Sayt.Biz


» » Qismət Deyilmiş

Qismət Deyilmiş

Qismət Deyilmiş

Bayırda əsən soyuq kulək vıy-vıy vıyıldayır, ağaclar sanki titrəyərək yellənirdilər...

Siqaretini çıxarıb yandırdı... Piyada gəzməyi xoslayırdı, amma belə havadayox... "Əh, bu maşın da xarab olmağa vaxt tapdı...dunəndən bütün avaraolmuşam, özü də bu qışın soyuğunda.." –deyə deyindi. Yolu keçib, genişxiyabana tərəf addımladı. "Hə eee, belə daha kəsə olar... Tez gedibçataram." Xiyabanın sağ tərəfinə keçib yeriməyə başladı. Əl-ələ tutan 3-4cüt qız-oğlandan basqa hec kəs yox idi. "Bunlar da dərd yiyəsidilər busoyuqda ?... Əşşi, bunların gözündə dünya-aləm çəhrayıdır eee bu saat.. "Kefiylə yaşayan bir adamdı, qız-qadın onun üçün otəri idi.. Həyat birəyləncədir vəssalam.. Onunçün belə idi... "Primitiv arzularla yaşayan insan ucalmaz!"-deyə deyirdi həmişə... Bir əlil arabasında əyləşmişyaşlı kişini və onu surən yaşlı, taqətdən düşmüş qadını gördü. Bu səhnə onudüşündürdü: "Hər şey bayağılaşıb indi... Gör, bu kişi yəqin bunun həyatyoldaşıdır. Bunların vaxtında hər şey saf idi... Gorəsən varmı indiki zamandasaf sevgi?!... Çətin.."

Yolu kecib dar kuçəyə girdi. Bayaqki səhnə gözünün önündən getmirdi."Bax indi dunyanın ən zəngin adamı belə bir yarın, yarının olmağıyçunbəlkə nələr verməzdi..Heç nə yox, adamı yaxşı günündə sevməyə, onun yanındaolmağa, nə var ki? Pis gündə dost da, yar da tanınr...Bax biri elə mən, bütüngünü klub, kafe, restoran, hay-küy... Maşn kortecləri, dağıdırıq şəhəri.. Nəolsun ki? Tufeyli həyat yaşayırıqq da.. Valideynimizin hesabına... Nə olsunaxı?! Hm..." Fikirləri qarışdı.. Bir siqaret də yandırdı. Addımlarınıyeyinlətdi.. "Bir şey qalmayıb uje catmışam..." Dongəni burulandakulək düz sifətinə vurdu. Üz-gözünü turşudub başını aşağı salaraq yeriməyəbaşladı. Birdən sanki yanında kiminsə durduğunu daha doğrusu, kiminsə yanındanötüb keçdiyini hiss etdi. Başını qaldırıb divarın dibində başını ovcunun içinə alaraq, o bir əlinin ovcunu açıb irəliyə uzatmış bir cavan qızı gördü. Küləkuzun xurmayı saçlarını dalğalandırır, əynindəki nazik gödəkcəsinin altında incəbədəni soyuqdan titrəyirdi. Əynindəki paltar köhnə də olsa tər-təmiz idi. Birdə qəribə xoş bir qoxu gəlirdi küləyin dalğalandırdığı xurmayı saçlarından...Çaşqınlıqla əlini cibinə atıb bir əlliminlik çıxardı. Əskinasa baxmadan qızınovcuna basdı. Ömrundə dilənçiyə pul verməmişdi. "Bu pulu verməklə cəmiyyətonlara rahat qazanc təmin edir və beləliklə pis yola çəkir... Hardan biləsənki, həqiqətən ehtiyacı var?..." Amma nəsə vadar etdi ki, tərəddüd etmədən,həm də əlliminlik verdi o qıza. sanki, qızın ehtiyacındanmı əminiydi? Qızsahərəkətsizcə pulu ovcunda sıxmışdı. Pulu verən adamın dayandığını hissedən qız başını qaldırıb çaşqınlıqla dayanan cavan oğlana baxdı. İlahi, necəgözəl siması var idi qızın.. Qonur-ala gozləri, qızılgül qonçəsi tək dodaqları,balaca burnu... Saflıq, bir uaq saflığı var idi uzundə...

Əlindəki əskinasa baxıb pərt olan qız "Gorəsən niyyəti nədir bunun?"-deyə düşündü. Başını aşağı salıb əlini daha irəli uzadaraq:

-Götür bunu... Çoxdur bu...

Qarşısında dayanın hələ də özunə gəlməyən oğlanın susduğunu hiss edərək:

-Götür.. Xahiş edirəm.. Lazım deyil...-və qəfildən ayağa durub pulu oğlanın cibinə dürtərək başını aşağı salıb sürətlə yeriməyə başladı.

Onu isə sanki cərəyan vurdu. Çaşqınlıqdan ayılıb qızın qolundan tutdu:

-Dayan bir...

-Burax qolumu! Nolar, burax-qızın səsində elə bir həzin yalvarış varidi ki....

-Dayan... Qurban olum, dayan-ozu də təəccüb etdi necə oldu ki, o"qurban olum" kəlməsi ağzından cıxdı.

Qız sanki, yumsalaraq dayandı.

-Niyə burdasan?

Qız başını qaldırmadan:

-Ehtiyacdan...Basqa niyə ki...

O həyəcanlanmışdı:

-Axı ola bilməz... Sən.. Sən axı necə...

Qız susdu.. Səssizcə ağlamağa başladı..

-Buraxgedim....

O isə səsi titrəyərək:

-Vallah pis niyyətim yoxdu.. Qorxma.. Nə ehtiyacın var, qarşılayım... Gücümçatan qədəri…Ürəkdən deyirəm... inan ... Yetər ki, durma bu soyuqda.. -dedi vəcümləsi ağzında qaldı.Çox ciddi valideynləri vardı. Qızın evi yoxdusa, haraaparardı onu? Bu soyuqda da kuçədə durmasına ürəyi rəva bilmirdi. Necəolsun axı? Özünü toplayıb:

-Əynin nazikdi, üşüyəcəksən... – cəld paltosunu və şərfini çıxarmaga başladı. Qız onun əlindən tutaraq, düz gözlərinin içinə baxdı :

-Lazım deyil.. Gedirəm evə...

-Gəl öturum səni...

-Yaxındadır,əziyyət çəkmə...

-Bu pulusa götür... Əlin boş idi

Qız göz yaşlarını silərək:

-Eybi yox... –deyə oğlandan aralandı.

O isə:

-Dayan gül... görüm... Axı necə tapım səni bir də-heç bilmirdi nə danışırdı.

-Bura gələrsən... -dedi qız və addımladı....

-Yaxşı-dedipərt vəziyyətdə geri döndü.

Sanki,sərxoş idi... zorla ozunu toplayıb gəldiyi yolla geri addımlamağabaşladı...

Küçənin o biri başına doğru gedən qız isə geri çönüb sanki, onun esidəcəyindən qorxaraq:

-Sən yaxşı insansan....-deyə pıçıldadı....





....Zorla evə yetişib özünü elə paltarlı-paltarlı çarpayısına tulladı....

-Rüfətgəlmisən? -qonşu otaqdan anası dilləndi.

-Hə-deyə tənbəl-tənbəl cavab verdi.

-Noldu Vaqif əmingil? Hazırlarşılar nisana? Verdin hədiyyələrini?-deyərək anası onunotağına tərəf gəlməyə başladı.

Anasının addım səslərindən beynindəki duman qəfil yox oldu. Paltonun cibindəki bağlamanı hiss etdi sanki. Anası ondan qızıl dəst göndərmisdi qohumlarına.

-Yox ay ana dərslər çox oldu. Həm də sabah maşını götürərəm ustadan,gedirəm.

Anası otağa girərək:

-Bıyy,başıma xeyir! Bala paltoda niyə uzanmısan?! Pis hiss edirsən özünü?!-deyəəl-ayağa düşdü

Yerindən cəld qalxdı. Zorla gülümsündü:

-Yox,ana yaxşıyam.. Çox yorulmuşam sadəcə...-və paltosuyla pencəyini soyunmağa başladı.

-Dəqiq bir şeyin yoxdur ki?-deyə anası əlini onun alnına qoyub qızdırmasıolub-olmadığını yoxladı.

-Narahat olma ay ana.. Dedim axı yaxşıyam-deyə anasının boynunu qucaqladı.

-Nə deyirəm ki.. Dincəl yaxşı-yaxşı...-deyə anası otaqdan çıxdı.

Uzanıb gozlərini yumdu.. Qızın xəyalı getmirdi gözlərinin önundən.. "Yaxşı,görəsən bu qız dilənirsə, bəs niyə elə dar və qaranlıq küçədə??! Geniş-gəlişligedişli küçədə dilənsin də.. Yaxşı bəs məndən niyə pulu götürmədi. Niyəşirniklənmədi?! Yox nəsə var... Onda olan ilahi gozəlliklə nələri istəsəolardi, indiki bəzi qızlar kimi.... Bu istəmir ki, bunu gorsunlər... Uff, yenəfikirlərim qarışdı... yatacam əşşi... bir qızdı da, nə olub sənə Rüfət?! Hərkimdirsə, kimdir! Boş ver... Həm də unutma ki, heç kimə bağlanmaq lazım deyil,indiyəcən bağlanmamısan, indən sonra da lazım deyil!" Bu fikirləriyləsanki, o qızın xəyalına qıydı... Ağlayan gözləri gəldi onun gözününqarşısına... və yuxu apardı onu....

...-Deməli belə, uşaqlar, orta əsr ədəbiyyatının ən böyük dahilərindən biri... ee,Şeyx Məhəmməd Füzulidir.. Onun çox dərin fəlsəfəsi vardır-ilahi sevgi, hec vaxtolmayacaq bir şeymi deyim, daha sadə dildə...

-Rufət kefin yoxdu elə bil?!-deyə qonşu partadan Eldar onu durtmələdi..

-Ala,hec nə,prosto, dunən bütün axşam və gecəni yatmışam.. Bir az əzginkimiyəm..

-Deyirəm axı, dunən Suad, bir də Elnur gəlmişdi.. Təzə klub açılıb eee, ordaydıq... Sənədə nə qədər yığdıq, bağlı idi telefonun.. Bilirsən nə qızlar var idi?!

Eldar ağzı sulana-sulana danışırdı ki, müəllim onun sozunu kəsdi.:

-Eldar de görüm, Füzulinin ilahi eşqi deyəndə nə başa düşürsən?! Yani nədir səncə bu?!

Eldar üzünə küt ifadə verərək ayağa durdu :

-Vallah, müəllim, mən eşq-filan bilmirəm... Mənimki...

Muəllim əliylə "otur" işarəsini göstərib tərs-tərs ona baxdi. Hamı gülüşdü.

-Həə, bu saat Rüfət deyəcək.....dur görüm oğlum...

Rüfət ayağa qalxıb:

-Məncə ilahi eşq....-xəyallarına qonaq olan o naməlum qızın siması gəldigözünün önünə, gözlərini məchula dikərək..- Kimisə, qarşılıqsız sevməkdir..Allahın bizi sevdiyi kimi...Hec nə ummadan.. hec nə istəmədən.. Məncə, belə birhissi, Tanrı bizə verib... Özünü, vətənimizi, anamızı-atamızı, dostlarımızı vəyarımızı.... Hər biri bu eşqin parcasıdır... Yara olan ilahi sevgi isə, onuAllah xatirinə, Allahın razılığı ilə sevməkdir, məncə... və bir omur boyuunutmamaqdır...

-Oyy Rufat vlubilsya-qabaqda oturan Nailənin- o boyalı qızın səsi onunsözünü kəsdi. Hamı gülüşdü yenə. Müəllim əli ilə hamıya sakit olmasını işarəedib:

-Əslində tamamilə doğru deyir Rüfət… Davam elə oglum, bunların gülüşməyinəbaxma... Elə Füzuli fəlsəfəsi budur...

Rüfət başını aşağı salaraq:

-Eləbu qədər....

-Yaxşı, əyləş oğlum

Oturan kimi Eldar onu dumsuklədi:

-Ala,sənə nolub?

Rüfət gülümsünərək:

-Nə olmalıdı ki?-dedi

-Yoxee, pis basa dusməginən, sən belənçik şeylər danışan deyildin axı?...

-Danışanda nolar ki?! –deyə Rüfət çiyninin üstündən başını döndərib Eldara göz vurdu.

Hecnə, qaqaşım, hec nə--deyə Eldar çasmış halda stuluna yayxandı....

Naməlum gözəlin xəyalı isə onun gözünün önündən getmirdi....

...-Hara gedirsən?-Eldar universitetin həyətində onun qarşısını kəsdi.

-Əşi, qohumgilə hədiyyə aparacağam..Maşını da goturməliyəm ustadan... Onu verim.. hədiyyəni..-dedi və dediyinə peşman oldu. Eldar qırsaqqız olacaqd?.... vəoldu da:

-Həri də, gəl belə eləyək.. Gedək mənim maşınımla ustadan götürək maşınını. Sonrasopravajdenie gedim sənlə asağıda gozləyim səni... Ordan cıx, əntiqə bir yerəaparacam səni.. Elə bayaq dərsdə bir qızla Facebook-da yazışırdım, dedim elə oda padruqasıyla gəlsin, mən də səni gətirəcəm.. Tak şto,elə edək ki, ora gedəbilək...

-Eldar içəridə işim uzana bilər qohumgildə...-Rüfət onu başından eləməyə çalışdı.-Sən gedərsən ora, mən zəng edib gələrəm...

Eldar əl çəkənə oxşamırdı:

-Yox, sən öl lap bir saat gozlərəm.. Ala, yekə oğlansan da, qırma gözgörə-görə.... Davay tez ol, getdik.

Rüfət gulərək onun qolundan dartdı:

-Yaxşı gəl ee, gəl onsuz da qırılmırsan da...

Maşınla kecndə o küçədən kecməmisdilər.. Asfalt örtüyü pis idi deyəsən, Eldar "Səndə özünü badımcanlığa soxma" deyə zəng eləyib demişdi...

..Guruldayan musiqi, yüngülvari spirtli icki, qəşəng qızlar.. Dünənə qədərRüfətin həyatının bir parcası idi... İndi isə mühit sıxırdı.. O qızın yanınagetmək, onu gormək istəyirdi... Yanındakı qızınsa vurharay musiqinin gurultusnubəhanə edərək ona yapışaraq çərənləməsi səbrini tükədirdi.

Telefonunun zəng calması ilə üzr istəyib dəhlizə çıxması bir oldu...Heç vaxt evdən gələn zəngə bu qədər sevinməmişdi.... Atası idi zəng edən...

-Hardasan?

-Heç ata, uşaqlarnanam...-atasının zəhmli səsindən həmişə çəkinirdi.

-Açarı evdə qoymusan bu gun.. Biz də təcili ananla Gəncəyə getməliyik...

-Salamatçılıqdır ata?

-Heç,tam yadımdan çıxıb, Zakir oğluna sabah toy eləyir, Validə zəng etməsəydi unudacaqdım...

-Aydındır...

-Vaqifin qızının hədiyyəsini verdin?

-Bəli ata...

-Onların da nişanına catmasaq sən gedərsən... Bəlkə Gəncədə qaldıq... Nə isə, dur tezgəl evə...

Eldargillə tələsik sağollaşıb maşına mindi...Ürəyindən yenə o küçədən keçmək keçdi.. Həm olduğu məkan o kuçəyə tərs idi, həm də evdə gozləyirdilər.

"Bu vaxt çətin ola orda... Gecə 11-dir..." deyə ozunə təskinlikverdi....

...-Axı hardaydın? Niyə gəlmirdin?

-Bağısla, alınmadı...

-Dedin axı gələcəyəm...

-.....

-Sən də yalançısan, amma sənə inanmışdım...

-Bağışla....Sabah da gələcəm....

-Gəlmə daha... Mən olmayacam....

-Necə yəni?

-Olmayacam daha... Gəlmə... –deyərək Rüfəti yüngülcə itələyərək yavaş-yavaşaralandı qız. Geri cevrilərək:

-Amma sənə inanmışdım...-deyə başını aşağı salıb sakit-sakit uzaqlaşdı....

-Dayan getmə, nə olar....-yerindən tərpənmək istədisə alınmadı...Qolları divara pərcimlənərək qandallanmışdı...Var gucuylə dartındısa, yenə olmadı

-Getmə...Buraxın!!!!..-səsi əks-səda verdi..



...Elə öz əks-sədasına da oyandı.... Tər bədənini götürüb getmişdi... Ayağadurub, tələm-tələsik əynini geyindi. Blokdan gullə surətilə çıxdı... Maşınınaoturub dəli kimi o küçəyə sürdü... Heç bir svetoforda da dayanmadı... Oracatdı... Üç dəfə küçəni o baş-bu başa sürdü maşını...Ürəyi durmadı, maşından düşüb piyada da gəzişdi, axtardı... Sonra maşına oturub yenə o ətraflardafırlandı... İki saata qədər axtardı... "Eh, bu vaxt onun nə işi olsun eburda...Amma nəsə pis hiss var içimdə... Sabah gələcəyəm... Allahım, bircəgorəydim yenə onu..."

Yol gedə-gedə düşünürdü... Radionu açdı... Hansısa türk müğənnisi həzinsəslə oxuyurdu:

Git sen de git, unut beni....

Git sen de git her kes gibi

Bir buyu, bir lanet bu...

Bitmedi omur boyu

Galiba sevilmeği haketmedim...

... "Allahım bircə görəydim onu yenə".... O sevirdimi gorəsən? Bu içində bas qaldıran duyğu ona yad idi.. Amma eyni zamanda qəlbinə, canına,ruhuna hopmusdu...

... Yatağının içində qovrulurdu... Ayağa durdu, saata baxdi səhər saat altıidi..Eyvana çıxıb bir siqaret yandırdı, orda da qərar tuta bilmədi, siaqretiyarımçıq tullayıb qonaq otağına keçdi...

Televizoru acdı, ayaq üstü əsəbi halda kanalları dəyişdi...yenəmusiqi kanalları, kliplər... yerli kanalların birində isə kriminal xronikagedirdi... Yenə ölüm-itim, qəza, oğurluq.. Kanalı dəyişmək istəyirdi ki, birxəbər diqqətini çəkdi..

"Bu gün axşam saatlarında Bayıl qəsəbəsi, Şıx cimərliyinin sıldırımyerində gənc bir qız meyidi tapılmışdır... Meyidin uzərində heç bir zorakılıqəlaməti olmadığından, ekspertlər qızın kənar təsir ilə deyil, özünü öldurməyibarədə rəy veriblər. Hadisənin təxminən bu gecə saat 1-2 radələrində başverdiyi təxmin olunur. Qızın üzərindən iki ədəd fotoşəkil tapılmışdır...Fotoşəkilləri ekspertlər bərpa edərək, efirə verməyimizi məsləhətbilmişlər.." Ekranda gənc ana və bir korpə qız fotoşəkli verildi.Ananın üzü gülürdü... "İndi isə verəcəyimiz şəkill bu gənc qızın sonşəkillərindəndir... Onu tanıyanlar aşağıdakı nomrələrlə..."

Dünya başına hərləndi.... Bu o idi... O naməlum məsum baxışlı qız... Axıniyə? Nəyə gorə özünü öldürmüşdü.? Yıxılmamaq ücün stuldan tutdu.. "Kaşki, qoymayaydım səni o vaxt getməyə.."

Artıq başı isləmirdi... Gözunu qara duman bürümüşdü... Ətrafında sanki, hərşey boz-bulanıq idi... Qulaqlarında ürəyinin döyüntüsünü eşidirdi... Birtəhərgedib yerinə uzandı...

..."Axı niyə?.." ... Yastığını qucaqlayıb hönkür-hönkürağladı.....


Fərid Nəsibzadə

Yazdı: Admin
İnstagramda BUĞDA.TV bizi Takib et
Hörmətli Ziyarətçi, sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz. Sayta Qeydiyyat ol saytdan daha rahat istifadə edə bilərsiniz.
Adınız: *
E-Posta adrəsiniz: *
Şəkildə göstərilən hərf və ya rəqəmi yazın: