Sayt.Biz


» » Gündəlik Bürclər 26 İyun 2017 Günlük Bürclər

Gündəlik Bürclər 26 İyun 2017 Günlük Bürclər

Gündəlik Bürclər 26 İyun 2017 Günlük Bürclər

26.06.2017 Gündəlik Bürclər (26 İyun 2017 Günlük Bürclər)

Qoç - Ünsiyyətdə olduğunuz bir neçə şəxslə aranızda konfliktlər yarana bilər. Özünüzü səbrli göstərin. Pul problemlərinizi gərəksiz yerdə qabartmayın. Riskə ehtiyac yoxdur.

Buğa - Təzə və ürəyinizdən olan xəbərlər yolunuzu gözləyir. Yeni əməkdaşlığa başlamaq üçün də uğurlu vaxtdır. Büdcənizi artırmaq üçün şans qazanacaqsınız. Səfərdən imtina edin.

Əkizlər - O qədər gözəl ərəfədir ki, hətta pul kisənizin boşluğu da ovqatınızı aşağı salmayacaq. Gileylənmək, kiminsə arxasınca danışmaq sizə günah yaza bilər. Nikbin və gözütox olun.

Xərçəng - Qarşılıqlı münasibətlərdə yeni çalarlar yaratmaq üçün canfəşanlıq göstərin. Əməkdaşlıq zəminində də uğurlarınız mümkündür. Ölçülü-biçili hərəkət etsəniz, qazana da bilərsiniz.

Şir - Bu bayram gününü gərgin şəraitdə başa vuracağınız güman olunur. Amma aktivliyiniz nəzərə çarpacaq. Son vaxtlar yaşamağınızın fərqinə nə üçün varmırsınız? Axı vahid bir İdarəedici var...

Qız - Bayram günü olsa da, üzərinizə düşən vəzifələrin çoxluğu başınızı bərk qatacaq. Amma uğurlu nəticənin olacağını düşünüb hər şeyə dözməlisiniz. Təşəbbüskarlığı əldən verməyin.

Tərəzi - Bütün çətin məqamlarda özünüzə güvənin. Kənardan kiminsə dəstək verəcəyinə ümid bəsləməyin. Belə olarsa, ulduzlar gün ərzində sizi bir neçə dəfə sevindirəcək.

Əqrəb – Bürcünüzdəki planetar passivlik görəcəyiniz işlərdə kompleks lənglik əmələ gətirəcək. Odur ki, qarşınızda duran vəzifələrin bir qismini ixtisara salın. Bu gün əsasən qazanmaq üçün düşərlidir.

Oxatan - Ordu bayramının mənəvi zövqünü yaşamağa çalışın. Astroloji göstəricilər ixtiyarınızda olan bu təqvimdə əsas vaxtı fəaliyyət prinsiplərinə həsr etməyi məsləhət görür.

Oğlaq - Saat 13-ə qədər müəyyən mübahisələrə cəlb oluna bilərsiniz. Özünüzü ələ alın. Dedi-qoduya əhəmiyyət verməyin. Sonrakı müddətdə məhəbbət ümmanına düşəcəksiniz. Özünənəzarəti gücləndirin.

Dolça - Maddi problemlərin çoxluğu bəzi qlobal planlarınızın reallaşması üçün əngəllər törədə bilər. Bu səbəbdən də özünüzü arzuolunmaz situasiyalara sürükləməyin. Sevindirici xəbərlər gözlənilir.

Balıqlar - Şəxsi büdcənizi artırmaq üçün yaxşı vaxtdır. Bu istiqamətdə bütün səylərinizi birləşdirməlisiniz. Daxili narahatçılığınızı dəf etmək üçün mütləq ziyarətgahlara baş çəkin.
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: