Davadan sonra seks


  Heç kəsə sirr deyil ki, cütlüklər arası davaların çoxu seks ilə bitir. Bəs bunu necə başa salmaq olar? Necə olur ki, aqressiya və seksuallıq harmoniya təşkil edir? Hesab etmək olar ki, seks ilə bitən dava

Heç kəsə sirr deyil ki, cütlüklər arası davaların çoxu seks ilə bitir. Bəs bunu necə başa salmaq olar? Necə olur ki, aqressiya və seksuallıq harmoniya təşkil edir? Hesab etmək olar ki, seks ilə bitən dava bitmişdir, yoxsa bu yalnız hirsin soyuması üçün yararlıdır?
Bir çox cütlüklərin sözlərinə görə, dava zamanı adrenalinin xaricə atılması, seks istəyinə gətirir və əlbəttə ki, sərt, hirsli seks adi seksdən daha həzzverici olur. Seksoloqların dediyinə görə, davadan sonra seks, cütlüyün bir birinə bağlılığını və digər məsələlərin ikinci planda qalmasını göstərir. Və dava nə qədər emosional olarsa, seks bir o qədər parlaq olar.
Bəs seks həqiqətənmi, hirsi soyudur?
Psixoloqlar hesab edirlər ki, soyudur, amma həmişə deyil. Davanı seks ilə bitirmək, əsasən kişilərin istəyidir. Bu onda qadına qarşı hirsindən və onu cəzalandırmaq, tabe etmək hissindən irəli gəlir. İstisna deyil ki, qadın da bəzən bu hissləri keçirir.
Lakin bir çoxları üçün seks və dava harmoniya təşkil etmir. Çünki davanın həll edilməsi üçün seks unikal vasitə hesab oluna bilməz.
Seks problemin özünü həll edə bilərmi?
Bu suala birmənalı cavab yoxdur. Lakin bir şey bəllidir: davadan sonra seks cütlükləri sakitləşdirir və onları özlərinə gətirir. Ümumiyyətlə isə psixoloqlar problemlərin belə həllinə qarşıdırlar. Çünki bəzi problemlər sadəcə ikinci plana keçir, lakin zamanla onlar yenidən “alovlanır”.
Davadan sonra seks niyə daha parlaqdır?
Alimlərin fikrinə görə, dava zamanı cütlüklər arası psixoloju məsafə yaranır ki, onlar hardasa bir birilərini yad hiss edirlər ki, bu həmişə seksdə yeni hisslər yaradır. Üstəgəl dava zamanı emosionallıq artır ki, seks istəyini daha da yüksəldir.
Lakin əksi də olur, dava cütlüklərin bir birinə olan istəyini sıfıra endirir. Əsasən bu qadınlarda olur, kişilər sərt olduğu üçün davada qadının inamını qıra bilirlər.
Bir də, belə hallarda seks zamanla gözdən düşəcək və cütlüklər üçün heç bir məna kəsb etməyəcək. Ən yaxşısı problemlərinizi danışaraq, dinləyərək çözün. Seks isə sevgi rəmzi olmalıdır.
 
+ +1 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz