QARABAĞ AZƏRBAYCANDIR! – ELŞƏN İSMAYIL-ın yeni filmi

Biz sosial mediada:
TikTok: BEY MEDİA | YouTube: BEY MEDİA | İnstagram:BEY MEDİA

loading...

QARABAĞ AZƏRBAYCANDIR! – ELŞƏN İSMAYIL-ın yeni filmi


Saytımız xəbər verir ki, ötən günlərdə "Sabirabad Regional Mədəniyyət İdarəsinin dəstəyi, Şirvan Mədəniyyət Mərkəzinin sifarişiylə Rejissor ELŞƏN İSMAYIL-ın yeni qısametrajlı filmi izləyicilərə təqdim olunub. Təqdimat mərasimi Şirvan şəhər Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunduqdan sonra film QAM COMPANY Youtube kanalında yayımlanıb.


Böyük mehriban kollektivi olan filmin çəkilişlərində Şirvan Mədəniyyət Mərkəzinin əməkdaşları Ümüd Quliyev və Firuzə Abbasova da iştirak etmişlər. Filmin Baş Prodüseri Mədəniyyət Mərkəzinin direktoru Nəmidə Nəmini, İcraçı Prodüseri Rövşən Babayevdir. Filmdə 2-ci Qarabağ müharibəsi qaziləri Nəsrəddin Abuşov, Vüqar Əlizadə, həmçinin bundan başqa Şirvan Şəhər Peşə Litseyinin tələbələri Vüqar Hüseynli, Ruslan Batışov da aktyor qismində iştirak etmişlər. Film hörmətli şairə Yeganə Bağırovanın eyni adlı şeiri əsasında çəkilmişdir."


FİLM:

https://www.youtube.com/watch?v=uGi4hT1r2cQ


Şərh Yaz