Gündəlik Bürclər 28 İyun 2017 Günlük Bürclər

Gündəlik Bürclər 28 İyun 2017 Günlük Bürclər

28.06.2017 Gündəlik Bürclər 28 İyun 2017 Günlük Bürclər

Qoç - Saat 17-yə qədər riskli planlarınızı reallaşdırmağa çalışın. Qalan müddət isə bu baxımdan səmərəli deyil. Qohum-əqraba ilə əlaqə saxlamaq, görüşmək üçün bu təqvimin böyük əhəmiyyəti var.

Buğa - Kollektiv gəzintilərə çıxmaq üçün əlverişli tarixdir. Buna əməl etməklə sürprizlərlə rastlaşacaqsınız. Günortadan sonra isə maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz.

Əkizlər - Ümumi məziyyətlərinə görə, uğurlu gün hesab etmək olar. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Yersiz mübahisələrə baş qoşmayın.

Xərçəng - Yalnız sövdələşmələr üçün münasib vaxtdır. Amma bu tövsiyələrə günün ikinci yarısında əməl etməlisiniz. Hər hansı fiziki işlərə başlamaq, səfərə çıxmaq isə yolverilməzdir.

Şir - Səhhətinizlə bağlı xırda problemləriniz gözlənilsə də, özünüzə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra biləsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.

Qız - Maddi problemlərinizin qabarmasından narahat olmayın. Çünki yaxın vaxtlarda bu istiqamətdə uğurlarınız artacaq. İndi yalnız görəcəyiniz işləri konkretləşdirməlisiniz.

Tərəzi - Qohumluq münasibətlərində səxavətli olmağınız məsləhət görülür. Hansısa şəxsi probleminizi qabartmaqdansa, daha bəşəri ideyalarla məşğul olun. Vaxt tapıb müqəddəs yerləri ziyarət edin.

Əqrəb - Ailədə və sevgi münasibətlərində vəziyyət xeyrinizə olduğundan əsas üstünlüyü bu istiqamətə yönəltməlisiniz. Dardüşüncəli insanlara əhəmiyyətsiz yanaşın. Gələcəyə ümidlə baxın.

Oxatan - İyun ayının ən uğurlu günlərindən birini yaşayacaqsınız. Bir tərəfdən maraqlı görüşlər, digər tərəfdənsə perspektivli sövdələşmələr sizi sevindirəcək. Yeni təkliflər də mümkündür.

Oğlaq – Yaxşı olar ki, bu təqvimin əsas vaxtını istirahətdə keçirəsiniz. Çox da uzaq olmayan ünvanlara səfər etməyiniz də yaxşı olar. Yeni işlərə başlamaqsa hələ tezdir. Nahardan sonra pul gözlənilir.

Dolça - Mənfi yüklü Ay bürcünüzdə qərar tutduğundan tay-tuşlarınızla müəyyən mübahisələriniz gözlənilir. Özünüzü qalmaqallara istiqamətləndirməyin. Yaşca sizdən kiçiklərə qayğı göstərin.

Balıqlar - Ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın. Köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətinizi göstərin. Qidanıza fikir verin.
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz