Sayt.Biz


» » Gündəlik Bürclər 15 May 2017 Günlük Bürclər

Gündəlik Bürclər 15 May 2017 Günlük Bürclər

Gündəlik Bürclər 15 May 2017 Günlük Bürclər

Qoç – Fəaliyyət müstəvisində həmkarlarınızla müəyyən mübahisələriniz gözlənilir. Odur ki, özünüzü qalmaqallara istiqamətləndirməyin. Saat 16-dan sonra şəxsi işlərinizdə dönüş yarana bilər.

Buğa – Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimi bütünlüklə səhhətinizin müdafiəsinə həsr edəsiniz. Hər bir məqamda əsəblərinizi qorumalı, dedi-qoduya fikir verməməlisiniz.

Əkizlər – Şəxsi büdcənizi artırmaq baxımından düşərli gün olsa da, ümumi əhvalınızda gərginlik mümkündür. Lakin bu amil işgüzar sövdələşmələrdə və qərarlar qəbul etməkdə sizə mane olmayacaq.

Xərçəng – Pulla bağlı çətinliklərinizin qabarmasından narahat olmayın. Çünki yaxın günlərdə bu istiqamətdə uğurlarınız artacaq. Konkret olaraq bu günsə yalnız görəcəyiniz işləri dəqiqləşdirməlisiniz.

Şir – Birgə gəzintilərə çıxmaq, əyləncəli məkanlarda olmaq üçün əlverişli tarixdir. Buna əməl etməklə sürprizlərlə rastlaşacaqsınız. Günortadan sonra maraqlı situasiyaların iştirakçısına çevriləcəksiniz.

Qız - Məhəbbət müstəvisində irəliləyişlərə nail olmağınızı bildirən ulduzlar əsas gücünüzü sevgiyə yönəltməyi məsləhət görür. Dardüşüncəli insanlara əhəmiyyətsiz yanaşın. Gələcəyə ümidlə baxın.

Tərəzi – Səmimi olsanız, ailə-sevgi münasibətlərində vəziyyət tamamilə xeyrinizə cərəyan edəcək. Kənar təsirlərə aludə olmayın. Köməyə ehtiyac duyan yaxınlarınıza sədaqətliliyinizi göstərin.

Əqrəb – Nahar fasiləsinə qədər hansısa ciddi işlərə girişməyin. Əks təqdirdə xoşagəlməz situasiyalarla rastlaşacaqsınız. Sonrakı saatlarda isə nüfuzlu şəxslərlə görüşləriniz sizə səmərə verəcək.

Oxatan – Büdcənizdə müəyyən artım gözlənilsə də, uzaq yola çıxmaq, riskli hərəkətlər etmək, yeni işlərə başlamaq məsləhət görülmür. Bu səbəbdən yaxşı olar ki, boş vaxtınızı ev şəraitində keçirəsiniz.

Oğlaq - Qarşılıqlı münasibətlərdə səxavətli olmağınız çox işlərdə əlinizdən tutacaq. Hansısa şəxsi probleminizi qabartmaqdansa, daha bəşəri ideyalarla məşğul olun. Nəzərə alın ki, bu, sizə hədsiz savab qazandıra bilər.

Dolça - Sağlıq durumunuzla əlaqədar bəzi kiçik problemləriniz gözlənilsə də, özünüzə diqqət yetirməklə bu kimi mənfi fəsadları aradan qaldıra bilərsiniz. Çalışın ki, gün ərzində ağır fiziki işlərə girişməyəsiniz.

Balıqlar – Astroloji göstəricilər qənaətbəxş bir gün yaşayacağınızı proqnozlaşdırır. Qarşılıqlı münasibətlərdə yaranmış müsbət çalarlar ovqatınızı xeyli yüksəldəcək. Yeni xəbər eşidəcəyiniz də mümkündür.
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: