İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar


İslam Peyğəmbərinin (s) əsrində yaşamış qəhrəman qadınlar (13)
Zəhra məktəbinin yetişdirməsi Fizzə
Bəzən müəllimi şagirdinin vasitəsi ilə də tanımaq mümkündür. Həzrət Zəhranın (s) yetişdirmələrindən biri də, onun evində xidmətçi olan Fizzə olub. Fizzə Zəhrayi-Əthərin (s) məktəbindən dərs almış və yiyələndiyi elmi əməli olaraq həyata keçirən bir xanım idi. O, Əhli-beytin (ə) yanında həmişə bir nur kimi parlamışdır.
     Fizzə «Nəvbə» əhlindən idi. O xanım köçəri bir qövm arasından çıxsa da, elm, Quran və hədislərə yiyələnməklə Həzrət Zəhra (s) məktəbinin nümunəvi şagirdlərindən birinə çevrilmişdir. 
     Rəvayətlərin birində nəql olunur ki, Məkkəyə tərəf gedərkən yolda karvandan geri qalmış Abdullah, çöllükdə öz karvanından geri qalmış bir qadın görür. Karvana çatmaq üçün Abdullah həmin qadınla birlikdə Məkkəyə tərəf yola düşmə qərarına gəlirlər. Yolda Abdullah o qadından hər nə soruşursa, qadın ona Quran ayəsi ilə cavab verir. Onlar karvana yetişdikdə qadının oğlanları çox sevinirlər. Abdullah onlardan həmin qadın barəsində soruşur: «Mənim hər sözümə Quran ayəsi ilə cavab verən bu qadın kimdir?»
     Onlar iftixarla: «Bu qadın, Xanım Zəhranın (s) kənizi və bizim anamız, Fizzədir. O, iyirmi ildir ki, Quran ayələri ilə danışır» – deyə cavab verirlər.
     Fizzə, İmam Hüseynin (ə) qiyamında iştirak etmiş və o ağır, dəhşətli anlarda Həzrət Zeynəblə (ə) birlikdə olan xanımlardan biridir. O, baş vermiş hadisələrdə Kərbəla şəhidlərinin yaxınları üçün himmətli və sadiq bir xidmətçi sayılırdı.
     Bəli, Fizzənin obrazı canlı bir sənəd olaraq, Fatimeyi-Zəhranın (s) məqamını dərk etməkdə bizə əvəzsiz bir yardımdır. 

REKLAM:
İnstagram səyfəmizi Moda Şəkil Təqib et
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz