Bakili Milyaner

Bakı milyonçularından olan Hacı Hacıağa Dadaşov öz qenaetciliyi ile çox meşhur imiş. Bakıdakı "Metropol" mehmanxanasının Tbiliside herraca qoyulacağını eşidib ora yollanır. Tanıyanlar onu ele salıb soruşurlar:
- "Hacı, burda ne gezirsen? Sen yumşaq tekerli faytona 1 abbası verib minmirsen ki, bahadır, 15 qepiklik demir tekerli köhne faytonla gedirsen. Herracda 50-60 min söhbeti olacaq."
Hacı da özünü sındırmır:
- "Mende pul hardandır, tamaşaya gelmişem"
Herracda qiymetler yavaş-yavaş qalxıb son hedde çatanda Hacı arxadan qışqırır: "99 min" Daha heç kimin demeye sözü qalmır ve milyonçu mehmanxananı alır.
Küçede ondan soruşurlar:
- Hacı, bu qeder pul hardandır?
- Faytonlara vermediyim 5 qepiklerdendir.
- Yaxşı, bes niye 100 min demedin?
- Axı o qalan pulla 5 min defe faytona minmek olar.
1876-cı ilde Azerbaycan tacirleri üçün birinci ve ikinci dereceli tacirlik derecesi teyin edildikde bu rütbeni Bakıda ilk defe Hacı Hacı ağa almışdı.
Hacı Hacıağa ancaq öz feraseti, işgüzarlığı, tedbirliliyi neticesinde qısa müddetde milyonçu seviyyesine yükselmişdi. Onun neft medenleri olmayıb. Bütün meylini ancaq mülk tikdirmeye ve deniz ticareti ile meşğul olmaq üçün gemiler inşa etdirmeye salıb.
Bakı şeherinde 40-dek mülkü ve Xezer denizinde çoxlu gemileri olmuşdur. Gemiçilikle ticaretinden çoxlu gelirler elde etmişdi. Bütün Yaxın ve Uzaq şerq ölkeleri ile ticaret elaqesi vardı.
Hacı Hacıağa Azerbaycanda ilk defe olaraq qocalar ve yetimler evi açdırıb.

+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz