Gündəlik Bürclər 27 May 2017 Günlük Bürclər

Biz sosial mediada:
TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

Gündəlik Bürclər 27 May 2017 Günlük Bürclər

27.05.2017 Gündəlik Bürclər (27 May 2017 Günlük Bürclər)



Qoç - Daxili süstlüyünüz nahardan sonra səngiməyə başlayacaq. Əməkdaşlıq etdiyiniz adamlarla münasibətləri səmimiyyət üzərində qurun. Heç kimi aldatmayın. Bəxtinizdə pul da var.

Buğa - Bürcünüz üçün olduqca mistik gündür. Təsir altına düşməkdən uzaq olun. Hər hansı ekstrasensə, görücüyə və ya falçıya müraciət etməyin. Bütün proseslərə realistcəsinə yanaşın.

Əkizlər - İşgüzar sövdələşmələr üçün olduqca əhəmiyyətli təqvimdir. Aldığınız istənilən təklifi razılıqla qarşılayın. Perspektivli pul sövdələşmələrində də iştirakınız vacib sayılır.

Xərçəng - Bir qədər qalmaqallı gündür. Bunun üçün ilk növbədə kənar təsirlərə aludə olmamalısınız. Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin. Əsas enerjinizi fəaliyyətə yönəldin.

Şir - Təxminən saat 13-ə qədər bütün işlərinizi təxirə salın. Çünki bu ərəfədə hansısa cəhdinizin baştutma ehtimalı yoxdur. Sonrakı saatlarda isə maraqlı hadisələrin şahidi olacaqsınız.

Qız - Buraxdığınız səhvlərin xiffətini çəkməkdənsə, gələcəyə nikbin baxın. Çünki bu gün əksər sahələrdə sizə böyük irəliləyişlər bəxş edəcək. Nahardan sonra səfərə çıxmağa dəyər.

Tərəzi - Saat 12-yə qədərki ərəfəni nəzərə almasaq, hər mənada uğurlu tarixdir. Maliyyə məsələlərində, əməkdaşlıq zəminində xeyli irəliləyişləriniz gözlənilir. Təzə xəbərlər də eşidəcəksiniz.

Əqrəb - Səhhətinizdə problemlər olduğundan fəaliyyətinizdə müəyyən passivlik mümkündür. Bu isə hansısa irəliləyişin qarşısını ala bilər. Ailə üzvlərinizlə mehriban davranın.

OXatan - Təbiətin bu dəyişkən təqvimi sizin üçün müəyyən mənada gərgin keçə bilər. Odur ki, üzərinizə düşən vəzifələrin öhdəsindən məsuliyyətlə gəlməyə çalışın. Mübahisələrdən uzaq olun.

Oğlaq - Rəqiblərlə rastlaşma ehtimalınız böyükdür. Çalışın ki, bu hallarla üzləşəndə mübahisəyə meyl etməyəsiniz. Hava qaralanda evdə, otaq şəraitində olmağa çalışın. Təkliflərdən imtina edin.

Dolça- Astroloji göstəricilər saat 12-15 arası əsas diqqətinizi maliyyə məsələlərinə yönəltməyinizi tövsiyə edir. Yaxın on gündə görəcəyiniz bütün işləri indidən sistemləşdirin.

Balıqlar - Şəxsi büdcənizdəki problemli durum istər-istəməz ovqatınıza da mənfi təsir göstərir. Bununla yanaşı, səhhətinizi də qorumağa çalışın. Saat 16-ya qədər riskli hərəkətlərdən uzaq olun.
---

Şərh Yaz