Gözlər haqqinda, Gözlər və rəngləri

Gözlər haqqinda, Gözlər və rəngləri

Hamımız monitor qarşısında dayanmadan gözlərimizi yükləməyə vərdiş etmişik. Aramızda az sayda adamlar bu qədər vacib orqanın xüsusiyyətlərin və özəlliklərində xəbərdardır. Həmin özəllikləri sizə təqdim edib, öz gözlərinizə diqqətlə yanaşmağı tövsiyyə edirik.

Qəhvəyi rəngində göz əslində mövcud deyil. Qəhvəyi gözlər mavi gözlərdəki qəhvəyi piqmentin vasitəsi ilə həmin rəngi alır. Gözlərdəki qəhvəyi piqmenti əməliyyat vasitəsi ilə götürüb həmişəlik mavi gözlərə sahib olmaq olar.

Sevdiyimiz insana baxarkən göz almacığı 45% böyüyür.

Açıq gözlərlə asqırmaq mümkün deyil.

Gözlər boz rəngin 500 çalarını ayırd edir.

Hər bir göz 107 mln. hüceyrədən ibarətdir və onların hamısı işığa qarşı həssasdır.

Kişilər arasında hər 12-ci adam daltonikdir.

İnsan gözü spektorun yalnız 3 rəngini – göy, qırmızı , yaşıl rəngi ayırd edir. Qalan bütün rənglər həmin 3 rəngin qarışığından alınır. (Yəgin ki, nəzərinizdən qaçmadı : spektorun rəngləri bizim bayrağdakı rənglərdir)

Gözlərimizin diametri 2.5 sm, çəkisi isə 8 qr-dır.

Orqanizmimizdə olan bütün əzələlər arasında göz əzələləri ən işlək əzələlərdir.

Gözlərimizin ölçüsü doğulandan ölənədək dəyişmir, baxmayaraq ki, burun və qulaqlar bütün həyatımız boyu öz ölçüsünü dəyişir.

Göz almacığının cəmi 1/6 hissəsi görünür.

http://imageshack.com/a/img745/5987/B0TFif.jpg
Orta hesabla bütün həyatımız boyu təxmini olaraq 24 mln. sayda şəkil görürük.

Ən sürətli əzələ göz əzələsidir.1 saniyə ərzində 5 dəfə gözümüzü qırpa bilərik. ”Bir göz qırpımında” ifadəsi də burdan meydana gəlib.

Gözlərimiz 1 saniyədə 50 şeyə fokslana bilir.

Gözlər tərəfindən beyinə göndərilən şəkil və mənzərələr tərsinə göndərilir.

Gözlər beyini ən çox yükələyən orqandır.

http://imageshack.com/a/img673/5318/euicB5.jpg
Hər bir kipriyin 5 ay ömrü var.

Qədim mayalılar çəpgözlüyü cazibədar hesab edir və çalışırdılar ki, uşaqlarının gözləri çəp olsun.

Təxminən 10 000 il ərzində yer kürəsində bütün insanların gözü qəhvəyi rəngdə olub. Sonra Qara dəniz ətrafındakı adamların gözlərində mutasiya baş verib və bu mavi gözlü adamların peyda olmasına səbəb olub.

Gözlərin hərəkət istiqamətini müayinə edərkən 98.3% dəqiqliklə şizofreniyanı müəyyən etmək olar.

Yer üzündəki qadınların təxminən 2%-nin gözlərində nadir genetik mutasiya var. Həmin mutasiya onlara 100 mln. rəngi ayırd etməyə imkan verir.

Hollivudun məşhur aktyoru Conni Deppin sol gözü görmə qabiliyyətli deyil.

Kosmonaftlar kosmosda olarkən ağlaya bilmirlər. Buna səbəb kosmosdakı çəkisizlikdir. Beləki onlar kövrələndə ağlamaq əvəzinə gözlərində ancaq göynəmə hiss edirlər.

İnsan gözü üçün çox mürəkkəb rənglər var. Həmin rəngləri “mümkün olmayan rənglər” adlandırırlar.

Afakiyadan əziyyət çəkən insanlar ultrabənövşəyi şüaları rəng olaraq görə bilirlər.

Arıları gözlərində tük var. Bu tüklər küləyin istiqamətini müəyyən etməyə imkan verir.

Biz gözlərimizlə yox, beyinimizlə görürük. Baxmayaraq ki, mənzərə və şəkillərin bulanıq və keyfiyyətsiz görüntüsü gözlərin xəstəliyidir, görmə qabiliyyəti sırf beyin funksiyasıdır.

Mavi gözlü ağ pişiklərin 65-85 %-i kardır.
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz