Sayt.Biz


» » Gündəlik Bürclər 27 Aprel 2017 Günlük Bürclər

Gündəlik Bürclər 27 Aprel 2017 Günlük Bürclər

Gündəlik Bürclər 27 Aprel 2017 Günlük Bürclər

Qoç - Vaxt tapıb bir qədər Axirət haqqında düşünün. Son yolumuz Oraya olduğu üçün savablarınızı artırmağa, hamı ilə mehriban davranmağa çalışın. Hakim Allahdır - məhz bunu anlamağa çalışın.

Buğa - Təxminən saat 15-ə qədər bütün mühüm işlərinizi təxirə salın. Əks təqdirdə uğursuz cəhdlər silsiləsinə mübtəla olacaqsınız. Sonrakı müddətdə isə maraqlı hadisə və insanlarla rastlaşacaqsınız.

Əkizlər - Şəxsi büdcənizdə, eləcə də qarşılıqlı münasibətlər zəminində müsbət dönüş yaratmaq üçün kifayət qədər şanslarınız var. Atacağınız hər bir addımı dönə-dönə ölçüb-biçin.

Xərçəng - Yeni görüş və məsləhətləşmələrdə iştirakınız gözlənilir. Qarşınızı kəsən maneələr yavaş-yavaş səngiməyə başlayacaq. Təcrübəli adamlardan yararlanın. Bəxtinizdə pul da var.

Şir - Yeni əlaqələr üçün yaxşı vaxtdır. Sadəcə, qarşı tərəfə güzəştə getməyiniz vacibdir. Nahardan sonra fəaliyyət istiqamətində sevindirici olaylar da gözlənilir. Reallığı nəzərə alın.

Qız - Ulduzlar boş-boşuna oturmağınızı məsləhət görmür. Ən azı ona görə ki, bu təqvimin şanslarını görüb aktivliyinizi birə-beş artırmalısınız. Nahardan sonra müqəddəs yerlərə gedin.

Tərəzi - Qərarlarınızda qəti və ədalətli olsanız, heç bir xoşagəlməzliyin şahidi olmayacaqsınız. Çalışın ki, bahalı əşyaların, o cümlədən daşınmaz əmlakın alqı-satqısında iştirak etməyəsiniz.

Əqrəb - Uzaq yola çıxmaq üçün gözəl vaxtdır. Hətta maddi durumunuz aşağı səviyyədə olsa da, səfərdən imtina etməyin. Son vaxtlar sizə vəd verib reallaşdıra bilməyənlərə düşmən kimi baxmayın.

Oxatan - Ümumi götürdükdə uğurlu təqvim hesab etmək olar. Əvvəla, əvvəlki beş bürclə müqayisədə büdcə artımı yalnız sizdə gözlənilir. Bundan başqa yeni təkliflər alacağınız da mümkündür.

Oğlaq - Ümumən darıxdırıcı təqvim olsa da, hisslərinizi cilovlamağı bacarmalısınız. Çünki qarşıda sizi böyük işlər gözləyir. Nahardan sonrakı ərəfəni bütünlüklə məhəbbətə həsr edin.

Dolça - Kifayət qədər düşərli vaxtdır. Göy qübbəsi gün ərzində nəzərdə tutduğunuz planların reallaşmasına təkan verəcək. Sadəcə, şəraitə uyğun addım atmalısınız. Bəxtinizə inanın.

Balıqlar - İşlərinizin çoxluğu fiziki cəhətdən yorğunluğunuza səbəb ola bilər. Lakin nəticənin uğurluluğunu nəzərə alıb usanmayın. Etibar etmədiyiniz adamların məsləhətlərinə əhəmiyyət verməyin.
Yazdı: Admin
İnstagramda BUĞDA.TV bizi Takib et
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: