Özümüzdən Başlamasaq

TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

Ebdürrehim bey Haqverdiyevin «Mirze Sefer» hekayesini oxumayan belke de çox adam olar, amma yazıçının «Mirze Sefer», «Papaq» ve «Bomba» hekayelerinin motivleri esasında Cahangir Mehdiyevin quruluş verdiyi «Evlenmek isteyirem» filmine yeqin ki, çoxları baxıb ve bu dialoqu az qala ezber bilirik:

«Bir defe bir nefer şexs defterxanaya gelib, кatibden öz кağızından dоlayı melumat isteyir, кatib cavab verir кi, кağızın Mirze Seferdedir, üzünü ağardar, apararsan. Şexs Mirzeye teref gelir:

– Mirze, menim кağızımı, mümкün ise, yaz aparım.

– Dayan, bu saat yazaram, elimde özge iş var.

– Bilirsiniz, men Hesen ağanın qоhumuyam?

Mirze qelemi elinden buraxıb кişinin gözlerinin içine baxdı.

– Dоğrudan Hesen ağanın qоhumusan?

– Dоğrudan.

– Sen Allah, Hesen ağanın qоhumusan?

– Vallah, dоğru deyirem.

– Sen Hezret Abbas, Hesen ağanın qоhumusan?

– Hezret Abbas haqqı Hesen ağanın qоhumuyam.

– Deyinen sen öl, Hesen ağanın adamıyam.

– Sen öl, Hesen ağanın adamıyam.

– Bes ele ise, gel, min menim bоynuma. Neyneyim Hesen ağanın qоhumusan? Gözle, vaxtında кağızın hazır оlar, apararsan.»

Yazıçı hekayedeki bu dialoqla hele esrler önce insanlarımızın nece düşünceye sahib olduğunu oxucusuna ustalıqla çatdırır. Ehmed bey xaricde tehsil alıb gelen bir genc olsa da, aldığı tehsille öz doğulduğu yere, insanlara, milletine xeyri deymeyen bir «ziyalıdır.» O, hemin defterxanada qayda-qanuna mehel qoymayan, növbe gözlemeye bele tenezzül etmeyerek öz nüfuzlu qohumunun adından istifade edib, işini tezleşdiren bir tip kimi teqdim olunur.

Üstünden yüziller keçmesine baxmayaraq hemin epizodu olduğu kimi götürüb, analiz etsek, hadiseni o zamanla indi arasında qarşılaşdırıb, günümüzün reallığıyla müqayise aparsaq görerik ki, deyişen heç bir şey, heç bir ferq yoxdur. Hekayenin ana fikri bu günümüzü özünde eks etdirerek hele de öz aktuallığını qoruyur.
Tehsilli genclerimizin, savadlı insanlarımızın gün-günden çoxaldığı bir zemanede yaşasaq dainsani keyfiyyetlerimizin, haqqı teleb etmek cesaretimizin, Mirze Sefer kimi cesaretli, şerefli, vezifece özünden böyük olana boyun eymeyen, halal zehmetile yaşayan namuslu memurlarımızın azaldığını görürük. Sivilizasiyaya, müasirliye doğru inkişaf getdikce zehinler, düşünceler gerileyir, cılızlaşır sanki. Qorxaqlıq, öz haqqını teleb etmemek, cesaretsizlik insanların ruhuna hakim kesilir.

Üzeyir bey Hacıbeyov, C.Memmedquluzade, E. Haqverdiyev, M.E.Sabir ve bir çox bele yazıçılarımız hem öz eserleri ile, hem heyat fealiyyetleri, xidmetleri ile hele o dövrde insanlarımızda özünüderki, inkişafı, milli şüuru oyatmaq üçün ellerinden geleni edir, bu yolun da tehsilden, elmden keçdiyini anlatmağa çalışırdılar.
Zamanla inqilablar, müharibeler, neler, neler görerek, çetin periodlar keçen bu millet yavaş-yavaş oyanışa doğru getmeye başladı. Tehsil de aldıq, bilik de, savad da… İller, esrler keçib o zamandan. Bu günümüzden dönüb o zamana boylansaq müqayise olunacaq çox işler göre bilerik. Geyimimizden başlayaraq ta etrafımızda gördüyümüz her şey deyişib. Bes şüurumuz, meneviyyatımız nece, o da inkişaf edib, deyişibmi?!
Bax, buna tam eminlikle kimse «Beli, deyişib!» deye bilmez. On iller, yüz iller keçse de hele de beyinler XVIII-XIX esrden qalmadır. Teessüf ki, ele o hekayedeki kimi, xaricde (ele öz memleketinde de) tehsil alıb qayıdan tekebbürlü, lovğa, özündenrazı, növbe medeniyyeti bilmeyen, kimsenin haqqını gözlemyen, özünü her kesden üstün tutan, özünü göstermek xetrine oxuyan, «daydayına» arxalanan «tehsilli» ehmed beylerimiz var ve artmaqdadır da. Ve hele de heyatın anlamını madiyyatda axtaran, vezifede gören hesen ağalar, hacı kemyablarımız da var olmaqdadır.

Demek ki, avamlıq, cahillik, meneviyyatın kasadlığı, cemiyyetin inkişafdan qalması tekce tehsil almaqla bitmirmiş. Evvel içindeki qaranlığı aydınlatmalı, sivilizasiyanı, müasirliyi, medeniyyeti, inkişafı içimizde yaratmalıyıq. Qarşımdakının mene qarşı münasibet ve davranışını nece görmek isteyiremse,elece de men etrafımdakılarla ele davranmalıyam. Bir sözle, özümüzden başlamasaq, deyişesi deyilik.
Müəllif: Pascal

Şərhlər 1

Offline
pascal
pascal 2 Ocak 2020 09:54
Müəllif hüquqlarını qorumursuz, qorumayın, bu sizin vicdani işinizdir. Heç olmasa götürdüyünüz saytın adını qeyd edin.

Şərh Yaz