətsevər olsanız, uğurlar da sizinlə olacaqdır. Gümüş tel-qabiliyyətli bir adam olduğunuz yozulur. Gümüş tel itirmək-ölümə işarədir. İplik tel-bir qadın tərəfindən mala-pula qovuşacaqsınız.
----
yuxu TELEFON - Röyada telefonla danışmaq-tərbiyəsiz, nəzakətsiz adamlar tərəfindən tez-tez rahatsız edilirsiniz deməkdir.
----
yuxu TELEQRAM - Röyada hardansa teleqram almaq-uzağı bir həftə ərzində səbirsizliklə gözlədiyiniz xəbəri alacaqsınız. Teleqram vurmaq-bir sıra maraqlı xəbərlər alacağınıza işarə sayılır.
----
yuxu TELESKOP- - Yuxuda teleskopla ayı və ulduzları seyr etmək-çox şərəfli və yüksək bir məqama, yaxud şərəf və məqam sahibi adamlarla xoş söhbətlərə işarədir.
----
yuxu TISBAĞA - Röyada tısbağa görmək-işlərin durğunluğuna, fəqət bu durğunluğun xeyirli olacağına yozulur.
----
yuxu TOP SƏSİ- - Yuxuda gurlayan top səsi eşitmək-şiddətli dartışmadan irəli gələn fikir ayrılığına, yaxud da darğınığa işarə sayılır.
----
yuxu TOPAL (çolaq) - Yuxuda özünü topal və qoltuq ağacı ilə gəzən görmək-dostların köməyi ilə çətinlikləri aradan qaldıracağınıza yozulur. Sadəcə, topal görmək-xeyrə yozulmaz, çox müşküllərlə qarşılaşaraq yalqız və küməksiz qalmaq anlamına gəlir.
----
yuxu TOPLANMAQ - Röyada səfərə çıxmaq və ya başqa bir evə daşınmaq ərəfəsində ailənin bir araya gəlməsi, toplanması-röya sahibinin həyatında ən önəmli anın yetişdiyinə işarədir. Gənclər üçün bu röya-yaxşı bir təklif alınacağına, hazırki durumun dəyişəcəyinə; orta yaşlılar üçün-tələyə; gənc qadın üçün-edəcəyi bir ziyarət vaxtı sevimli bir adamla tanışlığa və ömrü boyu onunla dostluq edəcəyinə; yaşlı qadın üçün-həyatında, yaşayışında önəmli bir dəyişikliyə yozulur.
----
yuxu TOPLANTI (məclis) - Yuxuda dost-tanışın iştirak etdiyi bir görüşdə və ya məclisdə olmaq-cavanlar üçün xoş bir əyləncəyə; yaşlılar üçün-yüksək bir vəzifə təklifinə; cavan qızlar üçün-çxo sevdiyi bir gənclə görüşməyə; evlilər üçün-xoş və ürəkaçan vəziyyətə yozulur.
Səyfələr:
1 2 3

---
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz