Quran və Yetimlər

Qurani-Kerim»de yetim uşaqlar haqda çoxlu sayda ayeler nazil olmuşdur. Onların bezilerinde yetimlere qarşı etinasızlıq küfr ve münafiqlik elameti kimi hesab edilir:

«(Ya Peyğember!) Dini (haqq-hesab gününü) yalan hesab edeni gördünmü? O ele adamadır ki, yetimi iteleyib qovar (haqqını vermez).»
(«Maun»-1,2).

«Xeyr! Doğrusu, siz özünüz yetime hörmet etmirsiniz (yetimin haqqını vermirsiniz). Bir-birinizi yoxsulu yedirtmeye reğbetlendirmirsiniz.»
(«Fecr» - 17,18).

Başqa bir ayede Allaha ibadet, ata-anaya ve yaxın qohum-qardaşa yaxşılıqdan sonra yetim uşaqlara mehriban olmaq ve qayğı göstermek vurğulanır:

«Yadınıza salın ki, Biz bir zaman İsrail oğullarından: «Allahdan qeyrisine ibadet etmeyin, valideynlerinize, yaxın qohumlarınıza, yetimlere, yoxsullara ehsan (yaxşılıq, kömek) edin, insanlarla xoş danışın, namaz qılın, zekat verin!»-deye ehd-peyman aldıq...»
(«Beqere»-83).

Yaxşılıq nümunelerini sadalayarken yetime nevaziş Allah, qiyamet günü, peyğemberler, semavi kitablar ve meleklere iman getirmekden sonra qeyd edilir. Bu ise yetime nevaziş göstermenin ne qeder ehemiyyet kesb etdiyine delalet edir:

«Yaxşı emel heç de (ibadet vaxtı) üzünüzü günçıxana ve günbatana teref çevirmekden ibaret deyildir. Yaxşı emel sahibi, eslinde, Allaha, axiret gününe, meleklere, kitaba ve peyğemberelere inanan, (Allaha) mehebbeti yolunda (ve ya mal-dövleti çox sevmesine baxmayaraq) malını (kasıb) qohum-eqrebaya, yetimlere, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafire (yolçulara), dilençilere ve qulların azad olunmasına serf eden, namaz qılıb zekat veren kimseler, elece de ehd edende sadiq olanlar, dar ayaqda, çetinlikde (ehtiyac, yaxud xestelik üz verdikde) ve cihad zamanı (meşeqqetlere) sebir edenlerdir. (İmanlarında, sözlerinde ve emellerinde) doğru olanlar onlardır. Mütteqi olanlar da onlardır!»
(«Beqere»-177).

Peyğember(s)-in özünün yetimliyini xatırladaraq Allah buyurur:
«Meger O seni yetim iken tapıb sığınacaq vermedimi?»
(«Zuha» - 6).

Sonra iseyene:
«Ele ise yetime zülm etme!»
(«Zuha»-9).

Bu mübarek surede Allah-teala en evvel Peyğember(s)-in yetimlik dövrünü, o Hezretin özüne xatırladıb sonra ise yetimlere yaxşılıq etmeyini tövsiye edir. O, uşaq çağlarında ata-anasını itirdiyinden valideyn nevazişinden mehrum olmuş yetim uşaqların mehribanlıq ve qayğıya daha çox ehtiyacı olduğunu gözel bilirdi, buna göre de buyurur ki, yetim olduğun çağlar sene havadar olduğumuz kimi, sen de yetimlere nevaziş et. Onları öz yanından qovma, çünki sen yetimlik acısını dadmış ve yetimlerin derdinden xeberdarsan.

Bu ayelerde yetim uşaqlar haqda iki mesuliyyet qeyd olunmuşdur:
1) onların maddi çetinliklerini aradan qaldırmaq,
2) yetim uşaqların menevi çatışmamazlıqlarını hell etmek.
Yetim uşaqlar haqda hedis ve revayetler
Peyğember(s) ve mesum İmamlardan(e) bu mövzu ile elaqedar bize çox hedis ve revayetler gelib çatmışdır. Hemin hedislerde yetime qarşı yaxşılığın ne kimi böyük savaba malik olduğu açıqlanır. Biz onlardan bir neçesini burada qeyd edirik.
+ 0 -

Şərh Yaz