Sayt.Biz


» » Gündəlik Bürclər 22.04.2018 Günlük Bürclər 22 Aprel 2018

Gündəlik Bürclər 22.04.2018 Günlük Bürclər 22 Aprel 2018

Gündəlik Bürclər 22.04.2018 Günlük Bürclər 22 Aprel 2018

Gündəlik Bürclər 22.04.2018 Günlük Bürclər 22 Aprel 2018

Qoç - Məsləhətsiz addım atmayın. Yaxşı bilirsiniz ki, tərslik etmək sizə xeyir gətirmir. Elə hərəkət edin ki, ətrafdakıların rəğbətini qazanasınız. Bu gün ağır fiziki işlərdən uzaq durun.

Buğa - Narahatçılığa heç bir əsas yoxdur. Bütün sutkanı xoş təəssüratla başa vuracağınız güman olunur. Sevgi məsələlərində əməli addımlar atmağınız tələb olunur. Prosesləri dondurmayın.

Əkizlər - Təəssüf ki, bu gün ulduzlardan hansısa uğur gözləməyiniz əbəsdir. Yaxşısı budur, əsas qüvvənizi əmək fəaliyyətinə yönəldəsiniz. Başqalarının məsləhəti ilə hərəkət etməyin.

Xərçəng – Həmkarlarınızla münasibətlərinizdə soyuqluq yaranmaması üçün bir qədər güzəştə getməyiniz məsləhətdir. Yersiz iddialarınızı bir qədər məhdudlaşdırın. Axşamsa qonaq gedin.

Şir - Bu gün əsas enerjinizi fəaliyyətə yönəldin. Çünki digər sahələrdə hansısa uğur gözlənilmir. Təxminən saat 14-dən sonra şəxsi işlərinizdə ilkin irəliləyişlər nəzərə çarpacaq.

Qız - Bu maraqlı gündə maliyyə problemlərinizin həllini sürətləndirməlisiniz. Bu, hər mənada sizə kömək ola bilər. Yeni işlərə başlamaq üçün təcrübəli insanlarla müzakirələr aparın.

Tərəzi - Müəyyən gərginliklər müşahidə olunsa da, bu, heç də insanlardan irəli gəlməyəcək. Qarşılaşdığınız çətinliklərə qarşı tədbirli olun. Göy qübbəsi tənbəlliyinizdən şikayətlənir.

Əqrəb - Dünəndən bəri mənfi enerjili Ay bürcünüzdə qərar tutsa da, bu, xəstəlik və ya qanqaraçılığı ilə nəticələnməyəcək. Lakin qərar çıxararkən mütləq ehtiyatlı olun. Böyüklərə qulaq asın.

Oxatan - Əsəbi situasiyalara mübtəla olsanız da, mətinliyiniz sayəsində nəticə öz xeyrinizə tamamlanacaq. Nahar ərəfəsində və axşama yaxın büdcənizi artırmaq imkanı qazanacaqsınız.

Oğlaq - Yaxşı olar ki, bu gün işlə məşğul olmayasınız. Çünki bəxtinizin işdən kənarda gətirəcəyi bildirilir. Dostlarınızın əhatəsində olun. Uzaq olmayan ünvanlara səfər də edə bilərsiniz.

Dolça – Xoş xəbərlər yolunuzu gözləyir. Aldığınız hər bir təklif zövqünüzcə olacaq. Günün ikinci yarısında isə əzmkarlığınızı artırmaqla pul əldə edə bilərsiniz. Səfərə çıxmayın.

Balıqlar - Maraqlı hadisələrlə rastlaşacaqsınız. Oturaq fəaliyyətə ara verin. Sevdiyiniz adamların arasında olmaqla sevincinizi artıra bilərsiniz. Taleyinizdə dönüş ərəfəsi başlamaqdadır.
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: