Şeytanla Danışan Qız Qorxulu Hekaye

Şeytanla Danışan Qız Qorxulu Hekaye


Hekayəm əslində real həqiqətdir özümlə bağlı.. Bəlkədə inanmayacaqsınız amma mən şeytanla söhbət edirəm və bəzən eyni bədəndə oluruq.

Ailəm məni çox baxıcılara, cin çıxaranlara aparıb amma heçkim bir əlac tapa bilmir. Hətta bir dəfə bir baxıcı evindən qovaraq: “ÇIXARIN BU ŞEYTANI EVİMDƏN!!!” dedi.
Onunla söhbət edəndə bu dünyanı unuduram, ailəm dəfələrlə şahid olub buna amma danışdıqlarımı icazə vermir kiməsə deyim, incidir məni. Amma bəzən də gələcəkdən xəbər verir. Hətta bəzi istəklərimi gerçəkləşdirəcəyini deyir. Artıq bezmişəm belə yaşamaqdan, heçkim bir əlac tapa bilmir. Çox vaxt otağımda qiblənin əksinə olan sol küncündə dayanır, bəzən də yuxularıma girir amma mən oyaq adam kimi yuxuda danışdığımı pıçıltı ilə söyləyirəm.
Artıq anam otağıma girmir. Namaz qılmağa çalışmışam amma heç bir duanı yadda saxlamağa qoymur məni. Əvvəllər namaz qılmışam, 2005-dək. Əvvəl düşünürdüm ki, namazı atdığıma görədi. Amma sonra dəfələrlə cəhd göstərdim yenidən qılmaq üçün imkan vermədi. Onuda deyim ki, mən namazı istəməyərək atmışam. İstəməyərək unuduram namazda olan bütün duaları, hərəkətlərin ardıcıllığını.
Mənlə hər yerə gedir. Soruşuram “Nə istəyirsən?”, deyir “Özünü öldürməyini istəyirəm“. Məni incidən hər kəsə zərər verir, hətta əvvəllər sevdiyim insan mənə xəyanət etmişdi. Mən çox pis hallara düşdüm. Heç 1 ay keçmədi həmin oğlanı qızla bərabər avtomobil qəzasına düşdülər. Qız öldü, oğlanın isə ayağı sındı.
Bu cin deyil, cin olsaydı çoxdan azad olmuşdum. Güzgüdə özümü cəsəd kimi görürəm. Qəribə ağarmış rəngdə olur. Mən qarabuğdayıyam amma güzgüyə baxanda tamamən fərli görürəm. Bu yaxınlarda yenə gedəcəm baxıcıya, görək nə olacaq…
Qəribə bilirsiniz nədir? Heçkim gözlərimə baxmaq istəmir, vahimələnirlər. Bir əlaməti də var başını tamam əksinə çevirib danışır mənimlə. Bəzən bədəni o tərəfə olanda başı arxaya tərəf olur. Mən ona nəsə etməsi barədə deyəndə əməl etmir. Daha da qəzəblənir ki, əmr verməyim ona.
+ +1 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz