İslamın ailəyə verdiyi dəyər və əhəmiyyət


islamda nəzərində ailə çöx önəmli və diqqət edilməli mövzudur. Çünki gələcəyin insanı, gələcəyin fərdi, gələcəyin cəmiyyəti bu günkü ailədə formalaşır.

Cəmiyyət və toplum halında yaşamaq insanın yaradılış tələbindəndir. İnsan müxtəlif formalı cəmiyyətdə yaşamağa və ünsiyyət qurmağa meyilli varlıqdır. Ailə də qeyd etdiyimiz müxtəlif formalı cəmiyyətlərdən biridir, həm də nə əsası və ən önəmlisi. Bu kiçik cəmiyyətə (ailə) önəm verilməyən toplum və cəmiyyətlər əxlaq və mənənəviyyat baxımından yoxluğa məhkumdur. Çünki hər bir insan cəmiyyətdə bir "gül", "çiçək" timsalındadır. Allah Rəsulu (s) buna işarə edərək buyurur:

"Zibillik gülündən çəkinin!". Soruşdular Ya Rəsuəllah (s) zibillik gülü nədir?. Buyurdu: " Gözəl görünən lakin pis və bəd əxlaq ailədən çıxmış qadın". (Bihar-c-23. Səh-54) (Vəsailu-şiə. Cild-12).

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, hədisdə qadına işarə edilib, çünki övlad dünyaya gətirən və onu böyüdüb tərbiyyə edən anadır. Hər kəs də bir ananın övladı olduğu üçün hədisi ümumi şəkildə kişi və qadın fərq etmədən hər kəsə şamil etmək olar. Demək ailə qurmaq məsələsində ən diqqət ediləsi məsələ ailənin "təməl" məsələsidir.

Dinimiz ailəyə Allahın rəhməti kimi dəyər verir. Yəni Allah Təalanın rəhmətində olmaq bu işə Allah tərəfindən böyük önəm və dəyər verilməsi deməkdir. Allah Rəsulu (s) buyurub:

"Allahın rəhmət qapıları 4 yerdə açılır: Ailə qurulan zaman, yağış yağan zaman, övladın valideynin üzünə baxdığı zaman, Kəbə evinin qapıları açılan zaman".

Ailə həm də insanı günah və içtima fəsadlardan qoruyur. Kimisi pis bir işdən Allaha görə çəkinir, kimisi ailəsinə, abır həyasına görə çəkinir. Təbii ki ailə deyiləndə ata, ana, qardaş, bacı, həyat yoldaşı, övladlar, qohumlar bütün bunlar insanın abrı, həyasıdır. Peyğəmbərimiz (s) ailənin insanı necə günahdan qorumasına işarə edərək buyurub:

"Cəhənnəm əhlinin çoxsu subaylardır" (Mən la yəhdurul fəqih.cild-3. Səh-251)

"Subaylar evlənsinlər. Allah Təala bu işlə onların əxlaqlarını gözəlləşdirər". (Mizanul-hikmət. 7814-cü hədis)

Ailə həmçinin insanı pis mühütlərdən çəkindirmiklə onun dinini və imanını qoruyur. Peyğəmbərimiz (s) buyurub:

" Kişi evləndiyi zaman dininin yarısını hifz eləmiş olur" (Mautədrəkul-vəsail. C-14. S-154)

Evli şəxsin iki rəkət namazı subayın gecələr oyaq qalıb, gündüzlər oruc tutmasından daha fəzilətlidir. (Mizanul-hikmət. 7810)

Ailə qurulmasından, ər-arvad münasibətlərindən, övlad tərbiyyəsindən, övlad valideyn münasibətlərindən, övladın təhsilindən, sağlamlığından, evləndirilməsindən, məişət-dolanışıq məsələlərindən və sair bütün həyati məsələlər barəsində İslamin dəyərli baxış və nəzərləri vardır. Çünki ailə çöx önəmli və diqqət edilməli mövzudur. Çünki gələcəyin insanı, gələcəyin fərdi, gələcəyin cəmiyyəti bu günkü ailədə formalaşır.



REKLAM:
İnstagram səyfəmizi Moda Şəkil Təqib et
+ 0 -

Şərh Yaz

  • Sayt.Biz
  • Sayt.Biz
  • Sayt.Biz