Günəbaxan və insan - Söhbət

Günlerin bir günü Günebaxan insanla söhbete başlayır. Günebaxan:"Men gün işığından ilham alıb böyüyürem, bes sen?"
İnsan:"Men Allahın rehmet ve merhemetinden ilham alıb menen yükselirem."
Günebaxan:"Eger günden üz çevireremse, kimse mene günebaxan demez. Ekinçi toxumu yere basdırdıqda onun böyüyüb günü tapacağına emin olar
ve men günü heç ne ile sehv salmaram."
İnsan(teessüfle):"Men de Allahın ezemetli varlıq olduğuna emin olar, lakin Onu Ondan qeyri varlıqla sehv salaram"
Günebaxan:"Men yalnız günü sever ve onun işığına ümid besleyerem."
İnsan(xecaletli halda):"Men ise Allahdan qeyrisine de ümid besleyerem."
Günebaxan:"Men gün işığı ile cücerib yerden boy verer, gün işığı ile inkişaf eder, gün işığı ile de solub gederem."
İnsan(utanaraq):"Men Allahın nuru ile dünyaya gelerem, amma öz günahlarım ile axiretimi zülmete qerq ederem."
Günebaxan:"Men günle yaşayaram."
İnsan:"Men Allahla yaşayaram."
Günebaxan:"Zülmet meni mehv eder."
İnsan:"Meni ise günahlarım."
Günebaxan:"Men aradakı mesafeni işıqla qısaldaram, bes sen?"
İnsan bir söz deye bilmir. O, günebaxanı eline alıb iyleyir. Allahın qoxusunu hiss edir. Günebaxanın dediyi son sözler qulağında sırğa olur. "Menim adım çekilende hamının yadına gün düşür. Bes sen insanın adı çekilende nece? İnsan deyildikde kimsenin yadına Allah düşürmü?"
Bu sözleri eşitdikde insan Allahdan xecalet çekir, üzünü güne teref tutub ağlayır.
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz