Duyqular adasi Hekaye

Bir vaXtlar, bütün duyğuların yaşadığı bir ada var idi. Xoşbextlik, Keder, Qürur, Sevgi ve başqa bütün duyğular. Bir gün, adanın batmaqda olduğu duyğulara xeber verilir. Bu xeberden sonra bütün duyğular adanı terk etmek üçün hazırlaşır. Sevgi adada en sona qalan duyğu olur, çünki mümkün olan en son ana qeder gözlemek isteyir. Ada batdığı zaman Sevgi kömek istemeye qerar verir. Zenginlik, çox böyük bir geminin içinde Sevginin yanından keçir. Sevgi — Zenginlik, meni de yanına alarsanmı? deye soruşur. Zenginlik — Xeyr, olmaz. Gemimde çoxlu qızıl ve gümüş var, senin üçün yer yoxdur. deyir. Sevgi, çox gözel bir yelkenli geminin içindeki Paxılı görüb kömek isteyir. — Paxıl, ne olar mene kömek et ! — Sene kömek ede bilmerem, Sevgi. İslaqsan ve yelkenleri mehv ede bilersen. deye cavab verir. Keder yaxınlıqdan keçir ve Sevgi kömek isteyir. — Keder, seninle gelim ? – Of, Sevgi o qeder kederliyem ki, tek qalmağa ehtiyacım var. deye Keder dillenir. Xoşbextlik de Sevginin yanından keçir. O qeder xoşbext olur ki, Sevginin sesini eşitmir. Sevgi birden bir ses eşidir. — Gel Sevgi! Seni yanımda apararam. Sevgi o qeder xoşbext olur ki, onu kömek edenin kimliyini öyrenmeyi unudur. Yeni bir adaya çatdıqlarında, Sevgi ona kömek edene ne qeder borclu olduğunu anlayır. Diger duyğulardan soruşur. — Mene kömek eden kim idi? — O, Zaman idi. deye cavab alır. – Zamanmı? Niye mene kömek etdi ki?” deye Sevgi soruşur. Aldığı cavabsa çox sade olur. – Çünki yalnız Zaman Sevginin ne qeder böyük olduğunu anlaya biler….
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz