Post and in-post ads
» » Şəhid Həyatı

Şəhid Həyatı

25-11-2022, 11:51
93
1
Şəhid Həyatı
Bir neçə gün idiki 2-ci Qarabağ döyüşü başlamışdı. Qismən səfərbərlik elan olunmuşdu. İnsanlar vətəninə kömək etmək istəyirdilər və buna görədə cəhbəyə yollanmaq üçün adlarını siyahıya yazdırırdılar. Onların içində Vüsal da var idi.Vüsal uşaqlıqdan vətənpərvər idi.Vüsalın həyat yoldaşı onun getməsini istəmirdi çünki həm qorxurdu həmdə yaxında onların bir qızı olacaqdı.Lakin o, işğal altında olan torpaqları azad etmək və atasının qisasını almaq istəyirdi.
Onun atası 1-ci Qarabağ döyüşündə Qubadlının işğal olunması zamanı kişilərə qoşulub atasından qalan bir tüfənglə döyüşmüş və bu haqsız döyüşdə şəhid olmuşdu. O zamanlar Vüsal yeni dünyaya gəlmişdi. Atası oğlu və həyat yoldaşını qonşu ilə Ağdama göndərmişdi. Onlar Ağdama çatdıqdan bir neçə gün sonra atasının ölüm xəbəri gəlmişdi. Onlar sonra əmisi ilə Bakıya gəlmiş və burada məskunlaşmışdılar. Vüsal adını cəbhəyə yazdırdıdan sonra hər gün çağırışı gözləyirdi. Onun çantası ilk gündən hazır idi. O gün gəlib çatdı və o tez qaça-qaça evə gəldi və sevinclə bu xəbəri anasına dedi:
-Ana məni cəbhəyə çağırırlar,mən gedirəm.
Anasının gözü doldu və heçnə deyə bilmədi.Birdən qıraqdan titrək bir səs eşidildi.
-Vüsal qurban olum getmə bizi düşünmürsən heç olmasa qızımızı düşün. Sənə bir şey olsa o atasız böyüyəcək?Qızını görmək istəmirsən? 
-Narahat olma Nərgiz inşAllah hər şey yaxşı olacaq. İnşAllah tezliklə torpaqlarımızı geri alıb qayıdacağıq. Sən narahat olma. Qızımızada yaxşı baxın. Mənə birşey olsa qızımızın adın Zeynəb qoyarsan. Ana səndə gəlinivə yaxşı bax qızımı elə böyüdün ki atasızlıq hissi çəkməsin. Anası dedi:
-Ay Vüsal belə danışma inşAllah qayıdıb qızını özün böyüdəcəksən. 
Vüsal sağollaşıb getdi.Bir kamaz bütün könüllüləri yığıb Qarabağa aparırdı. Qarabağa çatmışdılar. Burada gərgin döyüş gedirdi. Onlar Fizulidə idilər. Güllələr o qədər çox idiki onlar axşam qaranlığını aydınlaşdırırdılar. Orada Vüsal Əhməd adlı biri ilə yaxın dost olmuşdu. Əhməd də onun yanında idi. Birdən Əhməd yerə yıxıldı. Ermənilər onu başından vurmuşdular. Vüsal dedi
-Əhməddd! Əhməd durr! Qurban olum qalx ayağa. 
Lakin Əhməd oradaca dünyasını dəyişmişdi. Bundan sonra Vüsalın intiqam hissi dahada çoxaldı. Şuşanın işğaldan azad olunmasında Vüsal da iştirak edirdi. Onlar qayalıqlara dırmaşırdılar və onlar sadəcə yüngül texnikalardan istifadə edirdilər. Bu əlbəyaxa döyüşdə Vüsal 3 yerdən yaralanmışdı yaraları ağır olduğundan o xəstəxanaya çatmamış dünyasını dəyişmişdi . Lakin onun əsgər dostları Şuşaya daxil olmuş və oranı azad etmişdilər. Vüsalın komandiri Vüsalın ölüm xəbərini ailəsinə çatdırmaq üçün evlərinə getmişdi lakin onlar evdə yox idi,çünki Vüsalın qızı dünyaya gəlmişdi. Qonşulardan bunun xəbərini aldıqdan sonra Komandir xəstəxanaya getdi və Nərgiz otaqda idi anası isə kolidorda. Komandir şəhidlik xəbərini ilk öncə Vüsalın anasına çatdırdı:
-Mən İsmayıl Əliyev. Vüsal Orucovun komandiriyəm bunu demək çox çətin olsada oğlunuz Şuşa uğrunda gedən döyüşlərdə şəhid oldu.
Bu xəbəri eşitdikdən sonra anası ağlayaraq qışqırdı:
-Vüsalll! Oğlum! Ola bilməz!
Komandir onun əlindən tutdu və stulda otuzdurdu. Qışqırığı eşidən kimi Nərgiz nə baş verdiyini anladı və ağlamağa başladı. Anasının göz yaşları yeni doğulmuş körpənin üzünə düşürdü sanki oda atasının şəhid olduğunu bilib ağlamağa başladı. Bir neçə gün sonra balaca körpəyə atasının istəyi ilə Zeynəb adı qoyuldu. Vüsal atasının yanında basdırıldı. Vüsala ölümündən sonra "Vətən uğrunda","Fizuli uğrunda"və"Şuşanın azad olunmasına görə" medalları verildi.  Artıq Zeynəbin 2 yaşı var və o anlamasada nənəsi ona tez- tez atası haqda danışır. O hər zaman atası ilə qürur duyacaq. VƏTƏN UĞRUNDA ŞƏHİD OLMUŞ HƏRKƏSƏ ALLAH RƏHMƏT ELƏSİN.
Davud Yunuslu
ŞƏRH ƏLAVƏ ET
ŞƏRHLƏR(1)
Admin
Admin Rəhbər 25 Kasım 2022 12:08
Təşəkkür edirəm belə yazılara görə.
Beydi
SİZİ CƏLB EDƏ BİLƏR
Ayliq Bürclər Oktyabr 2018
Ayliq Bürclər Oktyabr 2018
Ayliq 10.2018 üçün ayliq burcler, Oktyabr ayi 2018 ci il ucun ayliq burcler, ay ərzinde burcler neler vəd edir? ay ərzində siz nələr gözləyir?
Prezident əfv sərəncamı İMZALADI - TAM SİYAHI (YENİLƏNDİ)
Prezident əfv sərəncamı İMZALADI - TAM SİYAHI (YENİLƏNDİ)
Azərbaycan Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb.
© Sayt.biz 2014 - 2022 - bütün hüquqlar qorunur...