Sayt.Biz


» » Gündəlik Bürclər 29 Aprel 2017 Günlük Bürclər

Gündəlik Bürclər 29 Aprel 2017 Günlük Bürclər

Gündəlik Bürclər 29 Aprel 2017 Günlük Bürclər

Qoç - Yalnız öz mənafelərinizə uyğun addım atın. Kənar məsləhətlərə və riskli işlərə ciddi yanaşmayın. İkitərəfli sövdələşmələrdə təşəbbüsü ələ alsanız, uğurlarınız da artacaq.

Buğa - Ulduzlara inansaq, müəyyən gərginliklərlə üzləşmə ehtimalınız var. Odur ki, ağlınız kəsməyən işlərə girişməməlisiniz. Nahardan sonra şəxsi büdcənizdə artım gözlənilir.

Əkizlər - Heç nədən narahat olmayın. İradəniz hesabına özünüzü daxilən rahatlayın. Ulduzlar nahardan sonra sevindirici xəbərlər, perspektivli təkliflər alacağınızı bildirir.

Xərçəng - Ümumi halsızlığınızı nəzərə alıb ağır fiziki işlərə ara verin. Çünki səhhətinizdə baş qaldıran xoşagəlməzliklər buna imkan verməyəcək. Yeməyinizə və yuxunuza diqqət yetirin.

Şir - Nahara qədər fəaliyyətlə bağlı bütün öhdəliklərinizi yerinə yetirməyə çalışın. Sonrakı müddətdə isə maraqlı görüşləriniz mümkündür. Bu gün büdcənizdə artım ola bilər.

Qız - Aktiv gündür. Nə qədər çətin olsa da, ağıllı risk edib öz perspektivlərinizə yaxınlaşa bilərsiniz. İndiki məqamda sizə dəstək verənlər çox olmalıdır. Büdcənizdə artım da gözlənilir.

Tərəzi - Yersiz lovğalıq, acıdillilik etmək sizə yaraşmır. Hətta belə bir təqvimdə şit zarafatlara da yol verməməlisiniz. Hər bir məsələyə ciddi yanaşın. Sevdiyiniz adamları xoşhal edin.

Əqrəb – Kosmik ahəng gün ərzində varlanma ehtimalınızın yüksək olmasını göstərir. Odur ki, bütün gücünüzü bu istiqamətə yönəltməlisiniz. Nüfuzlu adamlarla görüşdən yayınmayın. Səhhətinizi qoruyun.

Oxatan - Qarşınızda olduqca uğurlu bir gün durub. Aktivliynizi artırmaqla nəzərdə tutduğunuz mühüm işləri reallaşdıra bilərsiniz. Səbəbsiz məsələlərə görə əsəblərinizi korlamayın.

Oğlaq - Elə hey pulsuzluqdan şikayət edirsiniz. Müşahidələrə görə bu, heç kimə uğur gətirmir. Deməli, usanmamalı, yalnız əzmkarlığınızı artırmalısınız. Çünki indi sizin ən enerjili vaxtınızdır.

Dolça - Neçə gündür ulduzlar əsəbi görkəm aldığınızı bəyan edir. Amma bu gün təxminən saat 12-dən sonra vəziyyət xeyrinizə dəyişəcək. Əsas diqqətinizi məhəbbət amilinə yönəldin.

Balıqlar - Ciddi dönüş astanasındasınız. Hətta elə bir hadisə baş verə bilər ki, şəxsi taleyinizdə təkan olsun. Yaxşı olar ki, xırda məişət problemlərini kənara qoyub bəşəri ideyalar haqda düşünəsiniz.
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: