Sayt.Biz


» » Gündəlik Bürclər 20 İyun 2017 Günlük Bürclər

Gündəlik Bürclər 20 İyun 2017 Günlük Bürclər

Gündəlik Bürclər 20 İyun 2017 Günlük Bürclər

20.06.2017 Gündəlik Bürclər (20 İyun 2017 Günlük Bürclər)

Qoç - Adi bir təqvim yaşayacaqsınız. Hansısa qeyri-adilik gözləməyə dəyməz. Yalnız nahar ərəfəsində xırda mübahisələriniz mümkündür. Böyüklərin məsləhətini qulaqardına vurmayın.

Buğa - Planetlərin bürcünüzdəki neqativ düzülüşü ümumi ovqatınızda gərginlik yaratsa da, bu, yalnız saat 15-ə qədər davam edəcək. Sonrakı müddətdə isə maraqlı hadisələrin şahidi olacaqsınız.

Əkizlər - Yeni əlaqə və tanışlıq üçün səmərəli vaxtdır. Atacağınız addımları dönə-dönə ölçüb-biçin. Yorulmaqdan qorxmayın. Çünki zəhmətinizin bəhrəsini yaxın vaxtlarda görəcəksiniz.

Xərçəng - Əsas vaxtınızı fəaliyyət amilinə həsr edin. Çünki ulduzlar bu təqvimdə daha çox məlum sahədə sizə enerji bəxş edəcək. Saat 18-21 aralığında isə qonaq getmək sizə rahatlıq gətirəcək.

Şir - Daha çox fəaliyyətlə məşğul olmağınız məsləhət görülür. İndi sizin ən məhsuldar dövrünüz olduğu üçün boş dayanmağa lüzum yoxdur. Doğmalarınızla münasibətlərə obyektiv yanaşın.

Qız - Yaxşı olar ki, bu gün özünüzü çox yormayasınız. Ən azı ona görə ki, əyləncə və gəzintilər üçün ayda-ildə bir dəfə əlinizə fürsət düşəcək. Buna baxmayaraq, uzaq yola çıxmaq məsləhət deyil.

Tərəzi - O qədər də səmərəli vaxt deyil. Yaxşı olar ki, riskli işlərinizi, xüsusən də işgüzar görüşlərinizi təxirə salasınız. İş günü olsa da, vaxtınızı daha çox istirahətə həsr edin.

Əqrəb - Bürcünüz üçün ən uğurlu vaxt günün birinci yarısıdır. Göstərdiyimiz ərəfədə ağıllı şəkildə risk etmək sizə uğur gətirə bilər. Gün ərzində şəxsi büdcənizi artırmaq imkanınız da olacaq.

Oxatan - Bütün sağlam sahələrdə mövqelərinizi qorumaq və möhkəmləndirmək başlıca vəzifəniz olmalıdı. Amma bütün vacib işlərinizi saat 18-ə qədər yekunlaşdırın ki, sonrakı ərəfənin düşərliliyini hiss edəsiniz.

Oğlaq - Bəri başdan nəzərinizə çatdıraq ki, bu təqvimdə əsəblərinizi maksimum qorumalısınız. Ünsiyyətdə olduğunuz hər kəslə mehriban davranın. Yalnız gündəlik işlərinizlə məşğul olun.

Dolça - Əgər səhhətinizdə problem yoxdursa, qorxmağa dəyməz. Ən azı ona görə ki, gün ərzində rastlaşdığınız olaylar fərəh hissinizi artıracaq. Axşam öz evinizdə gecələməyiniz tövsiyə olunur.

Balıqlar - Yeni işlərə başlamaq, perspektivli sövdələşmələr aparmaq üçün ideal ərəfədir. Çalışın ki, bu fürsətdən maksimum yararlanasınız. Aldığınız hər bir dəvətə razılıq verin.
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: