Gündəlik Bürclər 17 May 2017 Günlük Bürclər

Gündəlik Bürclər 17 May 2017 Günlük Bürclər

17.05.2017 Gündəlik Bürclər (17 May 2017 )


Qoç – Ətrafınızda cərəyan edən olaylar o qədər də zövqünüzə uyğun deyil. Amma bunu özünüzə dərd etməyin. Çünki nahardan sonra bu qənaətlərinizi inkar edə biləcək olaylarla rastlaşacaqsınız.

Buğa – Nəhayət ki, sıxıntılı məqamlarınıza vida söyləyəcəksiniz. Təxminən saat 12-dən etibarən həyatınızın “qızıl dövrünə” start veriləcək. Bütün gücünüzü səfərbər edin, dostlara arxalanın.

Əkizlər – Bir qədər təxribatlı gündür – sizi sevməyənlər hücuma keçə bilər. Bu səbəbdən hər bir işi ehtiyatlı icra etməli, sənədlərlə bağlı tam diqqətli olmalısınız. Yeməyi vaxtlı-vaxtında qəbul edin.

Xərçəng – Nahara qədər münasibətlərə diqqət yetirin. Kimlərisə yerli-yersiz itiiham etməyin. İndi sizə münasibətləri inkişaf etdirmək daha vacibdir. Bu gün heç kimə borc verməyin.

Şir – Bürcünüzdəki astronomik mənzərə daha çox büdcənizin artımına xidmət edəcək. Əgər Göylərin qərarını yerdə də bərkitsəniz, nəticə sizi tam qane edəcək. Yalan vədlər verməyin.

Qız – Özünüzü iş-güclə çox yükləməyin. Çünki gün boyu fiziki bədəniniz artıq yük götürməyə qabil olmayacaq. İş rejimi imkan versə, istirahət edin. Ziyarət üçün də yaxşı vaxtdır.

Tərəzi – Bu gün qarşınızda xeyli iş və vəzifələr durur. Amma Göy qübbəsi bunların öhdəsindən gələcəyinizi bildirir. Əgər tərəddüdünüz olarsa, təcrübəli insanların məsləhətindən yararlanın.

Əqrəb - İstirahət haqqında düşünməyin. Bu gün ümumiyyətlə, evdə oturmaq olmaz. Ona görə ki, bütün göstəricilər həyatınızı dəyişə bilən təsadüflər vəd edir. Qapalı yerdə isə belə şey olmur.

Oxatan – İş yerində xırda narahatçılıq olsa da, bu, qısa zamanı əhatə edəcək. Əsası odur ki, ünsiyyətdə olduğunuz hər kəsi dəqiq tanıyasınız. Bu gün qərəzkar adamlarla hər bir ünsiyyəti kəsin.

Oğlaq – Sağlıq durumunuzdakı xırda narahatçılığı nəzərə almasaq, günün ümumi bəhrəsini görəcəksiniz. Hətta saat 15-18 aralığında şəxsi büdcənizdə artım da mümkündür. Səfərə çıxmayın.

Dolça – İşğal tariximizə təsadüf etsə də, qarşınızda duran bu təqvim xatirinizdə uzun zaman xoş bir təəssüratla qalacaq. Daha aktiv olun ki, mənəvi mənfəətiniz cəld və bol olsun. Səfərə çıxmayın.

Balıqlar – Səbrli olmaq bu tarixdə üzərinizə düşən başlıca vəzifə olacaq. Xüsusən də yeni iş qurduğunuz adamlarla diqqətli davranmalısınız. Bu gün qiymətli əşyalarınızı da qorumalısınız.
REKLAM:
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz