Sayt.Biz


» » Gündəlik Bürclər 5 May 2017 Günlük Bürclər

Gündəlik Bürclər 5 May 2017 Günlük Bürclər

Gündəlik Bürclər 5 May 2017 Günlük Bürclər

Qoç – Maliyyə bxımından uğurlu gün olsa da, münasibətlər müstəvisində diqqətli olmağınız vacibdir. Köhnə palan içi tökməkdənsə perspektivli layihələr üzərində baş sındırmaq daha yaxşı olar.

Buğa – Nahara qədər hər hansı qeyri-ənənəvi addım atmağınız xoşagəlməzliklə nəticələnə bilər. Neytrallığınzı qorumağa çalışın. Sonrakı saatlarda nüfuzlu və ya vəzifəli insanlarla səmərəli görüşləriniz gözlənilir.

Əkizlər – İlıq Baharın sizə verdiyi müsbət enerjidən lazımınca yararlanın. Gücünüzü artırmaq üçün fəaliyyətə azacıq fasilə verin. Beyninizdəki arzuları götür-qoy etmək üçün bundan yaxşı gün olmayacaq.

Xərçəng – Kənardan sizə qarşı hər hansı neqativ və ya müsbət təsir olmayacaq. Necə deyərlər, nə əkəcəksinizsə, onu da biçəcəksiniz. İxtiyar sahibi olduğunuz üçün çalışın ki, yalnışlığa yol verməyəsiniz.

Şir – Bütün astroloji göstəricilər doğma və yaxınlarınızla daha mülayim davranmağı məsləhət görür. Gücünüzə güc qatmaq üçün bu, çox vacibdir. Bunu bacarsanız, taleyinizin qızıl dövrü başlayacaq.

Qız – Yaxşı olar ki, bu gün bir qədər özünüzə hesabat verəsiniz. Çünki buvaxta qədər keçdiyiniz yanlış və doğrulardan nəticə çıxarmağınız sizə stimul verəcək. İstənilən günahdan çəkinin.

Tərəzi – Həyatınızda, yaxın ətrafınızda lazımsız adamlar az deyil. Özünüzdə güc tapıb onların bəzisindən uzaqlaşın. Çünki bu ayın perspektivləri üçün sizə etibarlı adamlar lazım olacaq. Yuxunuza fikir verin.

Əqrəb – Bu gün əsl siyasətçi xarizması nümayiş etdirin. Hər bir informasiya və situasiyadan dəqiq nəticə çıxarmaq üçün ölçüb-biçin. Hər ifadənizə diqqət yetirin. Nahardan sonra pul problemlərini çözün.

Oxatan – Ulduzlar günün ilk yarısını neytal şəkildə başa vurmağı tövsiyə edir. Hər hansı riskə getmək yolverilməzdir. Təxminən saat 14-dən etibarən iş həyatınızda dönüş gözlənilir. Fürsəti fövtə verməyin.

Oğlaq – Bu il ilk dəfədir ki, bürcünüzdə heç bir mənfi yüklü planet yoxdur. Deməli, taktikanız doğru olarsa, yalnız müsbət olayların iştirakçısı olacaqsınız. Özünüzü güclü hiss edin, xeyirxah olun.

Dolça – Ümumi mənzərə qənaətbəxş olduğundan sizə yalnız doğru seçim etmək qalır. Əgər bu gün pulla bağlı planlarınız varsa, saat 14-ə qədər həll edin. İşdən başınız açılsa, səfərə çıxa bilərsiniz.

Balıqlar – Bürcünüzün xarakterindən irəli gələn son sözü əvvəldə demək, qədərindən artıq təvazökarlıq sizə problem yarada bilər. Bu səbəbdən hər kəslə mülayim davranın. Səfər isə uğurlu deyil.
Yazdı: Admin
İnstagramda BUĞDA.TV bizi Takib et
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: