GÖZƏLLİK HAQQINDA BİR NEÇƏ MƏSLƏHƏT

GÖZƏLLİK HAQQINDA BİR NEÇƏ MƏSLƏHƏT
Gözəllik, gözəl görünmək hər birimizin istəyidir. Hələ qadınlar gözəl görünmək üçün nələr etmirlər. Ancaq bu mövzuda gözəl görünmək üçün etməli oldğumuz bir neçə qısa məsləhəti nəzərinizə çatdırmaq istədim…
Gözəllik, gözəl görünmək hər birimizin istəyidir. Hələ qadınlar gözəl görünmək üçün nələr etmirlər. Ancaq bu mövzuda gözəl görünmək üçün etməli oldğumuz bir neçə qısa məsləhəti nəzərinizə çatdırmaq istədim…
Budur, gündəlik əməl edə biləcəyimiz kiçik məsləhətlər:
Saçlarınızı səliqəyə salın
Əliniz üçün istifadə etdiyiniz nəmləndirici əl kremindən bir az saçınıza sürtsəniz, elektriklənmənin və uçmanın qarşısını almış olacaqsınız. Əgər kremi duş aldığınız zaman sürtsəniz, saçlarınızı quruladıqdan sonra daha parlaq və canlı olduğunu görərsiniz.
Günə gümrah başlamaq üçün
Səhərlər yorğun oyanırsınızsa, orqanizminizi toksinlərdən təmizləmək üçün bir stəkan limonli su içi. Cildinizi də su ilə masaj etsəniz gümrahlaşdığınızı hiss edəcəksiniz.
Dişlər
Diş ətlərinizi qüvvətləndirmək üçün kiçik dənəli duzu diş fırçasının üzərinə tökərək dişləriniz fırçalayın.
Buzlu dodaq qələmi
Əgər dodaq qələmi istifadə edirsinizsə, istifadədən əvvəl onu buzlu bir qabın içində sxlasanız daha gözəl effekt almış olarsınız.
Əllər
Artıq əllərə manikür edilərkən, su yerinə süddən istifadə edilir. Siz də əllərinizi ən azı 5 dəqiqə ilıq südün içində saxlasanız əllərinizin və xüsusilə də dırnaqlarınızın gecləndiyini, dərinizin yumşaldığını görəcəksiniz.
Dodaqlar
Mat pamadaları xoşlayırsınızsa, pamada ilə birlikdə dodaq qələmindən istifadə etməlisiniz. Beləcə çərçivədən çıxmadığı müddətcə dodaqlarınız daha gözəl və canlı görünəcək. Bundan başqa mat görünüm almaq üçün sadəcə dodaq qələmindən də istifadə edə bilərsiniz. Ancaq, yadda saxlamaq lazımdır ki, dodaq qələmini dodaqlara çəkdikdən sonra barmağınızla onu yaxşıca yaymalısınız.
Göz makyajının təmizlənməsi
Göz makyajını təmizləyərkən gözlərinizi və göz ətrafını ovuşdurmaq olmaz. Gözünüzə sürtdüyünüz təmizləyicini pambıq və ya hazır disklər vasitəsilə yumşaqca dairəvi hərəkətlərlə silmək lazımdır.
Cildiniz parıldayırsa
Cildinizi qurutmadan matlaşdırmaq lazımdır. Pudranızdan əvvəl matlaşdırıcı kremlərdən istifadı etməlisiniz. Gündəlik krem istifadə etdikdə isə, bunların qel olmalarına çalışın.
+ +2 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz