Mirbabayev Yusif Heydər (Miri Yusif) kimdir? Miri Yusif Haqqında


Tam adı nədir? Mirbabayev Yusif Heydər #8
Neçə yaşı var? 1977-10-27 (41 yaş)
Haralıdır? Aze, Bakı
Nə oxuyur? Hip Hap / Reyp
Nəçidir? Müğənni, Artist

Haqqında
Miri Yusif — Mirbabayev Mir Yusif Mir Heydər oğlu (27 oktyabr 1977-ci ildə anadan olub) Azərbaycanlı aktyor, müğənni, bəstəkar və rəssamdır.

Həyatı
Mirbabayev Mir Yusif Mir Heydər oğlu, 27 oktyabr 1977-ci ildə Bakı şəhəri 8-ci kilometr qəsəbəsində anadan olub. Valideyinləri Mirbabayev Mir Heydər Mir Hüseyn oğlu və Mirbabayeva Adelya Yusif qızıdır. Ondan böyük qardaşı və kiçik bacısı var. Qardaşı Mirbabayev Mir Bağır Mir Heydər oğlu iqtisadçıdır. Bacısı Mirbabayeva Günay Mir Heydər qızı musiqiçidir. Miri Yusifin uşaqlıq illəri və ilk sevgisi (sonradan onu Amerikaya aparan sevgi) yaşadığı 8-ci kilometr qəsəbəsi ilə bağlıdır. Onun “Bakılı Sərçələr” mahnısı və ona çəkilmiş klip məhz həmin yerlə bağlı xatirələrinə həsr olunmuşdur.

Şəxsi həyatı
Miri Yusif məktəb illərindən başlayan sevgisinin arxasınca Amerikaya getdi. Elə bununla da onun həyatında çətin, lakin maraqlı günlər başladı. O aeroportda tək qaldı. Arxasınca okeanı keçdiyi xanım onu qarşılamadı. Miri Yusif elə həmin anda öz seçimini etdi. Təbiət etibarilə o sakit həyat tərzinə alışmış biri deyildi, ona yaradıcılıq üçün yeni təkanlar, macəralar lazım idi. Buna görə də o, geriyə qayıtmaq yerinə Amerikada qalmağı seçdi. Bank hesabında 1 dolları belə olmadığı halda o Amerikada yaşamağa başladı. Baxmayaraq ki, həmin vaxtlarda “Dəyirman” çox populyar idi, konsertləri anşlaqla keçirdi. Miri Yusif qabyuyandan ofisianta hər bir işdə çalışdı. Qalmağa yeri olmadığı üçün üfürülən döşəyi ilə işlədiyi yerdə də qalırdı. Özünün “karantin” adlandırdığı bu dövrdə yeni ruhda, yeni tərzdə mahnılar yazmağa başladı. Vaxt keçdi və onun həyatı öz axarına düşməyə başladı. Ona Amerikada yaxın dostu Teymur Nuriyev dəstək oldu. Artıq o, arada bir Bakıya gələ bilirdi. Bakıya gəldiyi bir vaxtda konsertdə bir qızla qarşılaşdı. Ertəsi gün həmin qız öz qardaşı və ailə dostları Fidan Qasımovayla onların evinə gəldi. Cəmi bir ay sonra - 09.10.2008-ci ildə onların öz ailəsi yarandı. Bu sevginin ilk töhfəsi “Sənin üçün” hiti, ən böyük nəticəsi isə 9 ay sonra dünyaya gələn Mir Hüseyn oldu. 2011-ci ildə Adel adlı qız övladının dünyaya gəlməsi Miri Yusif üçün dönüş nöqtəsi oldu. Çünki məhz ailənin yaranması ilə Miri Yusifin həm həyatında, həm yaradıcılığında yeni bir dönəm başladı.

