Sayt.Biz


» » Gündəlik Bürclər 20 Aprel 2017 Günlük Bürclər

Gündəlik Bürclər 20 Aprel 2017 Günlük Bürclər

Gündəlik Bürclər 20 Aprel 2017 Günlük Bürclər
Qoç - Qarşınızda maraqlı bir təqvim durur. Bu səbəbdən də fürsətinizi fövtə verməyin. Sevdiyiniz adamlarla bir yerdə olun. İşgüzar münasibətlərdə ölçülü-biçili davranmağı da unutmayın.

Buğa - O qədər də uğurlu gün deyil. Bir tərəfdən səhhətinizlə bağlı problemlər, digər tərəfdənsə qarşılıqlı münasibətlərdə anlaşılmazlıqlar ovqatınızı poza bilər. Təmkinli olun.

Əkizlər - İxtiyarınızda olan bu təqvimi məhəbbət istiqamətinə yönəldin. Çünki gün ərzində ən yüksək ovqatı məhz sevgidən alacaqsınız. Nahardan sonra müəyyən qədər işlə məşğul olmaq olar.

Xərçəng – Təzə xəbərlər yolunuzu gözləyir. Ürəyinizcə olan və gələcəyiniz üçün böyük önəm daşıyan təkliflər də ala bilərsiniz. Bir sözlə, bu təqvim taleyinizdə əsaslı dönüş yarada bilər.

Şir – Gecə Bakı vaxtı ilə saat 07:55-dən sizin bürc başladığı üçün hamıdan enerjili olacaqsınız. Maliyyə planlarınızın reallaşması sürətlənəcək. Həmkarlarınızla aranızda yaranmış soyuqluğu dəf edin.

Qız – Bir çox yeniliklərin şahidi olacaqsınız. Bununla yanaşı, uğurlu sövdələşmələr aparmaq, banklarla işləmək üçün şanslarınız artacaq. Himayənizdəki uşaqların qayğısına qalın.

Tərəzi - Maddi problemləriniz olsa da, işlə bağlı heç bir çətinliyiniz olmayacaq. Ulduzlar gələcək planlarınızı məxfi saxlamağı məsləhət görür. Hətta ən yaxın adamlarınıza belə sirr açmayın.

Əqrəb - Mövcud gərginlikdən qurtulmaq üçün uzaq səfərə çıxmağınız məsləhətdir. Çünki həm fiziki, həm də zehni cəhətdən çox yorulmusunuz. Sevgi münasibətlərində səmimi olun.

Oxatan – Ətrafınızdakı insanların sizə münasibətinin dəyişməsi işlərinizə hopan gərginliyi azaldacaq. Xüsusən də saat 15-dən sonra şəxsi işlərinizdə irəliləyişlər və şanslar baş verəcək.

Oğlaq - Göy qübbəsi yalnız səfərlər üçün uğurlu təqvim yaşayacağınızdan xəbər verir. Doğmalarınıza, yaxınlarınıza baş çəkməyə dəyər. Hətta pulunuz olmasa belə, bir qədər borc götürün.

Dolça - Neçə gündən bəri yığılmış gərginliyiniz ümumi ovqatınızı aşağı salacaq. Odur ki, ciddi işlərə girişməyə dəyməz. Səhhətinizi qoruyun. Axşama yaxın maraqlı adamlarla görüşləriniz olmalıdır.

Balıqlar - Yaxşı olar ki, günün əsas hissəsini mənzil şəraitində keçirəsiniz. Uzaq yola çıxmaq, açıq havada olmaq müəyyən qədər uğursuzluq gətirə bilər. Dinə zidd hərəkətlərə yol verməyin.
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: