Gündəlik Bürclər 1 İyun 2017 Günlük Bürclər

TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

Gündəlik Bürclər 1 İyun 2017 Günlük Bürclər

01.06.2017 Gündəlik Bürclər (1 İyun 2017 Günlük Bürclər)

Azerbaycanlilar burda səndə qoşul tikla
Azərbaycanin Sosial Şəbəkəsinə səndə Qoşul

Qoç - İşgüzarlığınızı artırmaq üçün ətrafınıza layiqli tərəfdaşlar toplayın. Aldığınız hər bir təklifə başdansovdu yanaşmamalısınız. Yeni işə keçmək planınız varsa, bu gün qəti qərar verməlisiniz.

Buğa - Maraqlı hadisələrlə rastlaşacağınız gözlənilir. Hətta könülaçan məclislərdə də iştirak edə bilərsiniz. Tənbəlliyi bir kənara atın və öz səhvlərinizi başqasının ayağına yazmayın. Xilasınız məhz bundadır.

Əkizlər - Göy qübbəsinin qənaətlərinə görə, yavaş-yavaş həyatın nəbzini tutmağa başlamısınız. Daxili sarsıntılarınız da səngiməkdədir. Odur ki, haqq-ədalət prinsipinə əməl etməlisiniz. Ulduzlar sizə təzə xəbərlər də yetirəcək.

Xərçəng - Axır ki, üzüntülü anlarınız başa çatacaq. Odur ki, bütün ciddi işlərin həllini sürətləndirməli, sevdiyiniz adamlarla yeni münasibətlər sisteminə keçməlisiniz. Ulduzlar uzaq səfərlərinizi təxirə salmamağı məsləhət görür.

Şir – Bu təqvimi mənalı tərzdə başa vuracaqsınız. Xüsusən də sevgi münasibətlərində cərəyan edən proseslər ürəyiniz istəyən istiqamətdə inkişaf edəcək. Bacardığınız qədər darıxdırıcı işlərdən uzaqlaşın.

Qız - Ətrafınızda mövcud olan "səbəbsiz" gərginlikdən narahat olmayın. Tərəfdaşlarınıza qərəzli şəkildə yanaşmasanız, vəziyyət yaxşılaşa bilər. Qida və yuxu rejiminizə fikir verin. Səhər saatlarında isə aldığınız təkliflərə razılıq verməyin.

Tərəzi - Əlinizə düşən fürsətdən istifadə etsəniz, bu gündən xeyli bəhrələnə bilərsiniz. Əks təqdirdə karyeranız üçün uğurlu anlar əlinizdən çıxa bilər. İnsanlara qarşı inamsızlığınız heç də yaxşı əlamət deyil. Müdiriyyətlə xoş davranın.

Əqrəb – Öhdənizə götürdüyünüz işlərə məsuliyyətlə yanaşsanız, günün sonunadək maddi durumunuzu təmin edə biləcəksiniz. Hətta özünüzü yaxşı aparsanız, maddi imkanınız qənaətbəxş olacaq. Hər boş sözə əhəmiyyət verməyin.

Oxatan - Əsas diqqətinizi yarımçıq işlərinizin həllinə yönəldin. Paralel olaraq bir neçə işlə məşğul olmaq da yaxşıdır. Saat 15-dən sonra maraqlı adamlarla görüşəcəyiniz güman olunur. Amma bu görüşlər işlə bağlı olmayacaq.

Oğlaq - Astroloji göstəricilərə görə, ümumi əhvalınız qənaətbəxş olsa da, iş yerində çətinliyiniz olacaq. Bu səbəbdən üzərinizə düşən vəzifələrin məsuliyyətini hiss etməlisiniz. Görüş yerlərinə gecikməyin.

Dolça - Ulduzlar sürpriz dolu bir gün yaşayacağınıza imkan verəcək. Amma belə məqamda kiməsə yalan satmaq, hiyləgərlik etmək yolverilməzdir. Çünki sonradan bundan öz əleyhinizə istifadə edə bilərlər.

Balıqlar - Lazımi adamlarla görüşlər təşkil etməklə problemli işlərinizi yoluna qoya bilərsiniz. Maddi sıxıntılarınızın azalacağını bildirən ulduzlar səmimi və təbii olmağı, reallığa düzgün qiymət verməyi məsləhət görür.

Şərh Yaz