Karyera
Musiqi karyerasına 1996-cı ildə “Dəyirman” qrupunun tərkibində başlayıb. Dəyirman bir-birini öncədən tanıyan bir dostluq qrupu idi. Dəyirman qrupunun, daha sonra isə solo karyeraya başlayan Miri Yusifin prodüsseri Emin Əfəndidir. Emin də Dəyirman qrupunun digər üzvləri kimi bu dostluq komandasının bir parçası idi. Emin Əfəndi və Miri Yusifin iş birliyi indiyə qədər davam edir. Dəyirman - Azərbaycanda fəaliyyət göstərən bir rep qrupu idi. Əvvəlcə qrup "GGG-ailəsi" adlandırılsa da, sonralar onun adı "Dəyirman"a dəyişdirildi. Azərbaycan tamaşaçıları qrupu müğənni Leyla ilə birlikdə "Sarı gəlin" mahnısına çəkdirdikləri klip ilə tanıdı. Sonralar "Dəyirman" Azərbaycanın bəzi xalq və uşaq mahnılarını rep üslubunda remiks etdi. Qrupun ən uğurlu mahnılarından biri "Ya Qarabağ, ya ölüm" sayılır. Amerikada yaşayarkən – 2005-ci ildə Solo karyeraya başlamağa qərar verdi. İlk mahnı “Papa” mahnısı oldu. Daha sonra “Everrock Records” studiyasında “Avara” adlı ilk albomu yazıldı. Bakıya qayıtdığı andan etibarən həyatında baş verən dəyişikliklər Miri Yusifin “Karma” albomunun yaranması yolunun başlanğıcı oldu. Bu yol düz 2 il uzandı. 1 dekabr 2010-cu il tarixində SS Production şirkətinin təqdimatı ilə “Karma” albomunun tanıtımı Miri Yusifin qısa solo konserti ilə müşaiyyət olundu. Bu böyük səhnədəki konsertə yönəlmiş ilk addım oldu. Qəlbin ətraf aləmlə harmoniyası isə "Nirvana"ya yüksəlişə yol açdı. Məhz bu ovqat yeni albomun ana mövzusudur. “Mən Heç Kiməm” adlı yeni sinql Miri Yusifin fəlsəfi axtarışının ilk nəticələrindən oldu. Musiqisi və sözləri Miri Yusifə məxsus olan bu track 2011-ci ilin sentyabr ayında sırf internet vasitəsilə yayımlanan “KARVAN EP” albomuna daxil edildi. Sözü gedən albom həm şərq, həm də qərb kaloritlərini özündə cəmləşdirən Miri Yusifin ilk EP albomu idi. Bu albomda yer alan “Səndən Olmaz” mahnısı isə 2011-ci ildə “İlin Hit Mahnısı” mükafatına layiq görüldü. Həmin ilin oktyabr ayının 15-də eyni adlı mahnının Eleven klubunda canlı alətlərin müşayəti ilə ilk klub konserti gerçəkləşdi. Miri Yusifin sayca 4-cü albomu olan “Nirvana” 2012-ci ildə işıq üzü gördü.[12] Albomun musiqi prodüsseri Emin Kərimidir. Albomdakı Nigar Camal ilə duet oxunulan, bəstəkarı İsa Məlikova aid olan “Qal” trackinin klipi youtube kanalına yükləndiyi ilk gün ərzində 40.000 baxışla 2012-ci ilə qədər Azərbaycan Musiqi aləmində görülməyən rekord göstərici əldə etdi. “Nirvana”nın əvvəlki albomlardan fərqi onda idi ki, albomda yer alan bütün mahnılar canlı olaraq musiqi alətləri ilə müşayiət olunurdu. Albomun dizaynında isə Miri Yusifin uşaq vaxtı çəkdiyi şəkillərdən istifadə olunmuşdu. Bir çoxlarının səbirsizlikə gözlədiyi “Məktub” mahnısı isə avqust ayında kliplə bir yerdə internetdə yayımlanaraq, çoxlarının sevgisini qazandı. Məhz buna görə də bu mahnı 2012-ci ildə Miri Yusifə “Fəxri Fərman” mükafatını qazandırdı. Uğurlarının ardı-arası kəsilməyən Miri Yusifin 2013-cü ilin ilk aylarında musiqisi və sözləri Miri Yusifə məxsus olan “Mən Küləyəm” sinqlı internet və radio vasitəsilə yayımlandı. Qısa zaman keçməsinə baxmayaraq, bu mahnı pərəstişkarlar tərəfindən böyük şöhrət qazandı. 8 Mart ərəfəsində “Beynəlxalq Qadınlar günü” münasibətilə Miri Yusif Eleven klubunda xanımlar üçün öz musiqili hədiyyəsini – “ilk akustik” konsertini uğurla verdi. Konsertdə bütün mahnılar akustik və bas gitara, perkussiya alətlərinin köməyilə səsləndirildi. Böyük anşlaqla qarşılanan bu konsert çoxsaylı istəklərin nəzərə alınmasıyla yenidən həmin məkanda 15 Martda təkrarlandı. Ən nəhayət Miri Yusifin çoxdan bəri gözlənilən möhtəşəm konserti isə İyun ayının 28-i Yaşıl Teatrda tamaşaçıları bir araya topladı. 3 saata yaxın açıq havada davam edən konsertdə 2000-ə yaxın tamaşaçı iştirak etdi. 2013-cü ilin sonlarına yaxın “Ağ Qarğa” albomu dinləyicilərə Heydər Əliyev adına Sarayda keçirilən canlı konsertdə təqdim olundu. Albomun musiqi prodüsseri “Nirvana”da olduğu kimi Emin Kərimidir. Albomda bir sıra yeni bəstələr yer aldı, o cümlədən retro mahnılardan biri olan “Küçələrə Su Səpmişəm” tam fərqli tərzdə muğam və rokla sintez olunaraq ifa olundu. Həmçinin alboma daxil olan “İki Doğma İnsan” mahnısı “İlin mahnısı” mükafatını qazandı. 2014-cü il 13 və 14 İyunda Yaşıl Teatrda “Yayın Ən Böyük” konserti reallaşdı. İki gün ərzində anşlaqla keçən solo konsertdə 4000-dən çox dinləyici iştirak etdi.Ən son illərdə 2016-cı ilin İyul ayinin 8-9-u "2 GÜN Solo Konsert" adli konsert proqramiynan "Yaşil Teatr "da cıxış etdi ve bütün teatr bir denede boş yer qalmamışdı.1 Mart 2017-ci ildə Elektra Events Hall-da baş tutan "Ad Günu" adli canli solo konsert kecdi və bütün Miri Yusif sevənlər bu konsertə axin etdilər.Bu konsertlər arasinda 24 Noyabr 2017-ci ildə Böyük Britaniyada (The QUBE PROJECT) adli məkanda MİRİ YUSiF in konsertini bas tutdu (Dj China istiraki ilə). Həmçinin MİRİ YUSİF çox vaxt "Eleven" adli night clubda tez-tez canli solo konsert verir.


İnstagram səyfəmizi Moda Şəkil Təqib et
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz