Qatil öz qurbanini sevir


Müəllif hüquqlarını pozmaq olmaz.
Hekayə bir fantastik cinayətkardan bəhs olunur, bu cinayətkara pul müqabilində sifarişlər verilir cinayətkar da həmin sifarişləri qəbul edib yerinə yetirir daha ətrafli hekayəni tam oxuyun.

Cinayətkar Mahmud haqqında qisa açiqlama.
Mahmudun evi Qubada bir kəndin kənarinda yerləşir hətda demək olar ki kəndən xeyli qiraq meşəlik bir yerdir yanindan bir çay axir Mahmudun burda hər bir ləvazimati və şəraiti var həyət geniş həyətdə yeləncəlik üstollar bir iki meyvə ağacı quyu, doğranmiş odunlar kötüyün üstündə bir balta və evin yaxinliqinda da bir bulaq var, Mahmud burda tənha və kimsəsiz yaşayir bəlkədə onun belə acimasiz qatil olmaqinin əsas səbəblərindən biridə yalniz tək qorxunc bir evdə yaşamasidir, Mahmuda Bakidan zənglə sifarişlər gəlir Mahmuda bu sifarişləri layiqincə yerinə yetirərək pulunu alir, artiq Mahmud bir neçə ildirki bu işlə məşquldu həmçinin Mahmuda profesyonal bir qatildə demək olar, Mahmud özüdə hündür boy idman ilə məşqul olan biridir çox güclüdür qurbanini bir göz qirpiminda məhf edərək öldürür, işini ən çox snayper puçaq və Tapanca kimi silahlarla görür gecə evə girib evin sahibini yoldaşi yaninda yataqda öldürür səssiz səmirsiz çixib gedir heç bir iz qoymadan profesyonalca işini görür Polislər bu tip cinayətlərin üstünə çox getsələrdə heç bir nəticə əldə etməyiblər, Mahmud artiq bir neçə insani amansizca qətlə yetirmişdi və müxtəlif rayonlarda bəzi cinayətlərdə əli var idi, Şabranda, Xaçmazda, Siyəzəndə və bir çox rayonlarda hətda ölkədən kənarda bir iki işləri olub demək olar ki Mahmud cinayətkarlar aləminin taninmiş simalarindan idi..

Yenə bir gün doğdu cinayətkar öz evində təzəcə yuxudan durmuşdu Mahmud qazi yandirib çay qoyub və oturub silahlarini təmizləyir, elə bu arada Mahmuda zəng gəlir zəng Bakidandi bir iş adami tərəfindən Mahmuda yaxşi və pullu bir təklif gəlir, Mahmudun bu yeni işinə qarşiliq 1 milyon dollar pul təklif edilir, və Mahmuda [ Asyə ] adinda bir qizin öldürülməsi tapşirilir səbəb isə odur ki Asyə atasindan ona qalan mirasi əlindən almaq və mənimsəməkdir, Asyə xanimin atasi Bəhlul böyük iş adami idi və rəqibləri düşmənləri çox idi, böyük holding sahibi olan Bəhlul öz holdigində işləyən müavini sağ qolu Cahangir tərəfindən quraşdirma bir qəza ilə dünyasini dəyişir, və Holdingin başina qizi Asyə gəlir Bəhlulun müavini Cahangir zənetdiki Asyəni yixmaq holdingi ələ keçirmək çox asan olacaq sadecə ona mainə olan Bəhlul idi buna görədə o Bəhlulu aradan götürmüşdü.
Artiq Cahangir holdingin bütün işlərini özü yürüdürdü sadecə bir problemi var idi oda Holdingin rəsmi olaraq onun adina keçməsidir, buna görədə Cahangir Mahmuda zəng edərək Asyənin öldürməsini istəyir, Bəhlulun tək varisi olan Asyə xanimda ölsə Holding Cahangirə qalacaq, Mahmuda edilən zəngin üstündən iki gün keçir və Mahmud Bakiya gələrək Cahangir ilə görüşüb Asyə haqqında məlumat əldə edib məlumatli olmuşdu hətda Cahangir uzaqdan maşindan Asyəni Mahmuda göstərmişdi, Mahmud başlayir Asyəni izləməyə bir iki gün keçir Məhmud Asyə xanima çox yaxinlaşa bilmir və Asyə münasib yerdə olmur deyə Mahmud bu amansiz işi görə bilmir Cahangir isə xəbər gözləyirdi, Mahmud çox fikirləşir və Asyə xanima yaxin olmaqin yolunu tapir düşünür ki özünü Asyəyə sevdirməlidir özünə aşiq edib bir neçə aya özünə tam inandirib münasib bir yerə aparib öldürə bilər və belədə edir Asyənin rəfiqəsi ilə ona xəbər göndərir Asyə əvvəl istəmir rəfiqəsi təkid edir və nahayət Asyə razilaşir düşünür ki Mahmud onu xoşbəxt edəcək, işlərində ona kömək edəcək mehriban bir ailəsi uşaqlari olacaq, beləcə Asyə Mahmudu sevir ona aşiq olur inanir artiq bir yerdə gəzməyədə gedirlər hətda Mahmud Asəyə söz atan bir iki nəfəridə döyür parkda Asyədə Mahmuda tam inanir günü gündən bu inam artir, Cahangir Mahmuda zəng edərək soruşur Mahmud bəy iş nə yerdə qaldi Mahmud isə deyir planla uyğun hərəkət edirəm mən işimdə iz buraxmamaq üçün işimi sağlama tutmaq üçün hər rola girərəm Cahangir deyir yaxşi şad xəbəri gözləyirəm Mahmud da tezliklə deyib sağollaşirlar, Bir gün Mahmud Asyəyə deyirki gedək gəzməyə bir yaxşi yer bilirəm Qubada bir gözəl evdə var gedib istirahət edib gələk bir günlüyünə, Asyə razilaşib yola düşürlər artiq Mahmudun o daş qəlbi ətə çevrilmişdi, öz özlüyündə yolda hey fikirləşirdi fikirli idi mən bu işi necə edim və mən bunu niyə fikirləşirəm əvvəlki qurbanlar üçün heç belə düşünməmişdim Asyənin üzünə baxib fikirləşirdi hər Asyəyə baxanda Asyə ona gülümsəyirdi əlini bərk tutub başini Mahmudun çiyninə qoyurdu, Mahmud özü özünə deyir yox mən bir qatiləm mənim işim bu qizi öldürməkdir mən düşünməməliyəm mənim adim sanim var, nəsə yolda xeyli düşünür evə çatanda Asyəni dəli kimi sevdiyini anlayir, Maşindan düşürlər Asyə deyir Mahmud bura niyə belə qorxuncdu ətrafda ev yoxdu cəngəllikdi sanki Mahmud gülümsəyib deyir gəl evə girək və evə girirlər Mahmud simavarda çay qoyub Asyədə süfrəyə açib çay içirlər yemək yeyirlər Asyə Mahmuda Təşəkkür edir bu gün əla gündür özümü xoşbəxt hiss edirəm Atamdan sonra tək güvəndiyim sevdiyim sənsən səndən başqa kimsəyim yoxdur, Mahmudun qani qaralmişdi ürəyi titrəyirdi Asyəyə olan sevgi onu körpə bir uşaqa çevirmişdi Asyənin əlindən tutaraq meşənin dərinliyinə gedirlər biraz Asyə qabaqa keçib sevinə sevinə təbiətə qucaq açib gülürdü Mahmud arxadan tapancani çixardib Asyəyə dogrultdu və Asyə geriyə çevrilib baxanda özünə tuşlanmiş silahi gördü və anidən üzündəki gülüş sevinc itdi gözləri doldu Mahmud Mahmud dedi gördüki Mahmudun gözündən yaş axir və Mahmud susur heçnə demədən əlində silah Asyəyə doğruldub, Asyə ağlayaraq bir əlini silah tərəfdəki üzünə tutur,və Anlayir ki Mahmud onu bura öldürmək üçün gətirib, Mahmuda səsləyir ki vur vur artiq, Mahmud gözü yaşli silah dogrudulmuş şəkildə hər şeyi Asyəyə anlatir Cahangirin əməllərindən zəngindən tutmuş hər şeyi ta Asyəni sevdiyi günə kimi anlatir və səni çox sevirəm Asyə deyib silahi əlindən tullayib Asyəni qucaqlayir 
Davami Yazilacaq bizi izləyin.
Bu sadecə bir hekayədir, özümdən quraşdirib yazdim heç bir real faktla əlaqəsi yoxdur.
Müəllif: Beydi 

+ +1 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz