Gənc Ailə ibrətamiz bir hekayə

TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA


Gənc bir ailə yeni aldıqları evə köçürlər. Səhər yeməyi zamanı, qonşunun paltar asdığını görən qadın, yoldaşına deyir:
- Bax, paltarlar yetərincə təmiz deyil. Ya evin xanımı yumağı yaxşı bilmir, ya da doğru sabundan istifadə etmir, - deyir.
Yoldaşı xanımına baxır, heç bir şey söyləmədən yeməyinə davam edir. Xanım qonşusunun paltar asdığını gördüyü hər sabah eyni şərhi etməyə davam edir. Təxminən bir ay sonra, bir səhər qonşusunun paltarlarının tərtəmiz olduğunu görən xanım çox təəccüblənir və yoldaşına :
- Axır ki, paltar yumağı öyrəndi, çox maraqlıdır, kim öyrətdi, görəsən?- deyir. Uzun-uzun xanımına baxan kişi :
- Mən bu sabah bir az tez oyanıb pəncərəmizi sildim, - deyə cavab verir.
- Həyat da belədir. Başqalarını izləyərkən, onlara baxarkən gördüklərimiz, baxdığımız pəncərənin nə qədər təmiz olduğuna bağlıdır..

Şərh Yaz