Atama olan sevgim

Biz sosial mediada:
TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

Bir adam,axşam yorğun halda evinə gəlir.5 yaşındakı oğlu isə onu həmişəki kimi qapıda gözləyirdi.Atası içəri girib heç ona tərəf baxmayıb,özünü bir başa icəri atdı.Köhnə çarpayının üzərində əyləşdi.Uşaq,bir az məyus olmuşdu. Atasının arxasıyca gedib,onun yanında əyləşdi.Uşağın gözlənilməz sualı atasını əsəbləşdirdi.
Uşağın sualı:Ata sən nə qədər pul qazanırsan?
Yorğun olan ata isə ona cavabında sərt bir şəkildə bu sənin işin deyil dedi.
-Uşaq:Ata nə olar de,sadəcə bilmək istəyirəm.
Ata:Bu qədər çox bilmək istəyirsən deyim:saata 20 manat.
Uşaq:Ata yaxşı onda mənə 10 manat verə bilərsən?
Ata çox əsəbiləşdi.
-Mənim,sənin istəklərini ödəyəcək qədər pulum yoxdur.Ona qışqıraraq otağına get və qapını bağla dedi.Uşağın gözləri doldu.Səssicə oradan otağına tərəf getdi.Aradan bir neçə saat keçdi.Ata bir az sakitləşmişdi.Oğluna pulu nə üçün istədiyini belə soruşmaq ağlına gəlməmişdi.Yuxarıya oğlunun otağına qalxdı.Qapını ehmalca döyüb,oğlunun yatıb-yatmadığını soruşdu 
Uşaq cavabında:Yox ata yatmamışam.
Atası gəlib onun yanına əyləşdi.Bir az əvvəl sənə qışqırdığın üçün üzr istəyirəm deyib,əlindəki 10 manatı ona uzatdı.Uşaq çox sevindi.Yastığının altındakı əzik pulları çıxarıb atasının verdiyi pulu da onun üzərinə qoyaraq saymağa başladı.Bumu görən ata yenə əsəbiləşdi.Pulun olduğu halda məndə nə üçün pul istədin?
-Yetərincə pulum yox idi ancaq indi tamamladım.Deyərək əlindəki pulları atasına uzatdı.
-Al sənə 20 manat indi 1 saatını ala bilərəm?
Sizcə uşaq nə demək istədi?

Şərh Yaz