Cenni Watson

Watsonların evində hər il olduğu kimi bu il də şənlik keçirilirdi. Hər kəs bu böyük şənlikdən danışarkən evin sahibəsi Cenni Watson ortalıqda görünmürdü. O, yuxarı otaqda oğlunun yanında idi. Cenni qumral, qıvrım saçlı,19 yaşlı gözəl qadın idi. Çox insan ona həsəd aparırdı: böyük ev, milyarderləri olan ər, oğul.. Ancaq gəl gör o özü xoşbəxt idi mi? Onun hər şeyi var idi. İnsanların gözündə dünyanın ən xoşbəxt qadını sayıla bilən Cenni, mental olaraq həyat sevgisi ölmüş, qəlbinin dərinliklərində hələ də geniş bir otaqda nəfəs alması getdikcə çətinləşən balaca uşaq var idi. Hansi ki, o uşaq hər bir qadının arzuladığı analıq duyğusunu erkən yaşda dadmışdı. Qapı döyüldü. Cenni üzünü qapıya tərəf çevirmədən.
- İçəri gəlin
İçəriyə 24 yaşlı, çəlimsiz bir qız daxil oldu. Xanım Cenni, cənab Watson sizi aşağıya çağırır.
- Aşağıya gəlmək istəmirəm Teresa. Burda İanla qalacağam.
-Xanımım axı o indi çox hirsliydi. Sizi aşağıda görməsə daha da əsəbiləşəcək.
Cenni İana sığal çəkərək
- Onun görəsən hirsli olmayan bir günü olub?- sakit səslə, lap pıçıltı ilə dedi. Yenə nəyə qəzəblənib?
- Mahni oxuyacaq olan qrup hələ də gəlib çıxmayıb - Teresa həyəcanla sözünə davam etdi: Siz məni anlayırsınız? Çox hirslidi və hirsini tökmək üçün kimisə axtarir.
Cenni pəncərədən çölə göz gəzdirdi. Güneşin şəfəqləri İanin qəhvərəngi saçlarını lap qızılı rəngə boyamışdı. Teresanın yorğun gözlerine baxaraq dedi:
- Teresa səni başa düşürəm əzizim, səndən xahiş edirəm ki mənə "siz"lə müraciət etməyəsən. Səni ürək dostum qəbul etmişəm, sevincimi də kədərimi də sən bilirsən. Axı mənim bu həyatda iki yaxınım varsa biri İan biri də sənsən.
 Sevincdən gözləri dolan Teresa başı ilə təsdiqləyərək dedi:
- Cenni xanım, sənin qəlbin bir mələk qəlbi kimi təmizdi. Çalış ora həmişə elə qalsın. Belə insanlarin hələ də var oluşu məni sevindirir. Hətta deyə bilərəm ki insanlar da qırmızı kitaba düşə bilsəydi sən ilk səhifəsində olardın: qəlbinlə, əziminlə, güclü duruşunla. Sən məni necə ürəyinə sirdaş bilirsənsə elə mən də səni elə bilir və canımdan çox sevirəm deyərək düşüncelere daldı. Həqiqetən de Cennini canından çox sevirdi. Bir il ərzində Cenni təmiz qəlbi ilə Teresanin ürəyinə o cür girə bilmişdi.
Cenni göz yaşlarını gizletmek üçün üzünü təkrar İana cevirdi.
- Minnetdaram Teresa, hər şey üçün.. yaxşı sən aşağıya düş. İan yatsın, mən də gələcəyəm.
 Bir qədər sonra Cenni Watson aşağıya düşməyə qərar verdi. Pilləkənlərdən enərkən gözləri əri Alexadera sataşdı. Əsəblə kiminləsə danışırdı. Alexander Cennini görcək yanına gəldi. Vəhşicəsinə qolundan yapışıb gözlərinin içinə baxaraq dedi:
- Səni ne qeder gözlemeliyem? Yoxsa arxanca bir maşın dolusu adam göndermeliydim?!
İlahi o necədə cirkindi. Həmisə hirslənəndə burnu genişlənir, tünd yaşıl gözləri o qədər açılır ki sanki yerindən cixacaq. O çox vaxt bu çirkin sifətdə olur. Cennini bu düşüncelerden qolunda hiss etdiyi mohkem acı ayırdı. Gözlerini Alexanderdən çekmeden;
- Qolumu buraxsanız yaxşı olar. İan nasazdır, o yatana qədər gözləməli oldum.
 Ağrının dözülməzliyindən gözləri yaşaran Cenni digər əliylə ərinin qolundan tutdu.
-Xahis edirem artıq əlinizi çəkin!
Əlini arvadının nazik qolundan cəkərək:
- Bu sənə son xəbərdarlığım olsun Cenni. Sənə aşağı gəl dedimsə, nə işin olsa atıb gələcəksən - deyərək nifrət dolu baxışlarla ordan ayrıldı.
Cenni qolunda yaranan qızartının görülməməsi üçün köynəyinin qolunu birazca aşağıya endirdi. Bir qədər sonra şənlik başlamışdı. Hər il gələn mahni qrupu bu dəfə gec gəldiyi üçün basqa bir qrup çağırılmışdı. Hansi ki hec tanınmayan, Alexanderin dostunun tanışı olan bir qrup idi. Dediyinə görə oxuyan Mikayılın səsi çox gözəldi. Bu günə qədər tanınmamasi da bir möcüzədir. O əsl ulduz ola bilərmiş. 
 Alexander qonaqları qarşılamaq üçün qapıda dayanmışdı. Mahnı qrupu da artıq gəlmişdi. Mikayılın valehedici səsi hər bir qonağı heyrətə gətiridi. Hər kəs kimi Cenni də mahninin təsirindən düşüncələrə dalmış, həyatinin necə də çətin, mənasiz, eşqsiz, məhəbbətsiz keçdiyini düşünürdü. Sadəcə oğlu İan üçün həyatına davam etməyə məcbur idi. 
  Cennini görən gözlərini ondan ala bilmirdi.O "Valentino" markasının ən bahalı geyimini geymiş, çox zərif və cazibədar görünüşü ilə diqqətləri üstünə çəkməyi bacarmışdı.Hər kəs Alexanderdən və onun arvadından danışırdı. Bu söhbətlər Alexanderi narahat etsə də bir o qədər də şad edirdi. Cenni isə bu xoşagəlməz baxışların fərqində olaraq qızarırdı. Tez bir zamanda şənliyin bitməsini, oğlu İanın yanina getməsini gözləyirdi.
 Şənlik davam edir, hər kəs əylənir, kimi dans edir, kimi içəcəklərdən içir, kimisə mahnını dəyişilməsini və vals mahnılarına əvəz olunmasını istəyirdi. Mikayil az sonra hüzünlü mahnılara keçiş etdi. O "hold me" mahnısını ifa edirdi. Yenə bəziləri tans edir, o gözəl səsin altinda düşüncelere dalirdi. Mənzərə çox gözəl idi. Bu Mikayılı da onun dostlarını da fərəhləndirirdi. Bu sevinc çox sürmədi. Onun baxışları istəmsizcə Cenniyə sataşdı. Onun illərdir ərplənmiş, kilitlənmiş qəlbi Cenninin surətində yenidən alovlanmisdi. Neçə illərdir ki eşq kitabını bağlamış Mikayılın qəlbinə sanki xəncər saplanmışdı. İndi onun sevinci stressə, qorxuya dönüşmüşdü. Mikayılın bu baxışlarını görən dostu Tomas hər şeyi həmin anda başa düşdü. Dostu çıxılmaz, imkansız bir eşqə girmişdi.
  Tomas Mikayılın ən yaxını, qardaşı kimi əzizi idi. Onlar uşaqlıqdan ailə dostu olmuşlar. Anası doğum əsnasında həyatdan gözlərini yummuşdu. Atası isə Mikayılın atası ilə birlikdə maşın qəzasinda dünyasını dəyismisdi. Valideynlərini erkən yaşında itirən Tomas xalasıgildə 18 yasina qədər yaşamış, sonra Mikayılla obyekt kiralayaraq orada yaşamağa davam etmişdi. O zamanlar Mikayılınn anası nə qədər onlarla yaşamasını söyləsə də Tomas qəbul etməmişdi. O bilirdi ki əgər o evə girsə uşaqlıqdan qelbinde böyütdüyü o saf və məsum sevgisini təməlli qəlbinə kilitləməli olacaq. Çünki Mikayılın bacısı Lusi Tomasın qəlbinin saf sevgisi idi.
 Mikayil gözlərini bir an olsun Cennidən çəkə bilmirdi. Cenni ətrafa göz gəzdirərkən baxışları onun kəskin baxışlarıyla toqquşdu. Mikayıl qəlbinə yenidən alov salmis o qadının gözəl gözlərində narahatlığı hiss etdiyi üçün baxışlarını anidən çəkdi və şənlik bitənə qədər də baxmadı. Şənlik bitdikdən sonra Tomas Mikayılla danışmağa qərar verdi. O, söhbəti uzatmağı heç xoslamadığı üçün dərhaldedi:
- Mikayıl qardaşım, sənin bu günkü baxışların gözümdən qaçmadı.
Bir anlıq özünü itirmiş Mikayıl nə deyəcəyini bilmədi. Yorğunluqdan qızarmış gözlərini ovusduraraq:
- Tomi nə danışırsan başa düşmürəm. Hamımız yorulmuşuq. Evə gedək sonra danışarıq. Ancaq bu gün əla pul qazandiq. Belə getsə kira..
- Miko söhbəti niyə dəyisirsən? Mən nə deyirəm sən nə deyirsən?. Bilirsən ki o qadın Cenni Watsondur. Alexander Watsonun həyat yoldaşı, evin sahibəsi. Miko yaxşı düşün, özünü çıxılmaz eşq girdabına salma!
 O təsəvvür edə bilməzdi ki Mikayil istəməsə də onun sözə baxmayan qəlbi, yaman yerdə gecələmişdi. Elə ki, sanki onu görmədiyi hər an qəlbi duracaqmış.
- Tomas sən nə danışdığını bilmirsən. Nə görmüsənsə yalnışdır. Sənə yorğun oldugumu dedim. Söhbətin birdə acılmamasını istəyirəm.
 Tomas bundan sonra bir söz deməyin mənasiz oldugunu anladi. İkisi də Lada (vaz) 2107 e mindiler. Evə çatana qədər heç kim bir kəlmə də kəsmədi.
                       ......
Həkim çıxıb gedəndə gecə saat 02:30 olardi. İanin hali xarab oldugundan şənlikdən sonra həkim çağırmışdılar.Çox da qorxulu şey olmadığından həkim bəzi dərmanları yazıb getdi və əlavə olaraq uşağı həftədə iki dəfə yarim saat havaya çıxarılmasını, yanında astadan danışılmasını tapşırdı. Çarəsiz Cenni ağlamaqdan halsız düşmüşdü. Teresa həm Cenniye həm də aglamaqdan göz yaşları qurumuş bir yaşlı balacaya baxırdı. Teresa Cennini belə görməyə dayana bilmirdi. Yaşı çox olmasa da sanki Ceninin anasi imiş kimi onu cox sevirdi.
- Cenni, özünü incitmə. Həkimin də dediyi kimi uşaqda ciddi problem yoxdu. Sabah çıxarıq çölə, bir az hava qəbul eder, düzələr. Bax, görürsən acıb, ana sütü onu daha tez sağaldacaq. Sən özün dur bir şeylər ye ki oğluna da rahat baxa biləsən. Axı onun indi ən çox sənə ehtiyacı var.
 Sözləri Cenniye təsir etmişdi. Halsız olsa da yeməyini yeyib oğluna baxmalı idi. Bir qədər sonra Alexander əsəbi halda içəriyə girdi. Səsinin tonunu qaldıraraq:
- Cenni sabah saat 07:00 dan Teresa ilə parka gedeceksiz yarim saat uşağa hava deydikden sonra 07:45 de evdə olacaqsınız. Əgər bir dəqiqə də geciksəniz nələr olacağını özün bilirsən.
 Cenni dərin bir ah cəkib, zorla udqunaraq dedi:
- Alexander, həkim uşağın yaninda bağıraraq danışmağı qadağan etdi. Bunu siz də eşitdiniz. Xahiş edirəm biraz asda danışasınız. Sabah da Teresa evine getmelidi bəzi işləri var. Əgər izin versəniz dediyiniz vaxtda mən özüm tək gedib qayıdaram.
Watson fikrə daldı, düşündü və qərar verdi
- Təkrar edirəm Cenni gecikmək olmayacaq
- Olmayacaq.
  Səhər saat 6 da Watson işə gedərkən qapidaki mühafizəyə tapşiriqlar verdi ki bu vaxtda Cenni evdə olmalıdı, əksər halda mənə dərhal xəbər edəsən. 
  Bu gün hava dünənkindən yaxşı idi. Dünən arasi kəsilmədən yağan qar artıq dayanmışdı ancaq hava hələ də şaxtalı idi. Saat 07:00 da Cenni İanla birgə evdən çıxdılar. Qapıçı onları görcək:
- Xanim Watson diqqətli olun yer buzludu və birdə cənab Alexaderın dediyi vaxtdan gec gəlməyəsiniz.
 Cenni artiq təngə gəlmiş halda başını sadəcə yelləyərək "hə" dedi. Onun nə işinə yer buzludu ya yox- düşünərkən bu mövzuda haqlı olduğunu təsdiqlədi, yer həqiqetən də buzlu idi. Hər addım atdiqda yıxılmaqdan qorxan Cenni tez parka çatıb skamyada oturmaq istəyirdi. Lakin nə qədər qorxsa da bu il ərzində yalqız çölə çıxdığı ilk gün idi. Buna görə sevinirdi, ürəyi elə döyünürdü ki, elə bil yerindən çıxacaqdı. Qorxu, sevinc, həyəcan bütün hissləri bir birinə qarışmışdı. Birdən arxadan tanımadığı bir səs eşitdi.
- Xanim sizinlə tanış olmaq istəyərdim, icazə olar?
Cenninin icinə üşütmə düştü. Bu kim idi? Məndən nə istəyir? Alexander onu görsə nə olar?. Suallar bir saniyə icində onu yeyib bitirərkən oglan dayanmadan onu sorğuya çəkirdi.
- Qardaşınızdı? Niyə dinmirsiz? 
 Bu hədsiz Cenninin qanını yaman qaraltmışdı. Yenə beynində həmin suallar,yenə qorxular. 
- Xahiş edirəm məndən uzaq durasınız. Bu gördüyünüz uşaq mənim oğlumdu. Yoldaşım sizi burda görsə, sizin üçün heç yaxşı olmayacaq
 Cavan oğlan Cenninin danışığına gülümsədi və əlini onun çiyninə qoyaraq:
- Xanim məni bu yalana inandırmağınız çox gülüncdür.
Cenni inana bilmirdi. O sanmışdı ki, bu sözləriylə oğlan qorxub gedəcək ancaq bu hədsiz insan əlini onun çiyninə qoymuşdu. Cenni əllərini koleskadan ayırıb arxaya çevrilərək bağırdı
- Əlini çək məndən murdar. Sizə evli olduğumu dedim. Burda basa düşülməyəcək nə olduğunu anlaya bilmirəm.
 Cenni oglana çığırarken koleskanin dayanmadan tepeden aşağı, maşın yoluna düşdüyünü hiss etdiyinde artıq gec idi. O koleskani tuta bilmemisdi. Usaq dayanmadan aşağıya gedirdi. Bu vaxt ətrafda az adam olduğundan onun çığırtısını heç kim eşitmirdi. Cenni dayanmadan tepeden aşağıya doğru qaçırdı
- İan, mənim körpəm, kömək edin, xahis edirəm, biri bir şey etsin. İann.
Talesizlikdən Cenninin ayagi buzda sürüşdü yerə yixilaraq başını dasa cirpdi. Ancaq xəbəri də olmadan Mikayıl uzaqdan hadisəyə şahid olmuş, İanı çox getmədən tuta bilmişdi. Qismət onları soyuq qış küçələrində yenə bir araya gətirmişdi. Mikayıl İanla birlikdə Cenninin yanina gəldi. Cenni artıq özünə gəlirdi. Gözlərini açdığı an İani bir yad oglanla birlikdə gördü. Mikayıl ayağa qalxmasına kömək etdi. Cenni hönkürtü ilə ağlayaraq oğlunu ağuşuna aldı.
- Əzizim, mələyim. Həyatımın söndüyünü hiss etdim mənim mələyim.
Cenni o qeder heyecanli idi ki, başının qanadığından xəbəri də yox idi.
- Xanım Watson, siz yaxşı deyilsiz. Həkimə getmelisiz.
Cenni 07:45 de evdə olacağı sözü yadına düşdü. Həyəcanli şekilde dedi:
- Saat necədi? Zəhmət olmasa mənə saatı deyin.
Çaş-baş halda olan Mikayıl
- 07:36. Ne olub?
Cenni qorxu içində irəli- geri yeriyirdi
-İlahi mən ne edəcəyəm. 10 deqiqeye evdə olmalıyam. Niyə axı başıma bunlar gəlməlidir?
Mikayıll hec nə anlamasa da saat 07:45 de Cenninin evde olma məcburiyyətini başa düşə bilirdi. Ağlına ilk gələn fikir Tominin maşınıyla Cennini evə aparacaqdi. Tomasin maşını ona ata yadigari idi.
- Cenni xanım, məni iki dəqiqə gözləyin. Gəlib sizi maşınla aparacağam. Yeriməklə gedib cata bilməyəcəksiniz - deyərək dərhal maşının dalıyca getdi.
Cenninin aglinda sadece doqqu deqiqeye evdə olmaq düşüncəsi var idi. Deqiqler irəliləyirdi. Uzaqdan Vaz2107 gələrək Cenninin tam yaninda dayandi. Mikayıl düşərək koleskani iceriye qoydu, Cenni üçün qapini açdı ve yola düşdülər. Masinla yol heç də uzaq deyildi 5 deqiqeye evə catdilar. Cenni evə yaxin bir yerlərdə saxlamasini xahis etdi. Mikayill maşını bir qədər uzaqda saxladi. Cenni aşağı düşərək:
- Size ne qeder teşekkür etsəm azdır. Mənim həyatımı iki dəfə xilas etdiniz. Çox minnətdaram.
Michaelin qəlbində sönməyən alov işığı biraz da işıqlandı. Gülümsəyərək dedi:
- Dəyməz. Kim olsa elə edərdi. 
Cenni də gülümsəyərək 
- Etməzdi - dedi və dərhal ordan ayrıldı.
Mikayil ürək döyüntülərini dayandira bilmirdi. Oturduğu yer ona dar gəlməyə başlamışdı. O nə edirdi? Özünü ömrünün sonuna qədər bagli qalacağı bir qəfəsə salmışdı, hansı ki, Cennidən başqa hec kim onu o qəfəsdən qurtara bilməzdi.
Cenni evə çatanda saat 07: 45 idi. Alexanderin dediyi vaxtda tam evə girmişdi. İani yerinə apardıqdan sonra otaqda var-gəl etməyə başladı. Cenni gününün yarısını İanın otağında kecirirdi. Axşamlar da çox vaxt onunla olurdu. Cenni dayanmadan düşünməyə başlamışdı. Orda heyecandan aglina gelmeyen suallar indi onu yeyib bitirirdi. O kim idi? Məni hardan tanıyırdı? Evimi hardan tanıyırdı?. Qəlbinin dərinliklərində hansısa heç tanış olmayan bir hiss cövlan edirdi. Lakin bu hiss onun yaman xoşuna gəlmişdi. Cenni o gizəmli oğlandan başının qanını silməsi üçün aldığı dəsmalı iki əli ilə ürəyinin üstünə qoydu və düşüncələrə daldi. O mənim ilk sevgim olacaq yoxsa mən boş xəyallara qapılmışam? Həmin an əllərini çəkdi. Dəsmalı kənara qoyaraq asta səslə söylənməyə başladı. Sən axmaqsan Cenni! Hər yoldan keçən sənə kömək etsə ona qarşı belə hisslərə qapılacaqsan? Bu necə sevgiyə susamışlıqdır?. O aynanın qabağında keçdi, özünə baxaraq sərt sözlərinə davam ediridi. Cenni özünə gəl! Sən bu həyata alışmısan artıq, bu mənasız həyatda sənin balaca işığın var, o da oğlun İandır. İndi isə başqa böyük bir işıq axtarma. Çünki sənin qismətində bu ev, bu ər yazilib. Atan səni ona satdığı o gün sənin həyatın sonlandı. Kifayətdir, hec kimə bir şey olmaması üçün qəlbini sonsuza qədər bagla!. Cenni bu sözlərdən elə sanırdı ki könlündə yaratdığı o balaca alovu söndürə biləcək. Həyatında nələr bas verəcəyindən xəbərsiz halda oğlunun yanına oturdu.
Teresa birdən həyəcanlı səkildə icəri girdi. Nəfəs belə almadan sözə basladi
- Cenni xanim, iki gün sonra İanin bir yaşını qeyd edəcəyik. Alexander böyük şənlik təşkil olunmasını əmr etdi. İanin yeni geyimləri hazırdır. Ancaq bəzi çatışmayan şeylər var. 
Cenninin iki gun sonra oğlunun yaşını qeyd edəcəyi yadindan çıxmışdı. Gözlerini ovusduraraq dedi:
- Ah Teresa heç narahat olma, hər şey həll olunacaq. 
Cenni düşündü ki, kaş böyük şənlik keçirilmeyeydii. Yenə insanların o baxışı, yenə arası kəsilməyən danışıqlar. Düşüncelerden az qala beyni xarab olacaqdi...
                           .....
2 gün sonra
Mikayil yaraşıqlı görünməyə çalışırdı. Bəzi gəyimlərini geyib bacısı Lusiyə gostərirdi. Lusi Tibb universiteninin 4 cü kurs tələbəsi idi.
-Lus bu necədi? Yaraşır?
Lusi qardaşını, Melis dünyasını dəyişəndən bəri belə heyecanlı görməmişdi.
- Miko yaraşır, sənə hər biri yaraşır. De mənə bu qədər ildən sonra səni belə həyəcanlandıran nədir?
Mikayil cavabını net olaraq bildiyi halda dinmədi. Üzünü yenidən aynadaki əksinə çevirərək.
- Lusi sən nə danışırsan? Men heyecanli deyilem. Sadece işin sonunda böyük gəlir əldə edəcəyimiz üçün, yaxsi görünməyə çalışıram. Hər nəysə Lus mən çıxım yoxsa Tomi məni gözləməkdən aglini itirəcək.
Mikayil çölə çıxdı və maşına oturdu. Tomas sual dolu işarələrlə ona baxırdı. 
- Nə Tomas? Yenə nə deyəcəksən? Keçən dəfə masini hara apardığımı yoxsa niyə belə geyindiyimi?
Tomas gülümsəyərək
- Yox Miko, sadəcə bəy olan oğlan hec belə evdən gec çıxmır. Gedək o biri uşaqları da götürək. Başımıza daha nə gələcək görəsən.
 Watsonlarin evinə çatana qədər hec kim bir kəlmə də kəsmədi. 
  Şənlik başlamışdı. Cenni yenə gözəl və zərif geyimiylə göz alıcı görünürdü. Oğluyla birgə pilləkənlərdən düşərkən hər kəs onu seyr edirdi. Mikayıl Cennini görcək ürək döyüntülərinin bərkidiyini hiss etdi. İstəmsizcə Tomasa baxdı. Tomasda ona baxaraq başı ilə sanki elədiyin işin yanlış olduğu deyirdi. Şənlik davam edir, Mikayıl çox gözəl avazla mahni ifa edirdi. Cenninin gözü ona sataşdı. Mikayili görəndə gözlərinə inana bilmədi. Axı o qəlbində yaranan atəşə istəməsə də su töküb söndürmüşdü. İndi niyə onu bir anlıq xoş hisslərə məhkum edən o gənc, onun qarşında dayanmış və mahnı ifa edirdi? Cenninin üzünə gülüş qondu. Mikayil də ona baxaraq gülürdü. Cenni indi anlayırdı ki, dünyanın ən gözəl, ən saf hissini, sevgi hissini yaşayıdı. Bu elə hiss idi ki ikisinin də iliyinə qədər işləyirdi. Ancaq Alexandirin qəzəbli baxışlarının onlarin üzərində olduğundan xəbərsiz idilər. Şənlik sona qədər belə davam etdi. Mikayil və Cenni ətrafda hec kim yox imis kimi bir-birlərinə baxmağa davam edirdilər. Hər kəs İana xos sözlərini soylədikdən sonra çıxıb getdilər. Cenni İani otaga aparken Alexander dərhal bütün işçilərin əlində olan işlərini atmasini və evdən çölə cixmasini əmr etdi. O qədər qəzəbli idi ki hər an birini öldürə bilərdi.
- Cenni İani otağına apar, özündə otaga keç!
Cenni hec nə anlamadan dediklərini əməl etdi. İçində qorxu hissi ilə birlikdə nifrət hissi də var idi. Nə üçün suçlayacaq yenə onu - bu düşüncələrlə Alexanderi gözləməyə başladı.
Alexander o qeder içmişdi ki pillekenleri zorla qalxirdi. Cenni olan otaga girən kimi ona bir şillə ilişdirdi. Nalayiq sözlərlə birlikdə onu çırpmağa davam edirdi. Cenni hec nə anlamirdi. Onu niyə döyürdü? Səbəb nə idi? Dözülməz ağrılara qatlana bilməyən çarəsiz Cenni yalvarmağa başladı:
- Dayanın, xahiş edirəm, nə səbəbə məni vurursunuz? Mən nə etmişəm?. Bu nalayiq sözləri qəbul edəcək nə etmişəm?
Cenninin anlamadığını ya da anlamaq istəmədiyini gorən Alexander bir azda qəzəbləndi. 
- Nə etmisən? Hələ bir bu cümləni deməyə dilin də var?. Mahni oxuyan o abırsızla gülüşdüyünü görmədiyimi sanırsan?
Cenni indi başa düşmüşdü ki, bayaq hiss etdiyi saf duyğular indi onun başına böyük bəla açmışdı. O özünü ən çarəsiz , ən qorxaq bir usaq kimi hiss edirdi. Mikayıla olan hissləri onun izdirab dolu həyatını dəyisdirəcəyini düşünərkən, indi isə o ölmək istəmirdi. Alexandir dayanmadan onun başına, ayaqlarina, qarnına hər yerinə kəməri ilə zərbələr endirirdi. O qədər ki, axır yorulub əldən düşdü və özünü yatağa atdi. Cenni acilarla qıvrılaraq otaqdan cixdi. Oğlunun arası kəsilmədən ağlayan cır səsinə yanına gəldi. Hirsi onu ayağa qaldırmışdı. İçəri girən kimi bağırmağa başladı. 
- Nəə? Niyə ağlayırsan? Məndən nə istəyirsən?. Onun qanındansan. Onun kimi alçaq olacaqsan?. Ağlama. Yetər,ağlama
Cenni qəzəblə aglamaqdan qızarmış uşağın yatağının yanina gəldi və daha da yaxınlaşaraq təkrar çığırmağa başladı. 
- Sən kimsən? Hə? Kimsən? Sən olmasaydın mən də artıq bu dunyada yox idim. Bu qədər əzaba qatlanmağa məcbur da qalmamışdım. Ağlama murdarın oğlu!. Hamınızın canı cəhənnəmə. İyrənirəm hər birinizdən!
Bayaqdan yeriməkdə çətinlik çəkən Cenni evin arxa qapısından qaça-qaça hirslə ordan uzaqlaşdı. İnsanı hirs, qəzəb, çarəsizlik ayaqlandırırmış. Onun ağlında bir çıxış yolu var idi- ölüm. Cenni bu həyata oğluna görə qatlanırdı. Ancaq bu gün onun hec nə vecinə deyildi. Sadəcə ölmək istəyirdi. Bu dünyadan köçüb, anasinin yanina getməyi arzulayırdı. Qaçaraq evlərinə cox da uzaq olmayan dağın başına geldi. Hönkürtü vuraraq ağlamağa başladı. Həyatının necə də izdirabli, necə də çətin olduğunu düşünürdü. 19 yasinda bu qədər əzab ona haqsızlıq kimi gəlirdi. Onun hönkürtülərini biraz uzaqda daşların üstündə oturan Mikayil eşitdi. Mikayil ilk önce uçurumun kənarında dayanan o qadını gecənin qaranlığında tanıya bilmədi. Qaçaraq naməlum qadının yanina yaxınlaşdı.
- Xanim siz nə edirsiz? Uzaqlasin ordan.
Cenni üzünü çevirəndə Mikayili gördü. Yenə qəlbində bir balaca da olsa ümid işığı yarandı, ancaq qərar vermişdi bu gün öləcəkdi. Mikayil Cennini tanınmaz, üzü gözü qan icində görəndə qəlbi sızıldadı. Bunu ona edəni acımasızca öldürüb Cenninin ayaqları altina atmaq istəyirdi. Ağzından sadəcə Cenni.. kəliməsi çıxdı.
- Məndən uzaq durun, niyə həyat mənə belə oyunlar oynayır? Niyə mən bu əzabları cəkməliyəm? Niyə qatlanmalıyam bu izdirablara?
Mikayil çarəsizliyin son həddini yaşayan sevdiyi qadini belə görməyə dayana bilmirdi. Onun üçün əlindən gələnin ən yaxsisini etmək istəyirdi
- Cenni sizin bu dünyada yaşama səbəbiniz var. Sizin oğlunuz var. İan buzlu yolda dayanmadan düşərkən necə qorxduğunuzu yadınıza salın. Ona bir şey olacaq deyə necə həyəcandan ağladığınızı unutmusunuz?. Onu qoyub həyatla necə xudahafizləsə bilərsiniz?
 Cenni ağlayırdı:
- Yox yox, siz məni anlaya bilməzsiniz. O uşaq onun oğludur. Onun qanını daşıyır. Böyüdükcə mənə dayaq olmayacaq. O da məni incidəcək. Mən artıq bu dünyada yaşayan bilmərəm.
Mikayil başına qoymuşdu sonunda ölüm də olsa Cenninin özünü öldürməsinə izin verməyəcəkdi.
- Siz oğlunuzu Watsonla qoyub çıxıb getməklə xəta edirsiniz. Ona həyati, düzü, yanlışı siz öyrədəcəksiniz.
Elə bil bu sözlərdən sonra Cenninin ağlı başına gəldi. Nə etdiyinin indi fərqinə vardı.
- İlahi mən nə edirəm. Oğlumu, canımı evdə ağlayaraq qoyub çıxıb getdim. Mən nə edirəm? Axı o mənsiz nə edər? Mənim balaca körpəm..
Cenni ağrınin təsirindən halsızlaşdı və Mikayılın qollarına yıxıldı.
                             Davamı var...

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz