Gündəlik Bürclər - 09.04.2017

09 aprel 2017-ci il. Günün qoroskopu.

Qoç - sizə unudulmaz təəssüratlar, ilham və güc verəcək romantik görüş ehtimalı var. Çox şeyin öhdəsindən gələ bildiyinizi gördükcə yeni sevinclərə doğru yeriyəcəksiniz.

Buğa - sənədlərlə işləmək, hesabatların və smetaların hazırlanması, büdcə planlaşdırılması üçün münasib gündür. Düzdür, diqqətinizi cəmləşdirməyiniz kifayət qədər çətin olacaq, amma özünüzü işə girişməyə vadar etsəniz, nəticələri çox gözləməli olmayacaqsınız. İşgüzar münasibətlər o qədər də yaxşı olmayacaq. Çünki köhnə fikir ayrılıqları və münaqişələr özlərini xatırladacaqlar.

Əkizlər - yaxınlarınızla yola getmək asan olmayacaq: sizin davranışınız onları qane etmir və bunu gizlətmirlər. Münaqişələrdən qaçmağa çalışın. Əgər inciklik yaransa, barışmaq çox çətin olacaq.

Xərçəng - gözlənilməz xəbər əvvəlcə sizi təəccübləndirəcək, hətta qorxudacaq, bir qədər sonra isə maraqlı fikirlərə yol açacaq. Bugünkü hadisələr bir çox Balıqlar üçün dönüş nöqtəsi olacaq, ciddi dəyişikliklərin əsasını qoyacaq, planlara yenidən baxmağa vadar edəcək. Köhnə işgüzar partnyorlarınızdan şübhələnməyə heç bir səbəb yoxdur. Amma yeni əlaqələr qurmağa da heç nə mane olmur.

Şir - yaradıcılıq potensialı aşağıdır. Ona görə də ideyalar həmişəkindən daha az-az yaranacaq, yaranan ideyalar isə o qədər də yaxşı olmayacaq. Eksperimentlər etmək, yalnız təxmini təsəvvürünüz olan işlərə girişmək məsləhət deyil.

Həyat potensialınız yüksəkdir. Bu gün çoxlarına gümrahlıq, gülərüzlük və nikbinlik xas olacaq. Aktiv istirahət və idmanla məşğul olmaq sevinc bəxş edəcək.

Qız - əməkdaşlığa başlamaq üçün əlverişli gündür. Prioritetləri düzgün seçə, hamı üçün sərfəli olan planlar qura biləcəksiniz. Bu gün köhnə işgüzar əlaqələri də bərpa etmək olar.

Pulla ehtiyatlı olun: bu gün o naməlum istiqamətdə yoxa çıxa bilər. Amma sevgidə işləriniz mütləq gətirəcək. Şəxsi münasibətlərdə təşəbbüs göstərmək, hisslərinizi dilə gətirmək və görüş təyin etmək lazımdır.

Tərəzi - emiosional baxımdan olduqca çətin gündür. Çünki sizin hələ hazır olmadığınız hadisələr baş verəcək. Sarsıntı çox ciddi ola bilər. Özünüzü tamamilə köməksiz və çaşqın hiss edəcəksiniz. Sakitləşmək, baş verənlər haqqında sakitliklə düşünmək lazımdır. Ağıllı və təcrübəli adamlarla ünsiyyət əhval-ruhiyyənizi yüksəldə bilər. Xoşbəxtlikdən, ətrafınızda belə adamlar var.

Əqrəb - emosiyalarınızı nəzarət altında saxlayın. Hamıya təkcə qeyri-adi enerjiyə yox, həm də intellekt və soyuqqanlılığa malik olduğunuzu göstərməyin vaxtı çatıb. Bu keyfiyyətlər olmadan uğura ümid etməyə dəyməz. Həddindən artıq çətin işlərə girişmək məsləhət deyil.

Oxatan - gün romantik baxımdan pis olmayacaq. Siz sevdiyiniz adamla əla vaxt keçirəcəksiniz. Hər ikinizə unudulmaz təəssüratlar bəxş edəcək tədbirlər planlaşdırmaq olar.

Oğlaq - çətin olmayan ev işləri üçün münasib gündür. Çətin ki, köməkçi tapa biləsiniz. Ona görə də böyük səylər tələb edən işlərə girişməməyiniz tövsiyyə olunur. Zövqverən adamlarla gəzinti faydalıdır. Amma bu gəzintilər həddən artıq uzunmüddətli və yorucu olmamalıd ır.

Dolça - işləriniz yavaş-yavaş qaydasına düşür. Dəyərli informasiyanın alınması, son vaxtlar sizi maraqlandıran sualların cavablandırılması mümkündür. Mübahisəli qərarlardan, düşünülməmiş addımlardan qaçmağa çalışın. Bu, bədxahlarınız tərəfindən yolunuzda qurulan tələlərdən yan keçmək üçün kifayətdir.

Balıqlar - diqqəti artıq mövcud olan problmlərdə cəmləşdirə bilən və uzaq gələcəkdə baş verəcəkləri düşünməyən Əqrəblər üçün əlverişli və uğurlu gündür. İndi cari işlər diqqət tələb edir, plan qurmağın vaxtı bir qədər sonra gələcək. Rəhbərliklə fikir ayrılıqları istisna deyil. Amma məsələ münaqişəyə qədər gedib çıxmayacaq.
+ +3 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz